Multimedia məhsullarının əsas daşıyıcıları
Multimedia məhsulları daşıyıcıları kimi, çoxlu sayda müxtəlif informasiyanı saxlaya bilən vasitələrdən istifadə olunur. Bir qayda olaraq multimedia məhsulları kompüter daşıyıcıları və səsləndirmə vasitələri (CD-ROM), ya da xüsusi televiziya əlavələri (CD-i) və ya telekommunikasiya şəbəkələri və onların sistemlərinə istiqamətlənmiş olur.
CD-ROM (CD - Read Only Memory) – kompüter sistemləri üçün nəzərdə tutulan optik diskdir. Onun üstün cəhətləri – kompüterə xas çoxfunksionallılığı, çatışmayan cəhəti isə informasiyanın əlavə edilməsinin, diskə əlavə informasiyanın yazılmasının mümkün olmaması, video və audio informasiyanın səsləndirilməsinin qənaətbəxş olmamasıdır.
CD-i (СD - Interactive)- TV əlavələr üçün Filips şirkətinin işləyib hazırladığı xüsusi formatlı kompakt-diskdir. Onun üstün cəhətləri – dinamik videoinformasiyanın və səsin yüksək keyfiyyətli səslənməsidir. Çatışmayan cəhəti isə çoxfunksionallılığın olmaması, TV-monitorun keyfiyyəti ilə bağlı statik vizual informasiyanın səsləndirilmə keyfiyyətinin qənaətbəxş olmamasıdır.
Video-CD (kompakt disklərin TV-formatı) – videokassetlərin daha da yüksək keyfiyyətli təsvirlə əvəz edilməsidir. Çatışmayan cəhəti - çoxfunksionallılığın və interaktivliyin olmamasıdır.
DVD-i (Digital Video Disk Interactive) – yaxın gələcəyin formatı olub, “interaktiv TV” və ya kinonu təqdim edir. Ümumilikdə bu DVD kompakt diskdir(CD), amma daha sürətli və daha həcmli kompakt diskdir. Bundan əlavə sektorların yeni formatları, səhvlərin daha etibarlı korreksiyası tətbiq olunub, kanalların modulyasiyası yaxşılaşdırılıb. DVD-videodiskdə saxlanılan videosiqnal, CCIR-601 studiya videosiqnalının MPEG-2 alqoritmi üzrə sixılması (720x480 icazəilə saniyədə 60 sahə)nəticəsində alınır. Əgər təsvir mürəkkəbdirsə və ya tez dəyişirsə, təsvirin parçalanması və yayılması kimi gözlə görünən sıxılma deffektləri ola bilər. Deffektlərin nəzərə çarpması, doğru sıxılmadan və onun ölçüsündən (verilənlər selinin sürətindən) asılıdır. 3,5 Mb/san sürətində sıxılma deffekti hərdən hiss olunur. 6Mb/san sürətində sıxılmış siqnal orijinaldan, demək olar ki, fərqlənmir. DVD-videonun format kimi əsas çatışmayan cəhəti ondan ibarətdir ki, kopiyalama və reqional blokirovkadan mühafizə sxemi mürəkkəbdir ( dünyanın bir yerində alınan disk digər yerində alınan DVD diskdə oxunmaya bilər).
Dostları ilə paylaş: |