Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Törəmə pillələr. Ton və yarımtonlar, Alterasiya işarələri, Enhormanik bərabər səslər



Yüklə 191,07 Kb.
səhifə48/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
musiqi1 kopyası kopyası

Törəmə pillələr. Ton və yarımtonlar, Alterasiya işarələri, Enhormanik bərabər səslər

Fortepianonun səs düzümünü təşkil edən 88 pillənin 52-si ağ, 36-sı qara pillələrdən ibarətdir. Ağ pillələr əsas pillələrin adı ilə adlandırılır. Qara pillələr isə müstəqil ada malik deyil və əsas pillələrin yarım ton (1/2 t) artırılması və ya əskildilməsi nəticəsində alınır. Belə pillələrə səs düzümündə törəmə pillələr deyilir.


Do və Re əsas pillə arasında qara pillədən ibarət orta səs yerləşir. Bu pillə öz adını Do notunun yarım ton artırılması (yəni do diyez), ya da Re notunun yarım ton əskildilməsi (yəni re bemol) nəticəsində alınır. Bu qayda ilə hər bir musiqi səsi artırılıb əskildilərkən əmələ gələn səs törəmə pillə adlanır.
Musiqidə 2 qonşu səs arasında ən qısa ucalıq məsafəsi yarım ton hesab olunur. Oktava daxilindəki 12 səsdən hər 2 qonşu səsin arası ucalıq etibarı ilə yarımtondur. Musiqidə səs düzümü bərabər yarımtonlara bölünür və oktava daxilində ancaq 12 yarımton yerləşir. Belə musiqi quruluşuna temperasiya olunmuş quruluş deyilir. Temperasiya quruluşuna görə 7 əsas səs içərisində Mi ilə Fa və Si ilə Do səsi arasında məsafə yarım tondur, digər səslərin arası isə 1 ton və yaxud 2 yarımtondan ibarətdir. Deməli, 2 səsin arasında olan iki bərabər yarımtona bir ton deyilir.
Alterasiya işarələri.
Musiqidə hər hansı bir səsi 1 yon və ya 0,5 ton zilləşdirən və ya bəmləşdirən işarələrə alterasiya işarərələri deyilir. Alterasiya işarələri 5-dir:
1. Diyez # - səsi 0,5 ton zilləşdirir
2. Dubl diyez X – səsi 1 ton zilləşdirir
3. Bemol b – səsi 0,5 ton bəmləşdirir
4. Dubl bemol bb – səsi 1 ton bəmləşdirir
5. Bekar – alterasiyanı ləğv edir.
Enharmonik bərabər səslər.
Eyni yüksəkliyə malik pillələrin səslənməsi bir, yazılışı və adları müxtəlif olarsa, bunlara enharmonik bərabər səslər deyilir. Məsələn, hər hansı bir səsi 0,5 ton və ya 1 ton artırıb və ya əskildə bilərik. Belə olduqda 1 ton məsafəli 2 qonşu əsas pillələrdən birincisi 0,5 ton artırıb, ikincisi 0,5 əksildək, nəticədə alınan törəmə pillə artırılmış və əskildilmiş pillələrin enharmonik bərabər pillələri olacaq.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin