|
Sərraf Şiruyə
98
İndi daha ciddi bax dərslərinə,
Bütün tapşırığı yetir yerinə.
Gileyli qalmasın səndən müəllimlər,
Əlaçı olmusan sən keçən illər.
Telman çox danışdı çox da deyindi,
Hazırla hər dərsi mənimlə indi.
Hər gün yatanadək birgə olarıq,
Bəzən gecələr də bizdə qalarıq.
Telmanın yerində tövsiyyələri,
Götürdü aradan gerilikləri.
– İlham əvvəlki tək dərsdə fəaldı,
Sevgi macərası bir özgə haldı.
Kitabın içində məktub ötürür,
Lena cavabını sabah gətirir.
– Pozulubdu halı bu gün İlhamın,
Görmür camalını axı Lenanın.
Lena bu gün dərsə gəlməyib nədən,
Bilmir ki, öyrənə xəbəri kimdən.
Tökülüb İlhamın qaşı-qabağı,
Fikirə gedibdi dərdli sayağı.
|
|
|