Səviyyənin artmasına görə nizamlanmış əsas mühitlər aşağıdakılardır



Yüklə 70,05 Kb.
səhifə4/26
tarix02.01.2022
ölçüsü70,05 Kb.
#41415
1   2   3   4   5   6   7   8   9   ...   26
5 m MM

Multimeiadan istifafə

Mültimedia müxtəlif sahələrdə, o cümlədən reklam, incəsənət, təhsil, əyləncə sənayesi, texnika, tibb, riyaziyyat, biznes, elmi tədqiqatlar, fəza-vaxt əlavələri və insanın iştirak etdiyi digər informasiya proseslərində öz tətbiqini tapır.


Təhsil

Multimediadan təhsildə kompüter tədris kurslarının, ensiklopediya və külliyatlar kimi məlumat kitabçalarının yaradılması üçün istifadə olunur. Tədris kursları istifadəçiyə imkan verir ki, bir sıra təqdimatlar tematik mətnlər və bununla bağlı illüstrasiyalarla müxtəlif təqdimat formalarında tanış olsun. Əyləncəli təhsil (Edutainmnt- ABŞ-da istifadə olunan termindir) təhsili və əyləncəni, xüsusilə multimediya əyləncələrini birləşdirir. Son on illikdə multimedianın yaranması ilə əlaqədar təhsil nəzəriyyəsi əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bir sıra tədqiqat istiqamətləri yaranmışdır: koqnitiv yük nəzəriyyəsi, multimedia təhsili və s. Təhsil və tərbiyə imkanları, demək olar kı sonsuzdur. Media-konvergensiya ideyası həmçinin təhsil sahəsində, xüsusilə ali təhsil sahəsində ən vacib faktorlardan biridir. Səs (həm də telefoniya funksiyaları), verilənlər bazası (həm də törəmə əlavələr), videotexnologiyalar – kimi təyin olunan ayri-ayrı texnologiyalar, hal-hazırda bu resusrlardan birgə istifadə edərək və bir-biri ilə birgə fəaliyyət göstərərək, kompleks şəkildə yeni operativlik, media-konvergensiya yaradır və bu bütün dünya universitetlərində tədris olunan fənnləri sürətli şəkildə dəyişir. Qəzet şirkətləri də həmçinin yeni fenomeni oz işlərində tətbiq edərək onu mənimsəməyə çalışırlar.



Texnika

Proqram təminatını işləyənlər kompüter simulyatorlarında əyləncədən tədrisə qədər olan multimediyadan hər formada istifadə edə bilərlər, məsələn: hərbi və ya istehsalatda tədris. Proqram interfeysləri üçün multimedia adətən yaradıcılıqla məşğul olan peşəkarlar və proqram təminatını işləyənlər arasında əməkdaşlıq kimi yaradılır.

Multimedia vasitələrindən bank, ticarət, mühafizə, tibb, tədqiqat və s. kimi müxtəlif sahələrdə, identifikasiya sistemlərinin işlənməsi üçün aktiv istifadə olunur.
Sənaye

Sənaye sektorunda multimediadan aksionerlər, rəhbərlik və kolleqalar üçün informasiyanı təqdim etmə üsulu kimi istifadə olunur. Multimedia, həmçinin personalın təliminin təşkilində, məhsulun dünya üzrə qeyri-məhdud Web-texnologiyaları vasitəsi ilə reklamı və satışının təşkılındə faydalıdır.

Tomoqrafiya texnologiyası ilə birlikdə kompüter qrafikası faydalı qazıntıların yeni yerlərini kəşf etməyə, texniki obyektlərin daxili vəziyyətini tədqiq etməyə imkan verir.


Yüklə 70,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin