Sərraf Şiruyə
108
Balayanlar, bolyaniklər dirildi,
Dövrün hökmü keşişlərə verildi.
Baş bilənlər yenə sürgün sürüldü,
Nəcəfə də, yaman hiylə qurdular,
Onun kimi bizə də od vurdular.
Göyçə qaçqın düşür
üçüncü dəfə,
Elə
qoyulub ki, bu son hədəfə.
Gedən köçlər bir də geri qayıtmaz,
Bu fitnədən dünya bizi ayırmaz.
Bir həftə içində Göyçə boşaldı,
Doğma yurd-yuvalar yağıya qaldı.
Payızın son ayı hava qar-çovğun,
Fikirlər qarışıq, karvanlar yorğun.
Haraya baxırsan qaçqın köçləri,
Əlinin nə yaman dolub gözləri.
Baxır gözaltı, baxır hər yana,
Sumaya təsəlli versə də ona.
Qalxmaq istəməyir daşın üstündən,
Yanıqlı bir nalə qopur dilindən: