Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə9/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   5   6   7   8   9   10   11   12   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
11 
 
Şax
1
 gələrdi qardaşağa
2
 evindən, 
Hay gələrdi çaparların dilindən. 
Yer tapmazdın uşaqların əlindən, 
Başdan-başa yığnaq idin, Daşkəndim. 
 
Axşam-sabah mələdikcə qoyun, mal, 
Orkestri bənzədirdi bu xoş hal. 
Binaların, – təndir damı, – kəllə zal, 
Aynabəndli otaq idin, Daşkəndim. 
 
Başlanardı qışda dastan gecəsi
Söylənərdi nağılların neçəsi. 
Döyülərdi Ələkbərin keçəsi, 
Naxış idin, saçaq idin, Daşkəndim. 
 
Sazından, sözündən hamı halıydı, 
Hacının avazı beçə balıydı. 
Göyçə bir gözəlin ay camalıydı, 
O camala yanaq idin, Daşkəndim. 
 
Vətən dedi Alqayıt son nəfəsdə, 
Çırpınırdı İman sənsiz qəfəsdə. 
Həsən, Fəzi, Məmmədsöyün həvəsdə, 
Sən bir qaynar bulaq idin, Daşkəndim. 
 
 
                                                 
1
 Şax – şirniyyat və meyvə ilə bəzədilmiş ağac 
2
 Qardaşağa – bəyin sağdiş dostu 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin