Kompüterli animasiya - obyektlərin hərəkətlərinin ayrı-ayrı fazalarını və ya vəziyyətini, səhnələrin dəyişdirilməsini və s. fiksasiya edən kadrlar ardıcıllığının cəld dəyişdirilməsi yolu ilə hərəkət edən təsvirin süni effektinin yaradılmasıdır. Animasiya təsvirlərinin saxlanması üçün xüsusi formatlar mövcuddur. Bu formatlardan daha geniş yayılanları aşağıda göstərilmişdir:
FLI Animation*, FLI, Flic - Autodesk şirkəti tərəfindən işlənmiş və daha geniş yayılmış animasiya formatıdır. Intel korporasiyasının platformalarında kompüter oyunlarında, SAPR sisteminin qrafiki əlavələrində animasiya ardıcıllığını saxlamaq üçün istifadə olunur. Əsas xarakteristikaları bunlardır: bir kadrda 256 rəng saxlayır(onların 16 mln. rəngdən seçilməsi mümkündür); təsvirin maksimal ölçüsü 320x200, 64k x 64k; RLE-sıxlaşdırmadan və delta-kodlaşdırmadan(sıxlaşdırmadan da işləyə bilər) istifadə olunur; Autodesk Animator və Animator Pro proqramları ilə işləyir; faylların genişlənməsində *.fli (formatın köhnə versiyası), *flc(daha sonrakı versiya) istifadə olunur;