Susma, ürək…
87
YOXDU
Adam var, qeyrətdən, ardan kasaddı,
Ləyaqət çarxının bir pəri yoxdu.
Adam var, qanında qeyrət çağlayır,
Arxada köməyi, sipəri yoxdu.
Adam var, ağzından simu-zər tökür,
Adam var, ismətdən üzü tər tökür,
Adam var, ortaya böhtan, şər tökür,
Adam var, ağzının çəpəri yoxdu.
Şiruyə, düşməndi tamah, ləyaqət,
Təmiz ad, pak namus şöhrətdi, şöhrət.
Lənət o kişiyə – qeyrət, cəsarət,
Ürəyində zərrə təpəri yoxdu.
GÖRMƏYİB
Yaylığa, papağa niyə and içək?
Bizim ki başımız papaq görməyib.
Axı yapalağa niyə quş deyək?
Onun ki ayağı budaq görməyib.
Yaxşı ki bazarda satılmır qeyrət,
Alıb, yox edərdi biqeyrət əlbət.
Xəsisdə axtarma səxa, səxavət,
Əzəldən süfrəsi qonaq görməyib.
|