Oyuna çağırdı bu xoş havalar,
“Yallı” da getdilər qoca babalar.
“Vağzalı”ynan çıxardılar gəlini,
Verdi bəy əlinə gəlin əlini.
Yeridi bu anda şair qabağa,
O nələr söylədi görək bu çağa.
Dünən yad olanlar bu gün doğmadı. Sədaqətin gücünə bax, gücünə. Ürəklərdə güllər açıb arzular Məhəbbətin gücünə bax, gücünə. Qulağından qız sırğalar asıbdı, Bəy gülünü sinəsinə sıxıbdı. Hər ikisi el önündə susubdu, Ləyaqətin gücünə bax, gücünə.
Bax bu alqışlarla, bu təmtəraqla,
Bu təmiz istəklə, bu xoş maraqla.