Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə7/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   2   3   4   5   6   7   8   9   10   ...   71
musiqi1 kopyası kopyası

Sadə iki hissəli forma. Bu forma 2 perioddanibarətdir. Periodlar tematik məzmuna görə bir-birindən fərqlənir. I period “A”, II period isə “B” hərfi ilə işarə etsək, bu zaman sadə ikihissəli formanın hərfi sxemi belə olacaqdır: AB
Sadə üçhissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə isə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə üçhissəli formada əvvəlki period (birinci period) adlanaraq, “A” hərfi ilə II hissə - orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə eyni ilə I hissəni təkrar etdiyi üçün “refren” adlanaraq “A” hərfi ilə işarələnir. Bu formanın hərfi sxemi belədir: ABA
Mürəkkəb musiqi formaları: Mürəkkəb 2 və 3 hissəli formaların sadə 2 və 3 hissəli formalarda fərqi odur ki, sadə formalarda yazılmış əsərlərdə şöbələr (yaxud periodlar) ayrı-ayrılıqda ifa ediləndə musiqi fikri çox konkret olur, mürəkkəb 2 və ya 3 hissəli formalarda yazılmış əsərlərdə isə hər bir hissəni ayrılıqda çaldıqda musiqi fikri daha geniş olur. Burada isə hər hissə özü-özlüyündə 3 hissəli formaya və daha mürəkkəb formalara malik ola bilər. Mürəkkəb üç hissəli formanın 1-ci hissəsi sadə iki və ya üçhissəli formada yazılır. O, adətən əsas tonallıqda tam mükəmməl kadensiya ilə tamamlanır. Mürəkkəb üçhissəli formanın period və ya sadə 2,3 hissəli formada yazılmış orta hissəsi trio, mürəkkəb 3 hissəli formada yazılmışdır.
Mürəkkəb 3 hissəli forma Motsart və Haydn silsilə əsərlərin bir çox münuetlərində və həmçinin ağır hissələrində istifadə olunur. Bu formaya misal Ü.Hacıbəylinin “Koroğlu” operasından V pərdəli rəqsi, Bizenin “Karmen” operasından uvertüranı göstərmək olar.
Variasiya forması. Eyni mövzunun müxtəlif dəyişikliklərlə dəfələrlə təkrarı nəticəsində yaranır. Hərfi sxemi A+A1+A2+A3+... variasiyalar ciddi və sərbəst olur. Ciddi variasiyalarda mövzu müxtəlif dəyişikliklərə (ölçü, ritm, temp, tonallıq, faktura, registr və s.) uğrasa da mövzuya yaxınlıq daima hiss olunur. Sərbəst variasiyalarda isə dəyişikliklər mövzudan çox uzaqlaşdırılır və mövzunu tanımaq çətinləşir. Belə variasiyalar daha çox süita nömrələrini xatırladır.
Rondo forması. Rondo formasında eyni mövzu 3 dəfədən az olmayaraq səslənməlidir. Bu təkrar olunan mövzular arasında (“refren”) yeni mövzular (“epizodlar”) səslənməlidir. Hər bir mövzu (refren və epizodlar) hər biri ayrı-ayrılıqda period, sadə ikihissəli və üçhissəli formalara əsaslana bilər. Variasiya formasının hərfi sxemi belədir: ABACA...

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin