111
Hörməti, izzəti iş yeri vardı,
Qohum-qardaş qeydinə də qalardı.
Belə rahatlıq tapmışdı Əli,
Möhkəm yapışmışdı Tanrıdan əli.
Özü məşğul idi arıçılıqla,
Yaz, yay fəsilləri o alaçıqla.
Arını aparıb dağa çıxardı,
Arı bal, özü də çiçək yığardı.
Yadına salardı ulu Göyçəni,
Zümzümə edərdi könlü deyəni.
Kaşki, olmayaydı əbədi yadlıq, Ümidə, gümana dönəydi Göyçə. Üz tuta biləydik bəzən üstünə, Təbrizə, Tehrana dönəydi Göyçə. Barı qonaq kimi gəzib gələydik, Qönçə güllərindən üzüb gələydik, Doğma ocaqları süzüb, gələydik, Dosta, mehribana dönəydi Göyçə