Xane olculeri, olculere gore dirijorluq sxemleri
Məlumdur ki, hər bir musiqi əsəri, eləcə də mahnı müəyyən bir ölçüdə yazılır. Mahnının ritmik, tempində ifadəli və düzgün ifası üçün müəllim əsas ölçülərin dirijorluq sxemlərini bilməlidir.
Əsas ölçülərin dirijorluq sxemləri:
Sadə ölçülər ( 2 və 3 hissəli)
2/2; 2/4; 2/8 1 2
3/2; 3/4 ; 3/8; 3/16 1 2
3
Mürəkkəb ölçülər (4 hissəli)
2/4, 4/4, 4/8, 4/16 4
3 1 2
Xor oxuma prosesində mürəkkəb ölçüləri sadələşdirib sadə ölçülərlə əvəz etmək olar. Məsələn, 4/4 ölçüsünü 2/4 ilə, 6/8 ölçüsünü isə mahnının ritminə uyğun 2/4 və ya 3/4 ölçüsü ilə əvəz etmək olar.
Klassik musiqinin formalari, Rondo musiqi
Form müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Elə əsərlər var ki, məsələn, heykəltəraşlıq, rəssamlıq, memarlıq və s. onlar gözlə oxunur, müşahidə edilir. Onların forması daima tam şəkildə və yaxud da hissələrlə aydınlaşdırılır, dərk edilir. Bu zaman əsərin ümumi şəkli detallardan əvvəl nəzərə çarpır. Musiqidə isə ədəbiyyatda, şeirdə olduğu kimi müəyyən vaxt ərzində, hər bir xırdalıqlarla, detallarla dərk edilir. Ona görə də tam musiqi əsəri yaddaşımıza tədricən dərk olunur. Musiqini dərk etmək və qavramaq xüsusiyyəti musiqi formasının mahiyyətini təyin etməyə imkan yaradır. Musiqi formaları müxtəlifdir.
Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.
Rondo forması. Rondo formasında eyni mövzu 3 dəfədən az olmayaraq səslənməlidir. Bu təkrar olunan mövzular arasında (“refren”) yeni mövzular (“epizodlar”) səslənməlidir. Hər bir mövzu (refren və epizodlar) hər biri ayrı- ayrılıqda period, sadə ikihissəli və üçhissəli formalara əsaslana bilər. Variasiya formasının hərfi sxemi belədir: ABACA...
Sonata-alleqro forması. Sonata alleqro forması mürəkkəb klassik musiqi formalarından biridir. Bu formada əsasən instrumental musiqi əsərləri yazılır. Sonata-alleqro forması bir-biri ilə ziddiyyət təşkil edən 2 mövzu əsasında (əsas və köməkçi) və bu mövzuların bir-birinə qarşı qoyulması və inkişaf etdirilməsi nəticəsində yaranır. Quruluşu 3 şöbədən ibarətdir:
1.Ekspozisiya (əsas, köməkçi və s. mövzularla tanışlıq)
2.İşlənmə (hər bir mövzu işlənir, xırdalanır)
3. Repriza (əsasən I şöbə təkrarlanır)
Silsilə mahiyyətli formalar. Ümumi məzmuna əsaslanan, bir neçə müstəqil hissələrin toplusundan yaranır. Bu formada vahid bir fikir və məzmun olur. Silsilə forması müxtəlif olur:
- sonata silsiləsi forması – bu formada sonata, simfoniya, konsert, trio, kvartet, kvintet və s., əsasən instrumental əsərlər yazılır.
- Süita forması – bu forma müstəqil hissələrin ümumi məzmunla birləşməsi nəticəsində yaranır.
Period. Hər bir musiqi əsərinin yaranmasında mövzu əsas rol oynayır. İnkişafın əsasını təşkil edən mövzu intonasion cəhətcə yığcam, forma etibarı ilə tam quruluşa malik olmalıdır. Hamafon-harmonik quruluşlu (yəni təksəsli və çoxsəsli) musiqi əsərində mövzu ifadəsinin səciyyəvi formasını period təşkil edir. Period tematik cəhətcə bir-birinə oxşar 2 melodik quruluşdan – cümlədən yaranaraq bitmiş bir fikri ifadə edir. I cümlə başlanğıc – sual cümləsi, II isə cavab cümləsi adlanır. Period forması kvadrat olaraq 2, yaxud 4 xanəlik cümlələrdən yaranır. 8 xanə = 4 xanə + 4 xanə (16=8+8)
Dostları ilə paylaş: |