Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə32/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
musiqi1 kopyası kopyası

Sadə iki hissəli forma. Bu forma 2 perioddan ibarətdir. Periodlar tematik məzmuna görə bir-birindən fərqlənir. I period “A”, II period isə “B” hərfi ilə işarə etsək, bu zaman sadə ikihissəli formanın hərfi sxemi belə olacaqdır: AB
Sadə üçhissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə isə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə üçhissəli formada əvvəlki period (birinci period) adlanaraq, “A” hərfi ilə II hissə - orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə eyni ilə I hissəni təkrar etdiyi üçün “refren” adlanaraq “A” hərfi ilə işarələnir. Bu formanın hərfi sxemi belədir: ABA


Variasiya forması. Eyni mövzunun müxtəlif dəyişikliklərlə dəfələrlə təkrarı nəticəsində yaranır. Hərfi sxemi A+A1+A2+A3+... variasiyalar ciddi və sərbəst olur. Ciddi variasiyalarda mövzu müxtəlif dəyişikliklərə (ölçü, ritm, temp, tonallıq, faktura, registr və s.) uğrasa da mövzuya yaxınlıq daima hiss olunur. Sərbəst variasiyalarda isə dəyişikliklər mövzudan çox uzaqlaşdırılır və mövzunu tanımaq çətinləşir. Belə variasiyalar daha çox süita nömrələrini xatırladır.



  1. Azerbaycan Xalq musiqisi, Aşıq seneti haqqinda



Azərbaycan musiqisi – Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqidir. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlarda Qobustan qayaüstü rəsmlərdən başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar və rəqslər səslənir.
Azərbaycan xalq mahnıları. Azərbaycan xalq musiqisinin böyük bir hissəsi xalq mahnılarıdır. Bu irs müxtəlif tarixi şəraitlərdə öz şəklini bu və ya digər şəkildə dəyişmiş və inkişaf etmişdir. Xalq mahnıları çox qədim zamanlarda yaranmışdır və şifahi xalq ədəbiyyatının bir növüdür. Bu mahnılar uzun müddət Azərbaycan xalqı arasında ağızdan-ağıza gəzən, kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan mahnılardır. Xalq mahnıları qədimlikdən, tarixdən xəbər verməklə yanaşı, Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətin bir parçasıdır. Azərbaycan xalq mahnıları rəngarəng mövzu və məzmuna, aydın və konkret xüsusiyyətlərinə, eləcə də ictimai motivlərə görə bir-birindən fərqlənir. Xalq arasında ilk yayılan əmək nəğmələri olmuşdu. Nəğmələr özü bir neçə yerə bölünür: əmək, məişət, mərasim, mövzum və qəhrəmanlıq nəğmələri.
Xalq mahnıları gözəllik, azadlıq, vətənpərvərlik ideyalarını təbliğ edir. Məhəbbətin tərənnümünə həsr olunmuş “Ahu kimi”, “Üçtelli durna”, “Bülbüllər oxur”, “Gül açdı” və s. kimi mahnılarda sevgi duyğuları təbiət ilə əlaqələndirilir. İctimai-siyasi məzmunlu “Sona bülbüllər”, “Qadan alım”, “Çal papaq” və s. kimi mahnılarda sevgisinə qovuşa bilməyən aşiqin daxili böhranları, zorla vətənindən didərgin salınan, əsir düşənlərin ah-naləsi ifadə olunur. “Apardı sellər Saranı”, “Samavara od salmışam”, “Laçın”, “Qalanın dibində” və s. bu kimi mahnılar isə həcmi, poetik quruluşu və kompozisiyasına görə bir-birindən fərqlənirlər. Onlar 4 (5,6) misralıq 2,3,4 (hətta bir qədər çox), bənd və nəqarətlərdən ibarətdir.
Aşıq” sözü XIV-XV əsrlərdə meydana çıxmışdı. Adının önündə “aşıq” titulu olan ilk aşıq – aşıq Abbas Tufarqanlı olmuşdur. Qədim dövrlərdən və orta əsrlərdə xalq sənətkarlarına varsaq, dədə, ozan deyirdilər. Öz müdrük, realist hekayələrinə görə xalq arasında aşığa böyük etimad göstərilirdi.
Aşıq sənəti sinkretik səciyyə daşıyır, özündə musiqi, şeir, teatr nümunələrini birləşdirir. Aşıqlar yaradıcı, ifaçı, yaradıcı-ifaçı olurlar. Yaradıcı aşıqlar dastan yaradan, şeir yazan, hava bəstələyən aşıqlardır. İfaçı aşıqlar başqasının əsərlərindən istifadə edən rəqqas və aktyor aşıqlardır. Yaradıcı-ifaçı aşıqlar isə pedaqoji əsasları özündə birləşdirən müdrik məsləhətçi və müəllim (ustad) şəxslərdir.
Aşıqlar bir-neçə ifa forması ilə öz sənətlərini nümayiş etdirirlər: solo, deyişmə, ansamblların müşayiəti ilə. Aşıq ansambllarında balaban, dümbək, qoşa nağaradan istifadə olunur. Aşıq poeziyasının özünəməxsus folklor növləri var: bayatı, divan, qoşma gəraylı, təcnis və s. Bunlar həm sərbəst, həm də dastan süjetinin tərkib hissəsi kimi işlənir. Şeir forması heca vəznində olur və bu vəzn aşıqlar arasında “barmaqhesabı” adlanır. Aşıq havaları saz alətinin quruluşu ilə sıx bağlıdır. Aşıq lüğətində 300-dən çox hava adları və sazın pərdələrinin adları vardır. Sazın 15 pərdəsi var və pərdələrin adında aşıq havalarının adları işlənir. (Məsələn: baş pərdə, divani pərdəsi, şah pərdə, Koroğlu pərdəsi və s.) Məzmununa görə aşıq mövzuları aşağıdakı kimidir:
1. Ustadnamə (öyrədici)
2. Vücudnamə (avtobioqrafik, yəni tərcümeyi-hal)
3. Duvaqqapma (dastanın sonluğu)
4. Gözəlləmə (tərif)
5. Cəngi (döyüşkənlik)
6. Hərbə-zorba (qorxuducu)
7. Qıfılbənd (tapmaca)
8. Qaravəlli (intermediya, yəni səhnələşdirilmiş tamaşa)




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin