Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Reçitativ – musiqi deklomasiyasının bir növüdür. Konkret forması yoxdur. Ariyadan əvvəl giriş kimi səslənir. Kavatina



Yüklə 191,07 Kb.
səhifə28/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   24   25   26   27   28   29   30   31   ...   71
musiqi1 kopyası kopyası

Reçitativ – musiqi deklomasiyasının bir növüdür. Konkret forması yoxdur. Ariyadan əvvəl giriş kimi səslənir.
Kavatina – solo oxumaq üçün lirik pyesdir. Birmiş bir musiqi əsəridir. Sadə və müstəqil olur, mahnı xarakterlidir.
Ariyetta – (kiçik ariya) Çox zaman mahnı xarakterində və həcmcə kiçik olur. Fransız komik operalarında daha çox rast gəlmək olar.
Ariozo – (mahnıyabənzər) solo ifa üçün yazılmış, müstəqil formaya malik musiqi əsəridir.
Serenada – məhəbbət mövzusunda yazılmış vokal əsəridir. (İtalyanca “axşam sərini”, “aydın səma”, “hava” deməkdir). Kiməsə həsr edilmiş, lirik pyes xarakterlidir.
Ballada – səs ilə müşayiət üçün yazılmış qəhrəmani dastan xarakterli vokal əsəridir.
Messa – Allahin şərəfinə ifa edilən təntənəli (çoxhissəli) vokal əsəridir.
Rekviyem – Mərhumun xatirəsinə ifa edilən çoxshissəli messadır.
Elegiya – qəmli və dalğın xarakterli lirik mahnılara və ya instrumental əsərlərə deyilir.
Vokaliz – ifaçının texniki imkanlarını işlərməkvə inkişaf etdirmək məqsədi ilə sait səslərlə sözsüz ifadır.
Xor yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir. Xor tipinə görə həmcins və qarışıq, növünə görə tək səsli (unison) və çoxsəsli olur. Xorda 4 səs partiyası olur (soprano, alt, tenor, bas) Müstəqil əsər kimi və opera, operettalarda ayrıca musiqi nömrəsi kimidir.
Musiqinin instrumental janrları.
Sonata – bir və ya iki musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. (İtalyanca “conate” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır). XVI-XVII əsrlərdə instrumental əsərləri ümumiyyətlə, sonaraadlandırırdılar. XVII-XVIII əsrlərdə isə süitaların tərkib hissəsi kimi bir və bir neçə alət üçün yazılmış əsərlər sonatalar adlandırılmağa başlandı.
Simfoniya – sonata formasında orkestr üçün yazılmış əsərdir. (Yunanca “həmahənglik” mənasındadır). Simfoniyalar quruluşuna görə birhissəli və genişlənmiş (7 hissəli) ola bilər.
Süita – fransızca ardıcıllıq mənasını verir.Geniş mənada məzmun və quruluşca bir neçə tamamlanmış bir-biri ilə kontrastlıq təşkil edən hissələrdən ibarət əsərlərə deyilir. Əvvəl 2 hissə idi, sonradan 4 hissəyə çatdırıldı. Hər hissənin də adı var. I – allemanda, II – kuranta, III – sarabanda, IV – jiqa.
Noktyurn – Gecə sözündəndir. Adətən 3 hissəli formada yazılır. I və III hissələr sakit, II hissə həyəcanlı, gərgin olub, kontrastlıq əmələ gətirir. III hissə I hissənin dəyişikliklə təkrarından ibarətdir.
Prelüd – Adətən böyük həcmli olur, müqəddimə mənası verir. Çox vaxt lirik xarakterdə olur. Bəstəkarlarımızda Q.Qarayev, F.Əmirov, E.Nəzirovanın prelüdləri məşhurdur.
Skertso – zarafat mənasını verən sözdür. Bunlar yüngül xarakterli əsərlərdir. Çox zaman sonata formasının I hissəsi kimi də yazılır. 

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin