Akkordlar, ucsesli ve septekordlar
Akkordlar. Akkordların növləri. Üçsəsli və septakkordlar. Üç və daha çox səsin tersiyalarla qurularaq birlikdə və ya ardıcıl səslənməsinə akkord deyilir. Akkordların növləri onların tərkibində olan səslərin sayından asılıdır. Musiqidə ən çox işlənən akkordlar – üçsəsli və septakkordlardır.
Üç səsin tersiyalarla qurularaq biryerdə və ya ardıcıl səslənməsinə üçsəsli akkord deyilir. Üçsəsli akkordlar tərkibindəki tersiyaların keyfiyyətindən asılı olaraq 4 növə bölünür:
Major üçsəslisi B3+K3
Minor üçsəslisi K3+B3
Artırılmış üçsəsli B3+B3
Əskildilmiş üçsəsli K3+K3
Üçsəslilərin birinci səsinə akkordun əsas tonu və yaxud priması deyilir. Üçsəslinin ikinci səsinə akkordun tersiyası, üçüncü səsinə isə akkordun kvintası deyilir. Şərti olaraq bu səslər 1,3,5 rəqəmləri ilə işarələnir.
4 səsin tersiyalarla qurularaq biryerdə və yaxud ardıcıl səslənməsinə septakkord deyilir. Hər hansı bir akkordun 1-ci və axırıncı səsləri septima intervalı olarsa, bu akkord septakkord adlanır. Musiqidə bir çox septakkordlar işlədilir. Onlardan ən çox major və harmonik minor qammalarının V pilləsinsən qurulan septakkordlardır ki, buna da pillənin adına görə dominant septakkord deyilir.
Esas musiqi janrlari, vokal janrlar
Janr fransız sözü olub “cins”, “növ” deməkdir. Musiqidə əsas 3 janr mövcuddur: vokal, instrumental, vokal-instrumental, (qarışıq) janr.
Vokal musiqi – oxumaq üçündür: mahnı, romans, ariya, ariyetta, ariozo, barkarollo, serenada, elegiya, lay-lay, kantata, oratoriya
Musiqinin vokal janrları.
Mahnı – şeirlə musiqinin vəhdətindən yaranmış vokal əsəridir. Xalq yaradıcılığında, məişət musiqisində, eləcə də peşəkar musiqidə, yəni bəstəkar yaradıcılığında geniş yayılmışdır.
Romans – kamera musiqisinin əsas janrıdır. (İspan dilində “ispansayağı” deməkdir). Bədii mahnıdır. Adətən mətni məhəbbət mövzusunda olur, elegiya, ballada onun növləridir.
Ariya – operada, operettada və başqa səhnə əsərlərində orkestrin müşayiəti ilə bir müğənni tərəfindən ifa olunan bitmiş bir musiqi nömrəsidir. Ariya dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın, qəhrəmanın musiqi xarakteristikası verilir. Adətən ikihissəli formada yazılır.
Dostları ilə paylaş: |