II ġamaxı Qəzasının Cabanı (rus) kəndindən:
26.
Korolyov İvan – Fərzalı Gəray oğlu (1-28);
27.
Stepan Nazariç – Fərzalı Gəray oğlu (1-28).
III. – Göstərilənlərdən başqa zərərçəkən Ağacan Mehdi oğlu (1-16)
ifadəsində bildirmişdir ki, o, Cabanılı (rus) İqnatın, Yonanın, Zaxarın, Vasilinin,
Pyotrun və Marevka kəndindən Dmitrinin, Mixailin, Yakovun və Vasilinin də orda
iştirak etdiyini görmüşdür.
81
Yuxarıda göstərilənlərdən başqa, Çuxuryurd kəndində Əngəxaran kənd
sakini Fərzalı Gəray oğluna dəhşətli işgəncələr vermişdir. Bu belə olmuşdur.
Olmuş hadisələrdən bir ay sonra malakanlar belə xəbər yayırlar ki, kim
bolşeviklərə təslim olarsa, onu bağışlayarlar. Fərzalı Gəray oğlu o vaxtkı starşina
Yefim Çerxezovun yanına gəlir ki, mən bolşeviklərin tərəfdarıyam. Çerxezov əmr
edir ki, onu sarısınlar və zirzəmiyə atsınlar. Vasili Borisoviç Polovinkinin gücü ilə
əmr icra olunur. Bir azdan onun yanına 5 nəfər malakan da gəlir. Fərzalı onlardan
“Bədəl” ləqəbli Yorini və İvan Yorini tanıyır. Onlar Fərzalını ağacla döyürlər,
sonra sağ ayağını dəmir dəzgahın arasına qoyub sıxırlar. Diz qapağını sındırırlar.
Nəticədə də, o, axsaq qalır.
Bütün bunları nəzərə alaraq, törətdikləri vəhşi cinayətlərin nəticəsi son
dərəcə ağır və iztirablı olduğundan həmin şəxslərin cinayətə cəlb olunmasını zəruri
hesab edirik.
Fövqaladə İstintaq Komissiyasının üzvü: A. Novitski
90
ġAHĠDLĠK PROTOKOLU
“Biz imzalarımızla təsdiq edirik ki, Əngəxaran kəndi erməni və malakan
birləşmələri tərəfindən dağıdılmış və adları aşağıda göstərilən kənd sakinləri qətlə
yetirilmişdir: 1. Məlikalı Məlik oğlu, 22 yaş, 2. İsmayıl Məlik oğlu, 35 yaş, 3.
Niyaz Eminalı oğlu, 22 yaş, 4. Bilal Molla Ağababa oğlu, 32 yaş, 5. Yunis Molla
Ağababa oğlu, 24 yaş, 6. Pənah Mustafa oğlu, 60 yaş, 7. Əlyar Pənah oğlu, 28 yaş,
8. Gülcənnət Həmdulla qızı, 55 yaş, 9. Dövlətbəyim Pənah qızı, 25 yaş, 10. Rübabə
Əbdülhəmid qızı, 6 yaş, 11. Bəkir Firudin oğlu, 35 yaş, 12. Şakir İrza oğlu, 23 yaş,
13. Baxşəli İrza oğlu, 25 yaş, 14. Mirzəli Əhməd oğlu, 65 yaş, 15. Məhəmməd
Əhməd oğlu, 80 yaş, 16. Əhməd Möhüb oğlu, 22 yaş, 17. Mehdi Ağa oğlu, 5 yaş,
18. Gülməmməd Həsən oğlu, 60 yaş, 19. Gülanə Məhəmməd qızı, 26 yaş, 20.
Əmirbala Sirac oğlu, 10 yaş, 21. Ağa Adıgözəl oğlu, 38 yaş, 22. Soltanxanım Ağa
qızı, 14 yaş, 23. Əkrəm Hüseyn oğlu, 45 yaş, 27. Qızılgül Dostumamed qızı, 35
yaş, 28. Əliqulu Sarı oğlu, 45 yaş, 29. Əlibala Əliqulu oğlu, 7 yaş, 30. Şahsanəm
Həsən qızı, 35 yaş, 31. Atakişi Əhməd oğlu, 40 yaş, 32. Ovçu Məhəmməd oğlu,
100 yaş, 33. Bəgdəmir Ovçu oğlu, 45 yaş, 34. Gülmirzə Bəgdəmir oğlu, 12 yaş, 35.
Qərib Oruc oğlu, 32 yaş, 36. Girdalı Qərib oğlu, 8 yaş, 37. Gülbadam Şərbətalı
qızı, 4 yaş, 38. Molla Mirzalı Ağamoğlan oğlu, 70 yaş, 39. Əlibala Mirzalı oğlu, 35
yaş, 40. Azadxan Əlibala oğlu, 5 yaş, 41. Mövsüm Taha oğlu, 40 yaş, 42. Şirinbala
Şəfi oğlu, 7 yaş, 43. Sitarə Cəfərqulu qızı, 25 yaş, 44. Sarı Xalıq oğlu, 90 yaş, 45.
Sadıq Xalıq oğlu, 12 yaş, 46. Ağa Xalıq oğlu, 10 yaş, 47. Qızqayıt Xalıq qızı, 8
90
ARDA. f. 1061, s. 1. iş. 110, vər. 5-6.
82
yaş, 48. Şərəfəli Əşrəf oğlu, 38 yaş, 49. Rüxsarə Şərəfli qızı, 32 yaş, 50. Türbətəli
Əşrəf oğlu, 22 yaş, 51. Əhmədbəkir Əli oğlu, 30 yaş, 52. Soltanməhəmməd Babaş
oğlu, 28 yaş, 53. Binəbəyim Əlibala qızı, 11 yaş, 34. Zəhra Əhməd qızı, 70 yaş,
55. Məşədi Ələkbər Gül oğlu, 4 yaş, 56. Xırda Xəndan qızı, 35 yaş, 57. Sona Adil
qızı, 80 yaş, 58. Şahbala Şirməmməd oğlu, 15 yaş, 59. Şirbala Şirməmməd oğlu,
11 yaş, 60. Ağahəsən Qədir oğlu, 23 yaş, 61. Sədrəddin Hacı Qəhrəman oğlu, 35
yaş, 62. Türfə Mustafa qızı, 6 yaş, 63. Mərcan Səfərəli qızı, 16 yaş, 64. Adil Gül
oğlu, 45 yaş, 65. Gül Bilal oğlu, 2 yaş, 66. Şirbala 18 yaş, 67. Hacı Əli Adil oğlu,
16 yaş, 68. Əbdülhəmid Xudaverdi oğlu, 30 yaş, 69. Babaverdi Abdullahəmid oğlu,
5 yaş, 70. Heybət Kərim oğlu, 7 yaş, 71. Rəhim Eyvaz oğlu, 18 yaş, 72.
Abdullaxahq İbrahim oğlu, 25 yaş, 73. Cəmilə İbrahim qızı, 17 yaş, 74. Tura Yusif
qızı, 18 yaş, 75. Mərdan Qəni oğlu, 20 yaş, 76. Sitarə İbrahim qızı, 70 yaş, 77.
Qarakişi Hacıbaba oğlu, 2 yaş, 78. Suma Qəni qızı, 35 yaş, 79. Nemət Əhməd oğlu,
35 yaş, 80. Həcər Abdul qızı, 35 yaş, 81. Osman İbrahim oğlu, 80 yaş, 82. Əmrah
Osman oğlu, 21 yaş, 83. İsmayıl İbrahim oğlu, 19 yaş, 84. Süleyman Novruz oğlu,
22 yaş, 85. Seyidxanım Tarverdi qızı, 90 yaş, 86. Bibixanım Şirin qızı, 10 yaş, 87.
Türfə Əhliman qızı, 14 yaş, 88. Babakişi İsmayıl oğlu, 18 yaş, Dürnisə Babaş qızı,
35 yaş, 90. Şeyda Məhəmməd oğlu, 70 yaş, 91. Elçin Mikayıl oğlu, 85 yaş, 92. Nuri
Gülməmməd oğlu, 22 yaş, 93. Fərman Mirzəcan oğlu, 11 yaş, 94. Nəbi Nuri oğlu,
14 yaş, 95. Ağacan Nuri oğlu, 12 yaş, 96. Ağamurad Abıs oğlu, 19 yaş, 97.
Məmmədağa Murad oğlu, 3 yaş, 98. Ruqiyə Abış qızı, 17 yaş, 99. Əmrulla Teybə
oğlu, 75 yaş, 100. Səkinə Əlibaba qızı, 18 yaş, 101. Ağahüseyn Cəfərulla oğlu, 20
yaş, 103. Məmməd Umudalı oğlu, 20 yaş, 104. Paşa Umudalı oğlu, 17 yaş, 105.
Cəlaləddin Tağı oğlu, 81 yaş, 106. Teymur İbrahim oğlu, 45 yaş, 107. İbrahim
Teymur oğlu, 20 yaş, 108. Umudalı Abdullaqədir oğlu, 55 yaş, 109. Baba
Süleyman oğlu, 20 yaş, 111. Mədətalı Abdulqədir oğlu, 70 yaş, 112. Ağa Məhərrəm
oğlu, 45 yaş, 113. Ağakişi Nəsrulla oğlu, 21 yaş, 114. Süleyman İsrafil oğlu, 22
yaş, 116. Baxşəli Yusif oğlu, 70 yaş, 117. Ağəli Şirəli oğlu, 23 yaş, 118. Məmməd
Umudalı oğlu, 22 yaş, 119. Əlihəsən Umudalı oğlu, 19 yaş, 120. Töhvə Orucalı qızı,
35 yaş, 121. Həbib Rəhim oğlu, 41 yaş, 122. Balaqardaş Həbib oğlu, 19 yaş, 123.
Əhmədalı Ağamoğlan oğlu, 75 yaş, 124. Camulla Rəsul oğlu, 45 yaş, 125.
Seydulla İbad oğlu, 22 yaş, 126. Şakir İbad oğlu, 18 yaş, 127. Allahverdi Ocaqqulu
oğlu, 90 yaş, 128. Qarakişi Alıverdi oğlu, 24 yaş, 129. Aslan Qafar oğlu, 35 yaş,
130. Zinyət Alim qızı, 28 yaş, 131. Pirməmməd Əziz oğlu, 25 yaş, 132. Orucalı
Kərim oğlu, 70 yaş, 133. Sirac Hacıgəray oğlu, 60 yaş, 134. Əlimustafa Mustafa
oğlu, 22 yaş, 135. Xankişi Mustafa oğlu, 3 yaş, 136. Mövsüm İsmayıl oğlu, 18 yaş,
137. Səmərrux Seyid Məhəmməd qızı, 28 yaş, 138. Hacı Polad Hacı oğlu, 66 yaş,
139. Polad Hacı oğlu, 20 yaş, 140. Zeynal Hacı oğlu, 60 yaş, 141. Ziyad Mirzə
oğlu, 40 yaş, 142. Bircə Bəşir qızı, 12 yaş, 143. Ağaşirin Nəsrulla oğlu, 20 yaş,
144. Nəzərəli Səfər oğlu, 40 yaş.
83
İmzalar: Əngəxaran kənd sakinləri: 1. Ağacan Mehdi oğlu. 2. Fərzalı Gəray
oğlu. 3. Babaverdi Əhməd oğlu. 4. Saday Adıgözəl oğlu. 5. Məşhədi Qədim
Məşhədi Nadir oğlu. 6. Molla Həmzə Əhməd Əfəndi oğlu
91
.
MƏRZƏNDĠYYƏ SOYQIRIMI
İsrəfilova Bibigül Süleyman qızının yaddaşından: Ermənilərin Şamaxını
yandırması xəbərini eşidən kimi camaat atla, ulaqla, piyada Pirsaat boyunca
qaçmağa başladılar. Məqsədləri Kür üstünə getmək imiş. Sən demə, erməni
caniləri hər tərəfdən kəndlərə basqın edirlərmiş. Kəndimizin bir dəstəsi tez
uzaqlaşır. İkinci dəstəsini isə Çaylı obası ilə Quşçu obası arasında saxlayırlar.
Mirəli Məmmədrza oğlu, Dursun Alı qızı, Gülsüm Sərxan qızı, Ülkər Sərxan qızı,
Hacı Mürşüd, Yaxşı Hacı Mürşüd qızı, Hacalı Hacı Mürşüd oğlu, Dursun İsmayıl
qızı, Eminə Dursun qızı, Gərəgməz Fətəli qızını elə yoldaca vəhşicəsinə
öldürdülər. Sonradan həmin şəhidləri Quşçu qəbiristanlığında dəfn ediblər. Bundan
əlavə, kəndimizin mollaları - Molla Əmircan və Molla Qəni qardaşlarını ağsaqqal
kimi Şamaxıya - ermənilərlə danışığa dəvət ediblər və ordaca qətlə yetiriblər.
Mərzəndiyə kəndində qalan yaşlıları, xəstələri isə, orada öldürüb, kəndi tamamilə
yandıraraq, daş üstündə bir dənə daş qoymamışlar. Türklər gələndən çox sonra
qaçqın və köçkünlər geri qayıdırlar. Məlum olur ki, bir çox ailələrdən bir nəfər də
sağ qalmamışdır. Bir sözlə ermənilər bizim kəndə yaman dağ çəkiblər”.
QUġÇU
SOYQIRIMI
Ermənilərin dəhşətli faciələr törətdikləri
kəndlərdən biri də Quşçu
olmuşdur. Erməni cəlladları bu qədim kənddə 192 nəfər kişi, 115 nəfər qadın və 25
nəfər uşaq qətlə yetirmişlər. Bu barədə 1919-cu il aprel ayının 18-də kənd sakini
Səbzəli Paşa oğlu Muradov Fövqəladə İstintaq Komissiyasına belə bir məlumat
vermişdir: “Mən, Muradov Səbzəli Paşa oğlu Şamaxı uyezdinin Quşçu kəndinin
starşinası, savadlı, 42 yaşım var, müsəlmanam. Bizim Quşçu kəndi Şamaxının 20
verstliyində yerləşir. Ermənilər bizim kəndə 2 dəfə basqın etmişlər. Birinci dəfə
1918-ci ilin mart ayında - dəqiq yadımdadır, bizim kəndə ermənilər səhər tezdən
soxuldular. Əvvəlcə onlar kəndi uzaqdan atəşə tutdular. Biz kənddən çıxıb
Abdulyan qəzasına tərəf çıxmalı olduq. Yol boyu ermənilər bizim üzərimizə
hücum çəkib, qırmağa başladılar. Kəndə soxulan ermənilər ən yaxşı evləri yandırır
və bütün kəndi qarət edirdilər. Heyvan-qaranın hamısını aparırdılar. Əsgərlərin
hamısı ermənilərdən ibarət idi. 15 gündən sonra biz kəndimizə qayıtdıq. Bir gün
keçəndən sonra bu dəfə malakanlar bizə hücum etdilər. Biz yenidən qaçmağa üz
91
ARDA. f. 1061, s.l.iş. 100, vər. 117-118.
84
qoyduq. Onlar kəndə girib, onu yenidən dağıtmışlar. Biz kəndə qayıtdıqdan sonra
Mərəzədən iki malakan gəlib bizə dedi ki, biz bolşeviklərə tabe olmalı və silahları
onlara təhvil verməliyik. Yalnız bundan sonra sizin rahatlığınız ola bilər, dedilər.
Biz razılaşdıq və təslim olduq.
Hətta akt bağladıq. Hər iki hücum zamanı çoxlu itki vermişik. 300 nəfər
adam öldürülmüş, kənd yandırılmışdı”.
92
Ermənilərin kənddə törətdiyi faciələr barədə ixtiyar yaşlılar - Nəcməddin
Qüdrət oğlu (1924-2001), Ağacan Ağalar oğlu (1918-1993), Qədir Əhmədağa oğlu
(1916-1993), Misir Hacalı oğlu (1923-1994) Saçlı Soltan Mehdi qızı (1920-1998)
tərəfindən xeyli məlumatlar əldə etmişik.
Ağacan Ağalar oğlunun yaddaşından: “Həmin vaxt qırğını öz gözləri ilə
görmüş atam rəhmətə gedənə qədər yeri düşəndə deyərdi: “Bala, ermənidən bizə
dost olmaz. Onlar kənd adamlarına qarşı elə işgəncələr vermişlər ki, heç bir yerdə
görünməmişdir.
Gözlərinin
qarşısında
balası
öldürülən ananın vəziyyətini bir anlığa gözünüzün
qabağına gətirin. Və yaxud, oğlu gözləri qarşısında
işgəncə ilə öldürülən qoca atanı fikirləşin. Arxa-
arxaya bağlanmış, ər-arvadın bir güllə ilə
öldürülməsini təsəvvür edin. Heç bir məmləkətdə
belə qırğın törədilməyib. O, da yadımdadır ki,
ayaqyalın, başıaçıq yaşlı insanlar, körpə uşaqlı
qadınlar qaça bilməyib Əliçapan dağının koğuşlarına
pənah aparmışlar. Boz ayın (mart ayı - müəllif)
soyuğu, sazağına tab gətirməyən 22 insanın çoxu on
beş gün içində ölmüş və ancaq 8 nəfəri salamat
qalmışdır. Onların da hamısı xəstəliyə tutulmuşdur.
Bir neçə gündən sonra onları səkkizi də sətəlcəmdən vəfat etdi: Musa Nağı oğlu,
Güllü Bayram qızı öz körpəsi ilə, Qədir Mirzəqulu oğlunun, Gülqız Babasəlim
qızının adı indi yadımdadır. Amma indi o, kafirlərlə bir yerdə yaşayır. Hər şeyi də
unutdurdular bizə. Amma biz şahidlər heç vaxt o zülmü unuda bilmərik”.
Nəcməddin Qüdrət oğlu və Saçlı Soltanmehdi qızının yaddaşından:
“Ermənilərin Bəylər obasının yanında atdıqları güllə səsindən kənddə olan əhali
pərən-pərən düşdü. Qəfil hücumdan qorxuya düşən əhali Qararx, Şıxbörkü, Çillik
istiqamətində ayağıyalın, başıaçıq qaçmağa başladı. Amma xəstə, qoca, hamilə
qadın və uşaqlar kənddən çox da aralana bilmədilər. Kafirlər kimə çatırdılarsa,
qılınc ilə qətlə yetirir və ya güllə ilə vururdular. O zaman qaçanlar arasında ancaq
Əhmədov Məhəmməd və Qəniyev Hacalıda tüfəng var idi. Çillik yolu ilə
qaçanların ardınca ermənilərin gəldiyini görən Hacalı və Məhəmməd düşməni
karıxdırmaq üçün hərdən dayanıb düşmən tərəfə bir neçə güllə atırdılar. Kafirlər,
92
ARDA. f. 1061, s. 1. iş. 85, vər. 19.
85
istər-istəməz, ləngiyirdilər. Ümumiyyətlə, yağı düşmən kəndimizi viran etdi, mal-
qaranı, taxıllarımızı özü ilə apardı. Üç yüz nəfərdən artıq insanı faciəli şəkildə qətlə
yetirdi. Kəndə qayıdanda daş-daş üstündə qalmamışdı”.
93
Mənbələrdən: “Quşçu” kənd starşinası S.Muradovun tərtib etdiyi aktdan:
Mən, Quşçu kəndinin starşinası və 600 evdən seçilmiş sakinlər, 1919-cu ilin
aprelin 9-da tərtib edirik, həmin aktı, ondan ötrü ki, erməni talançılarının mart-
aprel ayında bizim kənddə törətdikləri cinayətlərin ağır nəticələri aşağıdakı kimi
olmuşdur:
1.
Öldürülənlər 192 kişi, 115 qadın, 25 uşaq.
2.
Yaralananlar yoxdur.
3.
Cəmi ziyan 11475 000 manat (Azərb.SSR MDAİ f. 1061 iş 1 vər 22).
94
NABUK
SOYQIRIMI
Qozlu (Xilmilli) kəndinə daha yaxın olan Naburda erməni və malakanların
törətdikləri vəhşiliklər barədə də müxtəlif sənədlər, rəsmi məlumatlar vardır. 23
noyabrda Nabur kənd sakinlərindən bir qrupu Fövqəladə İstintaq Komissiyasına
yazdıqları ərizədə erməni vəhşilərini bu cür göstərmişlər: “Erməni basqınına kimi
bizim kənddə evlərin sayı 280, əhalinin sayı isə 1486 nəfər idi. Ermənilər kəndə
basqın edərkən, təxminən, 200 evi yandırmış, 60 nəfər kənd sakinini
öldürmüşdülər”.
95
Nabur kəndində törədilən cinayəti həmin ilin 13 noyabrında kənd
sakinlərinin bir qrupunun dindirmə protokolunda daha aydın ifadə olunur. O,
zaman kənd sakini Sunalı Novruz oğlu hökumət nümayəndələrinə belə məlumat
vermişdir: “Mənim adım Sunalı Novruz oğludur. 70 yaşım var. Müsəlmanam,
savadsızam. Ermənilər bizim kəndə axşama yaxın hücum etdilər. Biz müdafiə
olunmaqda aciz idik. Buna görə də dağlar arasında yerləşən “Qarayazı” adlanan
yerə tərəf qaçdıq. “Qarayazı” da bir ay qalmalı olduq. “Türklər gələnə kimi orada
gözlədik. Ermənilər bizim kənddən 60 nəfər öldürmüş, 200-ə yaxın evi, bütünlüklə
dağıtmışlar”.
96
Yaddaşlardan: Nabur kəndinin 20-yə yaxın 70-80 yaşlı sakinlərilə
görüşmüşük. Onların bəziləri 10-12 yaşlarında olarkən dəhşətləri gözləri ilə
görmüşdülər. Dedikləri kimi, uşaq yaddaşlarına həkk olunmuş o dəhşətlər “indinin
özündə də yaddaşlardan silinməmişdir”.
93
Hər iki xatirə şəxsi axrivimizdədir – S.Q.
94
ARDA. f. 1061, s. 1. 85, vər. 22.
95
ARDA. f. 1061, s. l. iş. 6, vər. 138.
96
ARDA. f. 1061, s. l. iş. 6, vər. 137.
86
Məhəmməd Nuruş oğlunun (100 yaş) dediklərindən: “Səhv etmirəmsə,
1918-ci ilin yazı idi. Xəbər çıxdı ki, ermənilər Şamaxını yandırmış, yüzlərlə əhalini
qətlə yetirmişlər. Artıq ermənilərin bir hissəsi gəlib indiki Xilmilidə qərar
tutmuşdur. Bizim ərazilərin yolunu ermənilərə lənətə gəlmiş “urus” göstərir.
Həmin urusun birinin adı yadımdadır. Ona Mirzə Pevil (yəqin ki, Pavel - S.Q.)
deyirdilər. Camaat bilmədi neyləsin. Kənd ağsaqqallarının məsləhəti ilə adamlar
dağlara çəkilməyə başladılar. Kənddə düşkün qoca və xəstələr qaldı. Gecə qaranlıq
düşəndə, kənd sakinlərindən bir qrup adam kəndə gəlir, taxıl quyularından buğda
götürüb dağda qalan əhaliyə çatdırırdı. Biz də qorğa qovurub birtəhər yaşayırdıq.
Bizim kənd sakinlərindən bir qrupunu ermənilər ələ keçirə bilmişdilər. Həmin
adamları Qozlu çayda olan “Nikolay dəyirmanı”na yığmışdılar. Bu zaman səs çıxdı
ki, türklər gəlirlər. Ermənilər kəndi yandırıb Xilmilliyə çəkildilər. Kəndə qayıtdıq.
Gördük ki, kənd yanmış, xarabazara çevrilmişdir. Taxıl quyularının arpa-buğdasını
aparmış, qalanlarını isə yandırmışlar. Kənddə onlarla meyit var idi. Kəndin mollası
Molla Əhməd qoca və xəstə olduğu üçün dağa gedə bilməmişdi. Onun böyük qızı
Sitarə camaatla dağlara çəkilmiş, kiçik qızı Fatma isə, kənddə atasının yanında
qalmışdı. Onların hər ikisinin yandırılmış meyidini evlərinin yanında tapdıq. Bütün
qətlə yetirilənlərin cəsədləri yandırılmış və ya qılıncla doğranmışdı. Allah-təala
türklərin dadına çatsın, yoxsa, əhalinin hamısı dağlarda, dərələrdə məhv
olacaqdılar”.
SÜNDÜ SOYQIRIMI
Soyqırıma məruz qalan Şamaxı kəndlərindən biri də Sündü olmuşdur.
Mənbələrdə bu kəndin 250 erməni daşnakları tərəfindən qətlə yetirildiyi göstərilir.
Amma bu fakt o qədər də dəqiq deyildir.
Fövqalədə İstintaq Komissiyasının sənədlərində. Sündü kəndində tərtib
olunmuş aktda oxuyuruq: “Biz aşağıda imza edən Şamaxı uyezdinin Sündü
kəndinin sakinləri 1918-ci il noyabrın 8-də keçirilən iclasda aşağıdakı qərara
gəlmişik:
1.
Ermənilərin bizim kəndə basqınına qədər evlərin sayı 433 və əhalinin
sayı 2553 nəfərdən ibarət olmuşdur.
2.
Erməni basqını zamanı
198 ev yandırılmış və 295 nəfər
öldürülmüşdür”.
97
Həmin aktda öldürülən kənd sakinlərinin adı və soyadı da göstərilmişdir.
Amma bizim yaşlı kənd sakinlərindən öyrəndiklərimizdən aydın olur ki, Sündü
kəndində qətlə yetirilənlərin sayı 350 nəfərdən çox olmuşdur.
97
ARDA. f. 1061, s.l.iş. 6, vər.48.
87
Hacı Molla Səbzalı: “Ermənilər bizim kəndə yaman divan tutublar. Mən
onda uşaq olmuşam. Amma yadımda qalanlar və eşitdiklərim çoxdur. Əvvəla, onu
deyim ki ermənilərin Qozludan gəldiklərini eşidən camaat kəndi tərk edir. Kəndə
çatanda onlar ilk əvvəl yaşlı kişi Qocalı Cəbi oğlu və Töhfə qarını saxlayırlar.
Onları əzab-əziyyətlə qətlə yetirirlər. Kənddə əllərinə keçənləri bir yerə cəm
edirlər. Sonra onları kəndin aşağısına - Şakirli bağı deyilən yerə aparıb orada
öldürür və cəsədlərini dərəyə töküb üstünü örtürlər. Anam deyirdi ki, Fatma qarını
kəndin içindəki iydə ağacından asıb diri-diri od vurub yandırmışlar. Bir də deyirdi
ki, gavurlar, ananın gözləri qarşısında iki uşağını öldürüb, atın ayağı altına atıblar.
Ana uşaqlarına cumanda güllə ilə vurub öldürürlər. Kənddə əllərinə keçən mal-
qaranı Qozlu kəndinə aparırlar.
Yaşım çoxdur. Alman savaşında da olmuşam, ermənilərin dinc əhaliyə qarşı
törətdikləri vəhşiliyin isə oxşarını görməmişəm. Bu yaşda da həmin hadisələri
xatırlayanda tüklərim biz-biz olur, üşənirəm. Bizi erməni bəlasından türk ordusu
xilas etdi. Yoxsa, bu torpaqda bir dənə də olsun azərbaycanlı qalmayacaqdı!..
Sonralar biz uşaqlar xilaskar türk ordusunun adına yazılmış şer də əzbərləmişdik.
Bircə parça yadımda qalıb:
Xaçpərəstlər tez Qozluya doldular,
Xaç çəkdilər, başlarını yoldular,
Türk ki, gəldi, saman kimi soldular,
Bir də gördüm, qoşun sanbasan gəlir.
Donuz otarmaq kafirlər peşəsi,
Nə başladı erməninin vay səsi,
Türklərin ala gözlü paşası,
Düzülüb dalbadal, yanbayan gəlir.
Bayazid Əbilqasım oğlunun dediklərindən: “Atam deyərdi ki, ermənilər
malakanların kəndimizə hücum sorağını eşidən kimi, ayağı yol tutan qaçıb başını
qurtardı. Kəndə qalanların hamısı qətlə yetirildi. Bir müddət sonra geri qayıtdıq.
Hamının taxıl quyuları vardı. Kafirlər taxılları götürüb, quyuları öldürdükləri
insanların meyitləri ilə doldurmuşdular. Camaat quyuda olan meyitləri çıxarıb dəfn
etdilər. O meyit yox idi ki, ermənilər onun bədənində onlarla dəlmə-deşik açmasın,
gözünü
çıxarmasın, qulaqlarını kəsməsin, alnına xaç çəkməsin”.
98
AĢıq Ġsmi Məmmədnəbi oğlu. 1860-cı ildə Sündü kəndində anadan
olmuşdur. Gözəl səsə və təbə malik olmuşdur. Gənc yaşlarından aşıqlıq sənətinə
yiyələnən Aşıq İsmi Şirvan ərazisində məşhur olmuşdur. O, Aşıq Daşdəmir, Aşıq
Nurəddin, Aşıq Bilal, Aşıq Şamillə dost olmuşdur. Erməni-malakan cəlladları
98
Xatirə şəxsi arximizdədir – S.Q.
88
Sündü kəndini odlara qalayıb, əhalini kütləvi sürətdə məhv etmişlər. Aşıq İsmi də
həmin faciənin qurbanlarından olmuşdur. Aşığın beş şerini əldə edə bilmişik.
Hər insandan lələ olmaz,
Sən Kərəm lələsinə bax.
Dillə ürək düz olmasa,
Duy ürəyin səsinə bax.
***
Nadən gəlib keçə başa,
Bir vicdan ki, dönə daşa,
Döz belə gərdişə, yaşa,
Onda işin tərsinə bax.
***
Dost tutanda, yar seçəndə,
İsmi, gəl yanılma sən də,
Bir adamla yol gedəndə,
Kök-soyuna, irsinə bax.
Haşiyə: Qarabağ döyüşündə Sündü kəndinin də say-seçmə oğulları şəhid
olmuşdur. Telman, Cavid, İlyas, Habil və başqaları.
Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov: O, 1953-cü ildə Bakı
şəhərində anadan olub. Bakıdakı 46 saylı orta məktəbi bitirib, Bakı Ali
Ümumqoşun Komandirlər məktəbinə daxil olmuş, sonra
Uzaq Şərqdə Ussuriysk şəhərinin Poqraniçnı qəsəbəsində
rota-batalyon komandiri işləmişdir. Frunze adına hərbi
akademiyanı bitirəndən, sonra Ukraynada qərargah rəisi
vəzifəsində
çalışmışdır.
Erməni
faşistlərinin
fitnəkarlığından xəbər tutan polkovnik vətənə qayıdır.
Azərbaycan Müdafiə Nazirliyində Baş Qərərgah rəisinin
müavini təyin olunur. 1992-ci ildən cəbhəyə yollanır, bir
çox döyüş əməliyyatlarının hazırlanmasında iştirak edir.
Həmin ilin iyun ayının 13-də Tərtərdə gedən döyüşlərdən
birində şəhid olur. O, Bakıda “Şəhidlər Xiyabanında” dəfn edilir. Respublika
Prezidentinin Fərmanı ilə ona Milli Qəhrəman fəxri adı verilmişdir. Hazırda Sündü
kənd orta məktəbi onun adını daşıyır. Oğlu Faiq atasının yolunu davam etdirir -
hərbiçidir.
Dostları ilə paylaş: |