Proqram-apparat vasitələri
MİDİ-klaviatura, MİDİ-kontroller – verilənlərin digər MİDİ-qurğulara verilməsi üçün nəzərdə tutulan MİDİ- qurğulardır. Adətən, fortepianoya oxşar klaviaturalı alətdir. Həmçinin, “zərb” və “taxtadan nəfəs” MİDİ kontrollerlər və gitaranı imitasiya edən kontrollerlər mövcuddur.
MİDİ-sintezator – yüksək keyfiyyətli musiqili sintezi təmin edər rəqəmli musiqi aləti və ya kompüterə birləşdirilən avtonom (periferiya) qurğudur.
Akustik sistem – səsyazmanın səsləndirilməsi vasitəsi olub, dinamiki və səs platasına qoşulmuş səs siqnalı gücləndiricisi (səs ucaldıcı) olan bir və ya bir neçə (bir qayda olaraq iki-üç) kolonka şəklində düzəldilmişdir.
Dostları ilə paylaş: |