|
Ayrılıq belə düşdü
105
XV
YENİDƏNQURMA VƏ QAÇQINLIQ
Ölkədə “Yenidənqurma” gedirdi,
Əslində bir-birin vurma gedirdi.
Nə vaxtdan Qorbaçov hakimiyyəti,
Ortaya atmışdı bu siyasəti.
Siyasət dövlətə xəyanət idi,
Yenidənqurma da mahiyyət idi.
Qorbaçov, Reyqan danışıqları,
Təsdiqə salmışdı bu oyunları.
Dənizin altında gedən bu söhbət,
Təsdiqə minmişdi axır nəhayət.
İcraçı Qorbaçov, hakim Reyqan,
Çökdürdü Soveti o zaman-zaman.
Alman divarları söküldü əvvəl,
Başlanğıc anıydı hələ bu əməl.
Sovet təsirində olan dövlətlər,
Hansı ki qalmışdı illərlə mələr.
Hansı bu təsirdən çıxdı kənara,
Qorbaçov əl atdı indi gör hara?
|
|
|