Multimediaın təsnifatı
Multimedia xətti (əks əlaqəsiz) və interaktiv mühitlərə bölünə bilər.
Təsvirin xətti üsulunun analoqu kino ola bilər. Bu sənədi nəzərdən keçirən insan, onun çıxışına heç cür təsir edə bilmir.
Informasiyanın interaktiv (qeyri-xətti) təsviri üsulu insana, proqramlara, şəbəkələrə imkan verir ki, multimedia məlumatlarının təsviri vasitələri ilə birlikdə hər hansı bir üsulla informasiyanın çıxışında iştirak etsin. Bu prosesdə iki və daha çox tərəfin iştirakı "interaktivlik" adlanır. Insan və kompüterin qarşılıqlı fəaliyyətinin belə üsulu kompüter oyunları kateqoriyalarında daha dolğun təsvir edilmişdir. Multimedia məlumatlarının interaktiv təsvir üsulu bəzən "hipermedia" adlanır.
İnformasiyanın xətti və interaktiv təsviri üsullarına nümunə olaraq təqdimat mərasiminin keçirilməsi şəraitinə baxmaq olar. Əgər təqdimat lentə və ya videofayla yazılmışdırsa və auditoriyada göstərilirsə, onda bu təqdimata baxanlar onun gedişatına təsir etmək imkanına malik deyillər. Canlı təqdimatda isə, auditoriya məruzəçiyə sualları vermək və buna uyğun olaraq qarşılıqlı fəaliyyət göstərmək imkanına malikdir. Bu da məruzəçiyə imkan verir ki, təqdimatın mövzusundan kənara çıxsın, məsələn, bəzi terminləri izah etsin və ya məruzənin mübahisəli hissələrini daha ətraflı işıqlandırsın. Beləliklə, canlı təqdimat informasiyanın verilməsinin interaktiv(qeyri-xətti) üsulu kimi təqdim edilə bilər.
Dostları ilə paylaş: |