Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Rus Klassik musiqisi, Kimski Korsokov haqqında



Yüklə 191,07 Kb.
səhifə55/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
musiqi1 kopyası kopyası

Rus Klassik musiqisi, Kimski Korsokov haqqında

Nikolay Rimski-Korsakov 1844cü il 6 martda Rusiyanın Novqorod əyalətində dünyaya gəlmişdir. Rus bəstəkarı XIX əsrdə yaradılmış 5 nəfərdən ibarət məşhur bəstəkar qruplaşmasının (“5”) əvəzedilməz üzvü olmuşdur. 12 yaşında hərbi-dənizçilik akademiyasına yazılan Nikolay, 15 yaşında pianino dərsləri almağa başlayır. 1861ci ildə görüşdüyü M. Balakiryev (“5”dən 1-i) onu bəstəkarlığa daha da həvəsləndirir. 18 yaşında akademiyanı bitirdikdən sonra 3 illik dəniz səyahətindən təəssüratları (1862-1865), Korsakovun yazacağı operalarda da özünü göstərir. İlk peşəkar simfonik bəstəsini edərkən onun 21 yaşı var idi. 1873də hərbi-dəniz akademiyasını tərk edən Nikolay, 1 il sonra Peterburqda “3-cü simfoniya” ilə ilk professional çıxışını reallaşdırır. 1886-1890cı illərdə Rusiya simfonik konsertlərinin baş icraçılığı ilə yanaşı, Paris Dünya Sərgisindəki (1889) rəhbərliyi ilə Rimski-Korsakov, ölümlərindən sonra həm Borodin, həm də Musorqski‘nin əsərlərinin işlənilib-tamamlanmasında böyük paya malikdir.


Qoqolun əsərlərindən “May gecəsi”ni (1880), Ostrovskinin nağıllarından “Qar qızı” (1881) yazan Rimski-Korsakov, 1888ci ilə qədər durğunluq dövrünü yaşayır və heç bir nəzərəçarpan işə imza atmır. Çox vaxt bu periodun başlıca səbəbi kimi özünə rəqib gördüyü Çaykovski’nin uğurları qeyd olunur, “Motsart və Salyeri” (1897) və “Çarın nişanlısı” (1898) 
1905-1907ci illərdə baş tutan siyasi çıxışlarda 100-ə qədər tələbəni dəstəkləmiş Rimski-Korsakov’un konservatoriya professorluğu və əsərləri bir müddət qadağan edilsə də, müəllim və tələbə heyətinin etirazlarından sonra yenidən öz vəzifəsinə qaytarılır.
Bəstəkar 11 simfoniya, 15 opera, 3 instrumental və orkestral iş, 79 romans, 2 kolleksiya və çox sayda pianino əsərləri buraxmış, musiqiyə nəzəri yanaşan 3 də kitab yazmışdır. Rimski-Korsakovun klassikanın ənənəvi texnikası ilə yerli folkloru harmoniyalaşdırdığı musiqisi bir çox bəstəkarlara yol göstərici olmuşdur.
1871ci ildə Peterburq konservatoriyasına başçılıq etmə təklifi, bəstəkarın nəzəri musiqi bazasının və hər hansı sistemli akademik biliyinin olmaması səbəbindən şübhəli görünsə də, Balakiryevin xüsusi təlimatları və Çaykovskinin məsləhətləri ilə bu vəzifəyə layiq görülür. 
Nikolay Rimski-Korsakov Rusiya Musiqi cəmiyyətinin fəxri üzvlüyündən rəsmən imtina edir. 61 yaşlı bəstəkarı buna vadar edən səbəb inqilabçı tələbələrin təqibi idi.
Rimski-Korsakovu tanıtmaq üçün onun “Sadko”, “Motsart və Salyeri”, “Ölməz Kaşey”, “Milad qabağı gecə”,"Qarqızı" operalarının adını sadalamaq bəlkə də yetərlidir.
​Nikolay Rimski-Korsakov 1908-ci ildə 8 iyunda vəfat etmişdir.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin