Dindirilmə protokolu.
1918-ci il 10 noyabr şamaxılı Tərlan bəy Əliyarbəyov, 27 yaşlı, Şamaxı
qəza rəisinin baş köməkçisi, müsəlman.
Mən, Şamaxıda Əlahəddə Komissar və qarnizon rəisi vəzifələrdə işləmişəm.
Quberniya komissarının sərəncamına əsasən, mən, 200 milis toplamalı və olmuş
hadisələrin nəticəsini bərpa etməli, həmçinin qayda-qanun yaratmalı idim. Yüz
nəfərə yaxın milis toplayıb Şamaxıdan Ağsu istiqamətinə getdik. Bilirdim ki,
quldurlar Şamaxı - Kürdəmir yolu ilə gediblər. Keçdiyimiz kəndlər artıq ermənilər
tərəfindən talan edilmiş, əhali isə öldürülmüşdür. Mən öz milis dəstəmlə Ağsuda
qalmalı oldum. Burada əhali tərəfindən şikayətləri qəbul edirdim. Dəqiq yadımda
deyil, 12, ya da 13 martda mən Şamaxı Milli komitəsindən məlumat aldım ki,
erməni - bolşevik silahlı dəstələri Şamaxıya hücum ediblər. Mən öz dəstəmlə o saat
Şamaxıya qayıtmalı oldum. Komitədə öyrəndim ki, erməni - bolşevik dəstələrinin
yanına gedən, azərbaycanlı nümayəndələrinə deyilib ki, şəhərdə olan bütün silahlar
qarnizona təhvil verilməlidir. Guya, Şamaxıda daha quldur-zad yoxdur. Onlar
Generalın bu dövrdəki fəaliyyəti məlum səbəblərə görə onun rəsmi tərcümeyi-halına düşməmişdir.
Amma bəllidir ki, o, 1918-ci ilin mayından Müsavat ordusunda çalışmışdır.
37
Dilqəm. 1918-ci il Şamaxı soyqırımı. “Elin sözü” qəzeyi, aprel 2001.
34
hamısı kəndlərə dağılışıb gediblər. Bu ərəfədə isə Milli Komitədə olan şamaxılı –
ermənilər qarnizonun silah anbarını qarət etmişlər. Bunu mən və qarnizon
komissarı Qocamanbəyov da bildik. Onların qabağını almaq məqsədilə biz
Komitəyə gəldik. Bu vaxt ermənilər artıq şəhərdə atəş açmağa başlamışdılar. Biz
elə, bunu komitədə də eşitdik ki, erməni - bolşevik silahları Çuxuryurd
istiqamətindən şəhərə basqın edəcəklər. Komitədə bizə sərəncam verildi ki, şəhərin
müdafiəsi lazımdır. Axşam saat 8-9 radələrində mən öz dəstəm və əlavə olaraq 100
nəfər şamaxılı Çuxuryurd istiqamətində müdafiədə durduq. Səhərə qədər Şamaxı
atəşə tutuldu. Heç bir itki olmadığından, mən məruzə üçün Milli Komitəyə gəldim.
Bir saat keçməmiş Meysəri istiqamətindən və Mədrəsə tərəfdən ermənilər
Şamaxıya hücum çəkdilər. Mən dəstənin yanına tələsdim. Mən onlara dedim ki,
mənim əmrim olmadan atəş açmasınlar. Meysəri istiqamətindən bir dəstə silahlı
adam, şəhərə tərəf gəlirdi. Şərq istiqamətindən də silahlı adamlar görünməyə
başladılar. Mən dəstəmə əmr etdim ki, döyüşə hazır olsunlar. Mən təcrübəmdən
bilirdim ki, əgər, top atsalar, şəhərdə yanğın baş verə bilər. Elə bu vaxt ermənilər
Mədrəsə istiqamətindən toplardan atəş açmağa başladılar.
Həmin gün ermənilər Şamaxıya girə bilmədilər. Şamaxılılar müdafiə
mövqeyini yaxşı seçmişdilər. Döyüş 4 saat davam etdi. Ermənilər müdafiəni yara
bilmədiklərini hiss edib, Mədrəsə tərəfə çəkildilər. Mən də atəşi dayandırdım və
dəstəmə bildirdim ki, ermənilər təslim olacaqlar və silahları təhvil verəcəklər. Bir
saatdan sonra ermənilərlə bizim aramızda danışıqlar başlandı. Ermənilər tərəfindən
nümayəndələr - erməni yepiskopu Baqrat, Şamaxı poçt teleqraf kontorunun rəisi
Gülbəndyan və qeyriləri. Malakanlardan isə, Cabanı kənd sakini Karabanov idi.
Danışıqda, “heç bir şey pis olmayacaq, yenə münasibətlərimiz yaxşı olacaq”
dedilər. Lakin səhəri gün, ertədən Şamaxı erməniləri tərəfindən mühasirəyə
alınmışdı. Bütün gün ərzində şəhər atəşlə tutuldu. Onlar evlərə soxulur, qarət edir,
insanları öldürür, bəzilərini əsir alırdı. Mən də bir qarabağlı erməni tərəfindən əsir
götürüldüm. Məndən başqa 20 nəfəri də əsir götürmüşdülər. Mənim evimi talan
etdilər. Qiymətli şeylərimi götürdülər. Mənim mənzilimdən şaşki (partlayıcı
maddə) tapdılar. Mən Qarabağ ermənisinə dedim ki, mən zabit kimi, qanuna görə
şaşki saxlamalıyam. O isə, cavabında “bundan sonra şaşki yalnız bizə lazımdır”, -
dedi. Məni, yalnız, nəğd on iki min pul, bütün qohumlarımın qızılları və qiymətli
ev əşyalarını verəndən sonra buraxdılar. Gecəykən mən Şamaxıdan çıxdım. Bir
neçə vaxtdan sonra 20 nəfərlik süvarinin başında Ziyadxanov Şamaxıya gəldi.
Deyə bilmərəm, onlar, nə qədər Şamaxıda qaldılar. Bolşevik - malakan dəstələri
gedəndən sonra Seyid Axundzadə Şamaxıya gəldi. 23 nəfərlik dəstəsi olan Seyidə
təklif olundu ki, qalıb Şamaxıda yaşasın. O, isə belə bir təklif verdi ki, əgər,
düşmən bizdən çox olarsa, biz şəhəri tərk edək. Mən qəti surətdə dedim ki, mən
Şamaxının tərk etməyəcəyəm, onu müdafiə edəcəyəm. Mənim sözlərim Seyid
Axundzadəyə təsir etdi. Mənim ətrafıma qonşularım da toplaşdı. Bütün şəhəri
35
gəzdik və şəhərdə qalanlara tapşırdıq ki, heç kəs şəhərdən çıxmasın. Ertəsi gün
eşitdim ki, Şamaxıdan getmiş əhali şəhərə qayıdıb.
İki saatdan sonra bolşevik-malakan dəstəsi Şamaxını tutdu. Ermənilər
Göyçaydan geri qayıdıbmış”.
38
Kapitan Əlyarbəyov
Sonralar general-mayor olan T.Əlyarbəyovun xidmətləri təkcə bununla
bitməmişdir.
O, 1918-ci ilin avqust ayında Azərbaycan Demokratik
Cümhuriyyətinin məsləhəti ilə əvvəl Hacıqabulda, sonra Quba qəzasının Qusar
şəhərində yerləşən 2-ci polk komandirinin köməkçisi təyin edilmişdir. Hökumət
1919 - cu ildə ona daha böyük etimad göstərmiş və onu Bakı Hərbi İdarəsində rəis
vəzifəsinə irəli çəkmişdir.
I və II Dünya müharibələrinin iştirakçısı T.A.Əlyarbəyov 1956-cı ildə Bakı
şəhərində vəfat etmişdir.
39
***
1902-ci il zəlzələsindən keçən 15 il müddətində Şamaxı necə deyərlər, təzədən
tikilmiş, varlı-karlı adamlar - Veyisovlar, Salamovlar, Hacı Xeyrulla, Vahab bəy,
tacirlər Hacı Musa, Əbdülhüseyn Əlizadə, Hacı Nağı, Axund Mirzə Nəcəf,
Kərbəlayi Yusif, Şahlar bəy Şıxəlıbəyov, Rüstəm bəy Məmmədov, Şeyx Əli ağa və
b. dağılmış ata-baba mülklərini yenidən qurmuş, daha möhtəşəm imarətlər
ucaltmışlar. Şəhərin 13 məhəlləsində məscidlər, hamamlar, bazarlar, karvansaralar
bərpa olunmuş, poçt, məktəb, onlarla mağazalar yenidən tikilmişdir. Şəhər
abadlaşmış, bağ-bağatlar salınmışdır. Erməni daşnakları 1918-ci ildə bu tikililərin
demək olar ki, hamısını yerlə yeksan etmiş, həmin abidələrdən bircəsi də salamat
qalmamışdır. Təkcə 1000 ildən artıq yaşı olan, yandırılmış Şamaxı Cümə məscidi
nisbətən salamat qala bilmişdir.
Mənbələrdən: “Yoxlama zamanı müəyyən
edilmişdir ki, məscidlər, evlər, mağazalar və digər
tikililər hansı maye vasitəsilə divarlara çəkilib,
sonra isə odlamaqla yandırılmışdır. Bir neçə
məscidin
xarabalıqlarını,
habelə
insan
sümüklərinin 45 ədəd fotoşəklini çəkmişdilər.
Maddi ziyanın hesablanması mümkün deyildir.
40
Haşiyə: O dövrdə dağıdılan məscidlərdən
biri
də
XVIII
əsr
yadigarı
“İmamlı
məhəlləsi”ndəki məscid olmuşdur. Mənbələrdə
38
ARDA. fon. 1061, iş 1, siy. 105. vər. 100-101.
39
Azərbaycanda iki Dünya müharibəsinin iştirakçısı general ancaq T.Əliyarbəyov olmuşdur. -
S.Q.
40
İ.Mirzəyev. “Bəli soyqırım olub”, “Xalq qəzeti”, 10.III.2002.
36
İmamzadə ziyarətgahında dəfn edilən şəxsin dördüncü imam Zeynalabdinin
oğlanlarından biri olduğu qeyd edilir. Ziyarətgahın tarixi VIII əsrə aiddir.
İmamzadəyə hörmət əlaməti olaraq, 1370-ci ildə orada məscid tikilmişdir.
Məscidin Axundu Hacı Elşənin dediklərindən: Ziyarətgahda dəfn olunanın
adı məlum deyildir. Vaxtilə məzarın üstündə yazılı kitabə olmuşdur. 1918-ci ildə
erməni daşnaqları Şamaxıda olan bütün tarixi abidələrlə yanaşı, “İmamzadə”
məscidini də yandırmış, orada olan yazılı kitabəni məhv etmişlər. Odur ki, xalq
arasında ziyarətgah Qərib Ata və ya İmamzadə (İman oğlu) adlandırılmışdır.
Məsciddə aparılan arxeoloji qazıntılar təsdiq edir ki, “İmamzadə” məscidi
tikiləndən bəri beş dəfə bərpa edilmişdir.
Deyilənlərdən o da bəlli olur ki, bu məzarda uyuyan Pirsaat ziyarətgahında
dəfn olan şəxsin - Mir Sahab Ağanın qardaşıdır. Məscid ikimərtəbəli olmuşdur.
Son bərpa zamanı aşkar edildi ki, məscidin 21 metr hündürlüyündə olan birinci
mərtəbəsi torpağın altındadır. Məsciddə bu günə kimi qalan yeganə kitabədən
orada Mövlanə Seyid Mühəmməd Saleh-əl-müddəris adlı böyük bir alimin dəfn
olunduğu bəlli olur. Bu da bir daha təsdiqləyir ki, Şamaxıdakı başqa məscidlər
kimi, “İmamzadə”də orta əsrlərdə mədrəsə fəaliyyət göstərmişdir.
1902-ci il zəlzələsi zamanı “İmamzadə” məscidi yerlə-yeksan olmuşdur.
1910-1917-ci illər ərzində böyük memar Ziyvor bəy Əhmədbəyov tərəfindən
məscid qədim özül üzərində yenidən tam bərpa edilmişdir.
1918-ci ilin martında cəllad S.Lalayevin evinə yaxın olan “İmamzadə”
məscidi ermənilər tərəfindən dağıdılmışdır. Şəhərin yaşlı sakinləri - Mürşid baba,
Məşədi Nazpərinin (100 yaşlı) dediklərindən bəlli olur ki, qırğın zamanı yüzlərlə
qadın, uşaq və yaşlı insan “İmamzadə”yə pənah aparırlar. Məscidin Axundu
Cəfərqulu beş nəfər kişi ilə həmin insanları müdafiə edirlər. Ən nəhayət, onların
güllələri qurtarır. Erməni cəlladları həmin kişiləri məsciddəkilərin gözü qarşısında
qəddarlıqla öldürürlər. Sonra məscidin ağzını bağlayıb od vururlar. Şahidlərin
dediyinə görə, qaçqınlar şəhərə qayıdandan sonra məsciddə yandırılmış insanların
sümük və küllərini bir yerə yığıb oradaca dəfn edirlər. 1918-ci ildə Müsavat
hökuməti qətlə yetirilən insanların üstündə xatirə lövhəsi qoyurlar. Həmin qəbir
daşı indiyə kimi durur”.
Haşiyə: Şamaxının böyük dini bilik sahibi, alim Axund Mehdi Ağa da öz
vəsiyyətinə görə 1911-ci ildə həmin məsciddə dəfn edilmişdir.
***
Elmi araşdırmalar bir daha təsdiqləyir ki, erməni daşnakları Şamaxıda təkcə
varlıların mülklərini deyil, eyni zamanda, ziyalıların, elm-sənət fədailərinin
evlərini bilərəkdən yandırmağı, qarət etməyi də qarşılarına məqsəd qoymuşlar. Bu
fəlakət Şamaxının memarlıq incilərini, məscidi, sarayı və evləri, keçmiş tikililəri,
məktəbləri məhv etdiyi kimi, yüzlərlə ziyalılar – şair müəllim, alim, din
xadimlərinin
dəyəri
bilinməyən
əlyazma kitabxanalarını
yandırmışlar.
S.M.Qənizadə, A.Səhhət, M.Ə.Sabir, Axund Şeyx Əli ağa, Mirmehdi Ağa, Mirzə
37
Həbib, Müfti Mustafa Əfəndi, Axund Cəfər, Əlicabbar Orucəliyev, Möhsün bəy
Qədirli, Böyük bəy Mahmudbəyov, Mahmud Əfəndi (prof. E.Əfəndiyevin əmisi),
Ələddin Əfəndizadə, Axund Hacı Rza, Hacı Musa oğlu, Əbdülqadir Qafar oğlu,
Əlimməd Mustafayev, Əbdürrəhman Əfəndiyev, Tofiq Şirvanlı, Məhəmmədhəsən
Tərrah, Ağaəli bəy Naseh, Kərbəlayi Yusif, Şahlar bəy Şıxəlibəyov, Rüstəm bəy
Mamedov və başqalarının evi bilərəkdən yandırılmış, talan olunmuş, qədim
kitablar, əvəzsiz əlyazmalar məhv edilmişdir.
Kitabxanasını, əlyazmalarını mülkündən, varından çox istəyənlərdən biri də
Rusiyanın Dövlət Dumasının deputatı Məmmədtağı Əbdülsəməd oğlu Əlizadə
olmuşdur. Erməni daşnakları tərəfindən şəhərin xarabazara çevrildiyini, əhalinin
qətlə yetirildiyini görən Məmmədtağı doğmalarının təkidinə baxmayaraq, şəhərdən
çıxmır. “Bu qədər kitabı, əlyazmanı məhv olmağa qoymaram”, - deyib, mülkündə
qalır.
Açıqlama: Məhəmmədtağı 1958-ci ildə Şamaxıda tacir ailəsində anadan
olmuşdur. Onun atası Qafqaz Müsəlmanları İdarəsində şeyxülislamı Şeyx Əhməd
Hüseynzadə Salyanlının qızı Fatma Bikə elə evlənmişdir. Məhəmmədtağı 15-16
yaşında Tiflisə getmiş, ana babası Şeyx Əhməd Salyanlının yanında qalmış və
ruhani məktəbinə daxil olmuşdur. Məhəmmədtağı babasının köməyi ilə ərəb, fars
dilləri ilə yanaşı rus və fransız dillərini də dərindən öyrənmişdir.
O, 1874-cü ildə Bakıya gəlir, burada H.Zərdabi, H.Vəzirov ilə tanış olur. O,
“Əkinçi” qəzetində əməkdaşlıq etmişdir. Bakı Realnı
Məktəbinə daxil olmuşdur. Sonra o, Novo-Aleksandriyada
“Kənd Təsərrüfatı mütəxəssis hazırlayan bir instituta daxil
olmuşdur.
Bundan
sonra
o,
Moskvada
Petrovski
Akademiyasında oxumuşdur. 1883-cü ildə Akademiyanı
bitirib Peterburqa gəlmişdir. Alman və ingilis dillərini də
yaxşı bilən Məhəmmədtağı Peterburqda maliyyə nazirliyində
Rixterin rəhbərlik etdiyi “Rüsum və töycü” şöbəsində
işləməyə başlayır”, “İqtisadiyyata dair biliyini artırmaq,
Avropa həyat şəraitini bilavasitə müşahidə etmək məqsədilə
Almaniyaya, Fransaya gedir. Almaniyanın Sileziya vilayətində olarkən apardığı
müşahidələr, topladığı faktlar əsasında “Sileziyanın iqtisadiyyatı haqqında” alman
dilində kitab yazıb nəşr etdirir” (prof. X.Məmmədov). O, 1988-ci ildə
Peterburqdan geri qayıtmış və həmişəlik Şamaxı şəhərində yaşamışdır. Şamaxıya
gələndən sonra, Əlizadə Şərqi səyahət etmək fikrinə düşmüş, əvvəl İrana getmiş,
orada gördüklərinə, müşahidə etdiklərinə əsasən kəskin pamflet səciyyəli bir əsər
yazmışdır, o, qeyri-mətbu əsər haqqında 1906-cı ildə məlumat verən “Həyat”
qəzeti göstərirdi ki, müəllif bu əsəri nəşr edərsə, zənnimizcə, ortaya bir ikinci
“səyahətnameyi – İbrahimbəy” çıxmalıdır. (prof. X.Məmmədov).
M.Əlizadə 1906-cı ildə Rusiyanın birinci Dövlət Dumasına Bakı
quberniyasından deputat seçilmişdir.
38
Çox əfsus ki, böyük elm sahibi, 5-6 xarici dil bilən M.Əlizadə də 1918-ci il
erməni soyqırımının qurbanı olmuşdur. Doğmalarının dediyinə görə, 60 yaşlı
Məhəmmədtağı Əlizadə mülkündə iki saata yaxın - son gülləsinə kimi
vuruşmuşdur.
Beləliklə, erməni quldurları onu vəhşicəsinə qətlə yetirmiş, evini talan
etmişlər. Axırda onun da mülkünə od vurub, yandırıblar. Bununla da neçə-neçə
qiymətli əlyazmalar, alimin işıq üzü görməyən əsərləri, kitabxanası bütövlükdə
məhv edilmişdir.
Haşiyə: Şamaxıda yaşadığı müddətdə Məhəmmədtağı Əlizadə Şamaxı yerli
ziyalılarının məsləhət yeri olmuşdur. Elə bir tədbir, elə bir yığıncaq yox imiş ki,
M.Əlizadə orada iştirak etməsin. A.Səhhətin “1917-ci ildə “Açıq söz” qəzetində
çap etdirdiyi bir məqaləsi bu baxımdan diqqətə layiqdir. Məqalədən məlum olur ki,
Şamaxıda İcraiyyə Komitəsi təsis edilməsi barədə şəhərə teleqram gəlir. “Xəlayiqi
bu məsələyə də aşina etmək üçün 3 gün cümə məscidinin həyətində mitinq təşkil
edildi”.
41
Çox müzakirə və mübahisədən sonra “səkkiz nəfər ruhani, 4 nəfər tacir,
üç nəfər hökumət məmuru, iki nəfər dava vəkilindən ibarət bir komitə intixab
olundu”. Komitənin sədarətinə birinci padşahın duma vəkili Məhəmmədtağı
Əliyev cənabları intixab olundu”.
42
Düzdür, təşkilat sonra ləğv edildi, M.Əliyev işdən istefa verdi. Amma buna
baxmayaraq, belə faktlar bir daha təsdiq edir ki, erməni qırğınına kimi onun
Şamaxıda böyük nüfuzu və hörməti olmuşdur.
***
Bolşevikbayrağı altında bir araya gələn erməni - malakan birləşmələri 1918-
ci ildə Şamaxıda bəşər övladı yaranandan bəri dinc əhaliyə qarşı görülməyən,
analoqu olmayan faciələr törətmişlər. “Quduzlaşmış ermənilər on üç məhəllə
məscidini və məşhur ocaq sayılan cümə məscidini də yandırmışlar. Bu yırtıcılar
1000 yaşı olan cümə məscidində Axund Cəfərqulunun saqqalını bir-bir yolub,
sonra dişlərini kökündən çıxarıb əzabla öldürmüşlər”.
43
Çox çəkmir ki, Şamaxı soyqırımı burada törədilən vəhşiliklərin sorağı hər
tərəfə yayılmağa başladı. Bu ara İsmayılxan Ziyadxanovun dəstəsi şamaxılıların
köməyinə gəlirlər. “Gəncə atlılarının sorağını eşidən erməni - malakan birləşmələri
qorxularından Şamaxını tərk edirlər. Yağı düşmən Qozluçayda qərar tutur.
Ermənilərin şəhəri tərk etdiyini eşidən yaxın kənd, meşə, dağ və dərələrdə gizlənən
əhali şəhərə qayıdır. Onlar gördüklərinə inana bilmirlər. Küçə, yol və həyətlərdə
olan insan cəsədləri - kəsilmiş başlar, qol-qıçlar, əl-ayaqlar, parça-parça edilmiş
uşaq - körpə meyitləri onları heyrətə salır, dəhşətə gətirir. Doğmalarının,
41
A.Səhhət. “Əsərləri” Bakı, - 1974 II səh.63.
42
Yenə orada səh. 64.
43
H.Hacıyev. Ermənilərin dəhşətli vəhşiliyinə əyani sübut “Azərbaycan” qəzeti 31.III.2000.
39
balalarının faciə və müsibətlərinin şahidi olan qadınların bir çoxunun başına hava
gəlir, dəli olurlar. Müsibət müsibətə qarışır. Ev-eşiklər külə dönübmüş. Bir sözlə,
şəhər böyük bir tonqalın külünü xatırladırmış.
Erməni cəlladları tez cinayətkar S.Şaumyana “Gəncə atlıları” haqqında
məlumat çatdırırlar. Cəllad Şaumyanın əlinə yenidən fürsət düşür. Odur ki, hamısı
millətçi ermənilərdən təşkil olunmuş böyük bir ordunu “əksinqilab qüvvəni” -
İsmayılxan Ziyadxanovu məhv etmək üçün Şamaxıya göndərir. Bu xəbəri eşidən
İsmayılxan geri çəkilir. Ermənilərin yenidən soyqırımı törədəcəyi xəbərini eşidən
sakinlər yenidən Şamaxını tərk etdilər.
İkinci dəfə boz ayın sazağında, öz ev - eşiklərindən ayağıyalın-başıaçıq,
aclıq-səfalət içində çöllərə düşən insanların çoxu yollarda ölür, sağalmaz
xəstəliklərə tutulur və yaxud taqətsiz halda yollarda qalır, qurd-quşa yem olurlar.
“Şirvanlı mülkədar İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi əksinqilabı
qüvvələri təmizləmək” bəhanəsi ilə erməni daşnakları bolşevik bayrağı altında
Şamaxıda daha dəhşətli soyqırım aktı törədirlər. Bu barədə mənbələrdə oxuyuruq:
“Mən Şamaxıdan çıxıb Göylərə kəndinə gəldim. Lakin “xan dəstəsi” (İsmayıl bəy
Ziyadxanov - S.Q.) Şamaxıya gələndən sonra, 28 mart 1918-ci ildə mən Şamaxıya
qayıtdım. Ermənilər Qozluçay kəndinə yığılmışdılar. İsmayılxan, malakanlara
müraciət etdi ki, erməniləri ona versinlər ya da kənddən çıxarsınlar. Malakanlar iki
gün möhlət istədilər. İki gündən sonra malakanlar xəbər göndərdilər ki, erməniləri
verməyəcəklər. İsmayılxan Qozluya yaxınlaşanda, atışma başlandı. Malakan və
erməni birləşmələrinin sayca çox olmasını görən İsmayılxan Şamaxıya qayıdır və
səhəri gün şəhəri tərk edir. Müsəlman dəstəsinin getməsindən üç saat sonra mən də
Şamaxını tərk etdim. Ermənilərin müsəlmanlara qarşı etdikləri hərəkətlər, mənim
fikrimcə, milli xarakter daşıyırdı. Onlar, guya, bolşeviklərə qarşı çıxan
azərbaycanlılara qarşı mübarizə aparırdılar. Əslində isə bu şüar altında minlərlə
müsəlman - uşaq, qadın, qoca və daha kimləri qılıncdan keçirdilər. Bu amansız
soyqırımının başında Stepan Lalayev dururdu. Təşkilatçılıq işlərinə isə Mixail
Arzumanov, qəza rəisinin köməkçisi Qaroğlanov, poçt-teleqraf kontorunun rəisi
Gülbəndov və familiyalarını bilmədiyim qeyri-ermənilər başçılıq edirdi. Birinci
qaçqın zamanı mənə 400 min manat məbləğində, ziyan dəymişdir”.
44
***
Bolşevik bayrağı altında üçüncü dəfə Şamaxıya daxil olan erməni
yaraqlıları şəhəri yenidən ələk-vələk elədilər. Şəhərdə az-çox salamat qalmış
tikililər yenidən oda qalandı. Şəhərin yaxınlığında olan qəbristanlıqlar təhqir edildi.
Bolşevik ordusu Ağsu-Göyçay tərəfə istiqamət aldı. “Şamaxı şəhərini və onun ətraf
kəndlərini viran qoyan, müsəlman əhalisinin ucdantutma qıran vəhşi daşnaklar
Gəncə istiqamətində irəliləməyə başladılar. Erməni silahlı qüvvələri, əgər, Bakıdan
44
ARDA. fon. 1061, iş 105, vər. 17-20.
40
Şamaxıya üç günə gəlib çıxmışlarsa, onlar iki gün ərzində Ağsu və Göyçayı da
zəbt etməyə imkan tapdılar”.
45
Ən nəhayət, erməni daşnakları İsmayıl xan Ziyadxanovun dəstəsi ilə
qarşılaşırlar. Bu döyüşdə S.Şaumyanın “erməni-bolşevik” ordusu qələbə çalır. Bu
qələbə münasibəti ilə S.Şaumyan, Moskvaya V.İ.Leninə müjdə göndərir. Professor
V.Quliyevin yazdığı kimi, “tarixçilərin tədqiqatlarında” oxuyuruq: “1918-ci ilin
yazında Bakı proletariatının yardımı və zəhmətkeş kütlələrin fəal işitirakı ilə
Azərbaycanın şərq qəzalarında Sovet qoşun dəstələri (oxu: erməni-daşnak qəza
dəstələri - V.Q) aprelin 14-də Lənkəranı azad etdi, aprelin 17-19-da Şamaxı sovet
şəhərinə çevrildi”.
46
Bəli, bu “böyük qələbə” Şamaxıda 4 minə yaxın dinc əhalinin qəsdən qətli
(o cümlədən, 1653 qadın, 965 uşağın, yandırılan, talan edilən 58 kənddə isə 3204
nəfər kişi, 1979 nəfər qadın, 959 nəfər uşağın məhv edilməsi) hesabına başa gəlir
(Bunlar adları siyahıya düşənlərdi). Əslində FİK-nin işləri yarımçıq qaldığı üçün
qətlə yetirilənlərin sayı düzgün dəqiqləşdirilə bilmədi. Ona görə də mənbələrdə
Şamaxıda qətlə yetirilmiş insanların sayı barədə fikir müxtəliflikləri mövcuddur.
Məsələn, bir mənbədə oxuyuruq: “Şaumyan cəlladları Şamaxı uyezdində qanlı
faciələr törətdi. Şamaxı şəhərindən yalnız xarabalıqlar qalmışdı. 15 minlik əhalisi
qılıncdan keçirildi. Az bir hissəsi bu faciədən qaçqınlıqla başını qurtara bildi”.
47
Başqa bir mənbədə göstərilir ki, şəhərində təqribən, 8-12 min, bütövlükdə
Şamaxı qəzasında isə, 40 minə qədər insan qətlə yetirilmişdir. Çox təəssüflər ki,
onların yalnız 12 min nəfəri qeydə alınmışdır”.
48
Göründüyü kimi sənədlərdən də erməni terrorçularının Şamaxı və onun
kəndlərində qətlə yetirdikləri günahsız insanların sayını dəqiq müəyyən etmək
mümkün deyildir. Amma ötən əsrin 90-cı illərindən bəri apardığımız ciddi
araşdırmalar nəticəsində (yüz nəfərə yaxın şahiddən topladığımız xatirə və
məlumatlar) müəyyən edə bilmişik ki, erməni cinayətkarları - S.Şaumyan,
S.Lalayan, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli
havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqribən, 14-16 min, onun 40 kənd və
obalarında (Bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min
nəfəri qətlə yetirmişlər. Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın
düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur.
Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 kəndin yerlə-yeksan
edildiyi, yandırıldığı haqqında məlumat verilir. Yəqin etmişik ki, həmin siyahıya
faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və obaları da
45
V.Arzumanlı, N.Mustafa. Göstərilən əsəri, səh. 91.
46
V.Quliyev.Göstərilən əsəri. səh.27.
47
Салех бек. Армянстого. Баку, 1994, стр. 329.
48
Soyqırımı. Xalq qəzeti, Bakı. 27 mart, 2001.
41
siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının
90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalmışdır.
Dostları ilə paylaş: |