Multimediya texnologiyalarında videoinformasiya
Rəqəmli video
Texniki təminat vasitələri
Kompüterli animasiya
Flaş-animasiya texnologiyası
Morfinq
Rəqəmli video
Rəqəmli video – hesablama texnikasından istifadə edərək hərəkətli təsvirlərin yaradılması, saxlanması, çevrilməsi və ötürülməsi və/və ya qəbulu (həmçinin səsləndirilməsi) sistemləri və vasitələrinə tətbiq olunan termindir. Rəqəmli videoəsasən aşağıdakı göstəricilərlə xaraterizə olunur:
Kadrların tezliyi – 1 saniyədə ekranda kadr təsvirlərinin dəyişilmə sayı ilə ölçülür;
Ekranın icazəsi – kadr təsvirlərindəki piksellərin sayı ilə ölçülür;
Rəngin dərinliyi və ya rəng icazəsi – ötürülən rəng çalarlarının sayı ilə ölçülür;
Təsvirin keyfiyyəti – yuxarıda göstərilənlərin daxil olduğu kompleks göstərici.
Rəqəmli video (digital video, DV, DV format) – videonun təsvir formatı olub, rəqəmli videokamera, videomaqnitofon və FK arasında verilənlərin yazılması və mübadiləsi üçün istifadə olunur. DV-nin ötürülməsi üçün IEEE‑1394 (FireWire və ya i.LINK) standartından istifadə olunur. Bu standarta görə videosiqnalın sıxılma əmsalı – 5:1, siqnalın ötürülmə sürəti – 3,6 Mbayt/s., videokadrın icazəsi PAL sistem üçün 720х576 və NTSC – üçün 720х480, 4 kanal üzrə səsin yazılması və səsləndirilməsi, diskretizasiya tezliyi 32 Khs və mərtəbəliliyi 12 bit(2 kanal üzrə diskretizasiya tezliyi 48 Khs və mırtıbıliliyi 16 bit) nəzərdə tutulur.
Dostları ilə paylaş: |