ŞƏRTİ İŞARƏLƏr və Sİmvollar


İşin kompüterdə yerinə yetirilmiş nümunəsi



Yüklə 337,26 Kb.
səhifə2/2
tarix25.04.2023
ölçüsü337,26 Kb.
#102647
1   2
LABOR 3

İşin kompüterdə yerinə yetirilmiş nümunəsi (son nəticə).
İşin yerinə yetrilməsi üçün tələblər (əvvəlki dərslərin nəticəsi kimi) aşağıdakıları bilməlidirlər:

  • üçölçülü dünyəvi (DKS) və istifadəçi (İKS) koordinat sistemlərinin mahiyyəti, İKS-in imkanları və onun idarə olunması (UCS - komandasının köməyi ilə);

  • kompüterə nöqtənin üçölçülü koordinatları və daxil edilməsi üsulları;

  • üçölçülü sistem üçün 3D Modeling işçi sahəsinin (üçölçülü modelləşdirmə imkanları, üçölçülü izləmə-naviqasiya, görünüş-vüzalizasiya stilləri, işıq, material, 3D modellərin redaktəsi, ren­derləmə və s.) komandaları.

İşin yerinə yetirilməsi ardıcıllığı
(işin yerinə yetirilmə ardıcıllığı bir nümunə üçün əvvəldən axıra qədər aralıq təsvirlər göstərilməklə verilir).
Model sahəsində cizgiyi çəkməyə baş­la­mazdan əvvəl yeni fayl açmaq məslə­hət­dir. Bu­nun üçün File>New (bu cür yazı­lış ko­mandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N koman­dası işə salınır və açılmış Select template pəncərə­sindəki siya­hıdan A4 (bu format 1-ci laboratoriya işindən yaradıl­mışdır) seçilib Open düyməsi basılır. Bu zaman format A4 və ölçü vahidi mm təyin edilir. Bununla A4 formatı təyin edilir. Formatı




ekranda görmək üçün komandalar sətirinə «Z» yazıb Enter düyməsi basılır və sonra «A» yazılıb Enter basılır. Əgər əvvəlcədən A4 şablonu yaradılmayıbsa onda aşağıdaki hazırlıq əməliyyatları yerinə yetirilir.
CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu zaman format A3 və ölçü vahidi mm təyin edilir.
Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4 formatı.
Command: '_limits
Reset Model space limits:
Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>:
Specify upper right corner <420.0000,297.0000>: 210,297
Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə «Z» yazıb Enter düyməsi basılır və sonra «A» yazılıb Enter basılır.
Hal sətirindəki (ekranda sonuncu sətir) GRİD (əgər Grid sözlə işıqlanmırsa onda qəfəs şəkilli piktoqrammadan istifadə etmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings... seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
Əğər hal sətrindəki komandalar qrafiki işarələrlə verilibsə onları sözlərlə əvəz etmək olar. Bunun üçün hal sətrindəki komandalardan (məsələn, Grid) birinin üzərində dayanıb sağ düymə vurulur və açılmış kontekst menyudan Use İcons açarı ləğv edilir.
Birinci sətirdə (hal sətrində) yerləşən Workspace (işçi sahə) pəncərəsindən 3D Modeling seçməklə ekran 3d modellərin çəkilməsində istifadə edilən komandalara sazlanır.
Hal sətrindən Polar qoşulur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.














LABORATORİYA İŞİ

Həmidova Rəna
Kazimov İlkin

Detalın 3D modelinin yaradılması

NL
162a4

NL
162a4

Kazımov i.
Həmidova R.

LABORATORİYA İŞİ

EA
231a1

Hüseynova N.
Qurbanova S.

Yüklə 337,26 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin