Reçitativ – musiqi deklomasiyasının bir növüdür. Konkret forması yoxdur. Ariyadan əvvəl giriş kimi səslənir.
Kavatina – solo oxumaq üçün lirik pyesdir. Birmiş bir musiqi əsəridir. Sadə və müstəqil olur, mahnı xarakterlidir.
Ariyetta– (kiçik ariya) Çox zaman mahnı xarakterində və həcmcə kiçik olur. Fransız komik operalarında daha çox rast gəlmək olar.
Ariozo – (mahnıyabənzər) solo ifa üçün yazılmış, müstəqil formaya malik musiqi əsəridir.
Serenada – məhəbbət mövzusunda yazılmış vokal əsəridir. (İtalyanca “axşam sərini”, “aydın səma”, “hava” deməkdir). Kiməsə həsr edilmiş, lirik pyes xarakterlidir.
Ballada – səs ilə müşayiət üçün yazılmış qəhrəmani dastan xarakterli vokal əsəridir.
Messa – Allahin şərəfinə ifa edilən təntənəli (çoxhissəli) vokal əsəridir.
Rekviyem – Mərhumun xatirəsinə ifa edilən çoxshissəli messadır.
Elegiya– qəmli və dalğın xarakterli lirik mahnılara və ya instrumental əsərlərə deyilir.
Vokaliz – ifaçının texniki imkanlarını işlərməkvə inkişaf etdirmək məqsədi ilə sait səslərlə sözsüz ifadır.
Xor– yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir. Xor tipinə görə həmcins və qarışıq, növünə görə tək səsli (unison) və çoxsəsli olur. Xorda 4 səs partiyası olur (soprano, alt, tenor, bas) Müstəqil əsər kimi və opera, operettalarda ayrıca musiqi nömrəsi kimidir.
Səid Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.Onun hələ uşaq ikən atasını itirməsinə baxmayaraq oxumaq, öyrənmək həvəsi günbəgün artırdı. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpmışdır. S. Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.
Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkalardan-sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki,o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.
Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.
Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət mahnı və rəqs ansamblının (1951) rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpmışdır. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirmişdir.
S. Rüstəmovun pedoqoji fəaliyyətinin mühüm bir dövrü Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Kanservatoriyası ilə bağlı olmuşdur. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.
O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.