|
Sərraf Şiruyə
106
Daxildə yaratdı böyük çaxnaşma,
Təzədən düşünmə, təzdən oyanma.
Latviya, Litviya, həm Estoniya,
Alqışlar söyləndi bu oyanmaya.
Sovet təsirindən onlar da çıxdı,
Qorbaçov dövləti bax belə yıxdı.
Onsuz da sarsılmış Sovet dövləti,
Qəbul etdi özgə bir siyasəti.
Millətlərarası düşdü davalar,
Talandı yurd yeri, köçdü obalar.
Faciə baş verdi Özbəkistanda,
Faciə baş verdi həm Gürcüstanda.
Azərbaycan ağır siyasətdəydi,
Ona atılan tor tamam fitnəydi.
Çoxdan hazırlanmış bir plan idi,
Qorbaçov bu xalqa bir ilan idi.
Çalmaq istəyirdi hər bir yanından,
Qorxmurdu tökülən insan qanından.
Əvvəl ordu qırdı Azərbaycanı,
Sonra qızışdırdı Ermənistanı.
|
|
|