Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə34/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
musiqi1 kopyası kopyası

Musiqi dinlənilməsi aşağıdakı mərhələlər üzrə aparılır:
1. Giriş söhbət. Giriş söhbət şagirdlərin diqqətini təşkil etmək üçün keçirilir. Bu zaman bəstəkar, əsərin yaranması, ya da bəstəkar haqqında maaraqlıfaklar söhbət aparılır. 
2. Əsərin dinlənilməsi. Dinləmə zamanı ən mühüm şərt - əsərin əvvəldən sonadək dinlənilməsivə izahıdır. İfa zamanı sinifdə sakitliyi təmin etmək lazımdır. Bunun üçün dinlənilən əsərin müəyyən cəhətlərinə (musiqinin ifadə vasıtələrinə: xarakter, temp, dinamika, melodiyanın hərəkəti və bu isə müəllimin köməkçi suallarının sayəsində mümkündür
3. Dinlənilən əsər haqqında söhbət, yəni təhlil. Əsərin ilk səsləndirilməsindən sonra müəllim dinlənilən musiqi haqqında uşaqların fikrini öyrənir, əsər haqqında qısa təhlil aparır. Musiqinin məzmunu, janrı, xarakteri, forması və s.müəyyənləşdirilir və şagirdlərin bilik səviyyəsinə uyğun təhlil aparılır.
4. Əsərin təkrar dinlənilməsi. Qısa söhbət - təhlildən sonra təkrar dinləmədə bilik və təəssüratlar möhkəmləndirilir. Bu is müəllimin köməkçi suallarının sayəsində mümkündür. 

  1. Esas olculerin dirijorluq sxemleri, xorda dirijorlugun esas qaydalari

Məlumdur ki, hər bir musiqi əsəri, eləcə də mahnı müəyyən bir ölçüdə yazılır. Mahnının ritmik, tempində ifadəli və düzgün ifası üçün müəllim əsas ölçülərin dirijorluq sxemlərini bilməlidir. 


Əsas ölçülərin dirijorluq sxemləri:
​Sadə ölçülər ( 2 və 3 hissəli)
2/2; 2/4; 2/8 1 2
3/2; 3/4 ; 3/8; 3/16 1 2
​ 3 
Mürəkkəb ölçülər (4 hissəli)
2/4, 4/4, 4/8, 4/16 4
​ 3 2

Xor oxuma prosesində mürəkkəb ölçüləri sadələşdirib sadə ölçülərlə əvəz etmək olar. Məsələn, 4/4 ölçüsünü 2/4 ilə, 6/8 ölçüsünü isə mahnının ritminə uyğun 2/4 və ya 3/4 ölçüsü ilə əvəz etmək olar.
İbtidai sinif şagirdləri vokal texnikasına malik olmadıqları üçün vaxtaşırı onlara xorda oxumağın qaydalarını yada salmaq lazımdır:
1.​Xorda oxuyan zaman bədəni düz saxlamalı, ağızı düz açmalı;
2.​Oxu zamanı alınan nəfəsi musiqi cümləsinin axırına qədər çatdırmalı, başqasının oxumasına qulaq asmalı, oxuyanda onlardan geri qalmamalı və eləcə də tələsməməli;
3.​Oxuyarkən diqqətlə müəllimə baxmaq, onun əl hərəkətinə (dirijorluğuna) fikir vermək və göstərişlərinə əməl etmək zəruridir. 
4.​Şagird mahnıda nədən bəhs olunduğunu unutmamalı və onu bədii şəkildə ifa etməyə çalışmalıdır. 
Xorda oxuyarkən uşaqlar zəruri vokal vərdişlərinə yiyələnməlidirlər. Zəruri vokal vərdişləri tənəffüz, diksiya, səsyaranma, intonasiya və ansambldır.
Xorda oxu zamanı düzgün nəfəsalma əsas şərtlərdəndir. Düzgün və vaxtında nəfəsalma mahnını düzgün və bədii şəkildə ifasına kömək edir. Nəfəsalma səssiz və bir yerdə alınmalıdır.Yazıda V işarəsi ilə, dirijorluq vaxtı əl hərəkəti ilə (auftakt) göstərilir.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin