Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Azərbaycan klassik musiqisi, Ü. Hacıbəyli haqqında



Yüklə 191,07 Kb.
səhifə25/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   21   22   23   24   25   26   27   28   ...   71
musiqi1 kopyası kopyası

Azərbaycan klassik musiqisi, Ü. Hacıbəyli haqqında

Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur.


Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Üzeyir Hacıbəyli 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyli gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyli Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi. Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demişdir. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rus və Rusi-Türki Lüğəti"ni nəşr etdirir.
1911-ci ildə Üzeyir Hacıbəyli musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Üzeyir Hacıbəyli ilə Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub.
Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib. Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəylinin adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəylinin da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.
1939-cu ildə Üzeyir Hacıbəyli şəkər xəstəliyinə tutulur. Üzeyir Hacıbəyli 1948-ci il 22 noyabrda vəfat etmişdir.

Yaradıcılığı:


Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır.
O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. "Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu.
Üzeyir Hacıbəylinin zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar. Bütün ömrü boyu Üzeyir bəy Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnıvə romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Məcnun rolunun ilk ifaçısı Hüseyinqulu Sarabski olmuşdur. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan "Koroğlu" operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsini təşkil edir. Elə həmin il Üzeyir Hacıbəyli "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülmüşdür.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır. Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olmuşdur. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər. Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. "Arşın mal alan" musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.
İnstrumental müşayiətli xor əsərləri
1)1919 – "Azərbaycan". Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır.
"Milli marş". Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəylinindir.
2)1930 – "Himn". Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəylinindir.
3)1934 – "Kantata". M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simfonik orkestr üçün.
4)"Qızıl əsgər marşı". Solist, xor və fortepiano üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
5)1936 – "Azərbaycan xalq mahnılarının xor üçün işləmələri". Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün ("Ay bəri bax", "Gedək gəzək bağçada", "Aman nənə", "Nə gözəldir", "Lolo", "Sən gözəl", "Ləlli").
6)"Süvari marşı". Xor və fortepiano üçün.
7)"Piyadalar marşı". Xor və fortepiano üçün.
8) 1938 – "Kantata". Solist, xor, simfonok orkestr və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir.
9)"Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi
münasibətilə". Xor və fortepiano üçün. Sözləri H. Natiqindir.
10) 1939 – "Kantata". Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün.
11) 1942 – "Vətən və cəbhə" kantatası. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Sözləri Üzeyir Hacıbəylinindir.
12)"Ey Vətən". Xor və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
13)1945 – "Azərbaycan SSR Dövlət himni". Xor və simfonik orkestr üçün.
14)Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir. "Qələbə himni" ("Zəfər himni"). Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğunundur.
15)"Stalinə salam".Xor və simfonik orkestr üçün. Sözləri Süleyma Rüstəmindir.
16) 1947 – "Kantata". Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
Orkestr əsərləri 1928—1933
"Kolxoz çöllərində". Xalq çalğı alətləri orkestri üçün.
"Arazbarı". Simfonik orkestr üçün.
"Təntənəli marş". Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.
"Fantaziya №1". Xalq çalğı alətləri orkestri üçün.
"Fantaziya №2". Xalq çalğı alətləri orkestri üçün.
"Cəngi". Xalq çalğı alətləri orkestri üçün (1941).
Kamera-instrumental əsərləri 1925—1945
"Aşıqsayağı". Skripka, violonçel və fortepiano üçün.
"Uşaq albomu". Fortepiano üçün.
"Sonatina". Fortepiano üçün.
"Uşaq pyesləri". Fortepiano üçün.
Xoreoqrafik miniatürlər (1919) Azərbaycan. "Qaytağı" (Dağıstan).
Romans-qəzəllər
Mahnılar
"Çırpınırdı Qara dəniz". Səs və fortepiano üçün. Sözləri Əhməd Cavadındır
(1918)."Yetim quzu". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927)."Bir quş düşdü havadan". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927)."Qaragöz". Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir (1930)."Komsomolçu qız". Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir (1932)."Süvari mahnısı". Səs və fortepiano üçün. Sözləri H. Natiqindir."Pilotlar". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir."Bayram günü". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir."Çağırış". Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı "Mazut" adı ilə 30-cu illərdə yazılmışdır)




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin