DĠNDĠRĠLMƏ PROTOKOLU
1918-ci il 7 oktyabr Şamaxı şəhəri Məmmədov
Kərbalayi Yusif, 60 yaşlı, müsəlman, savadlı. “Mən Şamaxı
şəhər sakiniyəm. Müsəlman İcraiyyə Komitəsinin üzvüyəm,
Şamaxı və Şamaxı qəzasında yaşayan ermənilərlərlə
Şamaxıda törətdikləri fitnəkarlığa qədər davam etmişdi.
Şamaxıda və Şamaxı qəzasında baş vermiş hadisələr
haqqında aşağıdakıları deyə bilmərəm: 1918-ci ildə Şamaxı
şəhərinə çoxsaylı erməni silahlı dəstələri toplaşmağa
başladı. Onlar furqonlarla çoxlu silah, top-tüfəng
gətirirdilər. Əsasən, bu silahlar Müsüslü istiqamətindən gətirilirdi. Bizə belə bir
məlumat gəldi ki, silahlanmış dəstələrin böyük bir qrupu Mədrəsədə toplaşıbdır.
Oradan da bir qrupu Qozluçaya gedibdir. Müsəlman nümayəndələrimizdən bir
neçəsi Qozluçaya gedib, ermənilərdən silahları nə üçün gətirdiklərini soruşanda
onlar: “Bizdən qorxmayın, sizə bizdən ziyan dəyməz”, deyiblər. Lakin bir neçə gün
sonra Mədrəsə və Qozluçay istiqamətindən Şamaxıya güclü atəş başladı. Lakin
gedənləri erməni cəlladları yerindəcə güllələdilər. Heç bir danışığa getməyən
erməni və malakan birləşmiş dəstələri Şamaxını bombardıman edir, ən yaxşı
məhəllələri yandırır və talan edirdilər. Körpə uşaqları, qocaları, qadınları
amansızcasına öldürürdülər. Qaçmaq imkanı tapmış şamaxılılar, yalnız türklər
gələndən sonra şəhərə qayıtdılar. Şəhər tamamilə yandırılmışdı. Mənim şəxsən
daşınan və daşınmaz əmlakımdan – üç evim, qızıllarım, bütün xalçalarım, digər ev
əşyalarım ümumilikdə bir milyon manat təşkil edən mallarım yandırılmış və ya
talan edilmişdir. Ambarımda 100 tonlarla olan taxıllarımı, üç ədəd su dəyirmanını,
1000 baş mal-qaramı, 30 atımı, 24 baş öküzlü, 4 furqonumu, taxılkənimi (kotan),
çoxlu sayda silahlarımı ermənilər talan etmişlər. Ümumilikdə bunların miqdarı 2
milyon manatı keçmişdir. Sonralar mənə məlum oldu ki, mənim əmlakımı
106
ermənilər Kələxana kəndinə daşıyıb aparmışlar. Eşitdiyimə görə, bütün bu
hadisələrin həyata keçirilməsinə Stepan Lalayev kimi cəllad bilavasitə rəhbərlik
edirmiş”.
119
İmza: Kərbalayi Yusif məmmədov.
DĠNDĠRĠLMƏ PROTOKOLU
1918-ci il, 6 oktyabr, Şamaxı şəhəri, Hacı Həmidpaşa bəy Şeyx
Eyyubbəyov, 58 yaşlı, Şamaxı qəzasının Acıdərə kənd sakini.
“Mən Şamaxı şəhərinin bir neçə verstliyində yerləşən “Acı dərə” adlanan
kənddə yaşayıram. Bizim evimiz müsəlmanların müqəddəs yeri olmuşdur.
Həmçinin, mən müsəlmanlar arasında hörmət-izzət sahibiyəm. Bir nəfər də olsun,
müsəlman mənim sözümdən çıxmaz.
Ermənilərin müsəlmanlara qarşı düşmənçilik ədavəti başlayanda, mən
ermənilərin dini rəhbərlərinə xəbər göndərdim ki, əminlik yaratsınlar. Dəfələrlə
xəbər göndərməyimə baxmayaraq, heç bir nəticə hasil olmadı. Belə bir ədavət
1905-ci ildə də olmuşdu. Biz, şamaxılı ermənilərinin silahlandığını eşitmişdik,
lakin o qədər də inanmırdıq ki, ermənilər bizə qarşı silah işlətsinlər. Bütün bu
işlərə, qış boyunca rəhbərlik edən Stepan Lalayev olub. Bir dəfə məni, müftini,
erməni yepiskopu Baqratı və bir neçə müsəlmanı danışığa dəvət etdilər. Danışıqda
ermənilər bizi arxayın etdilər ki, bizdən sizə heç vaxt ziyan gəlməz. Biz dostuq.
Biz də onlara inandıq.
Lakin, biz açıq-aydın görürdük ki, furqonlarla Şamaxıya silah daşınır. Bir
vaxt eşitdik ki, Sündi kəndi ətrafında minlərlə malakan dəstə halında toplaşıb,
Şamaxı istiqamətində gəlir. Bu ərəfədə ermənilərlə müsəlmanların toqquşması baş
verdi. Mən Şamaxıya gəlmək istədikdə, eşitdim ki, şəhər dörd tərəfdən erməni və
malakanları tərəfindən mühasirəyə alınıb.
Toplardan-tüfənglərdən tamamilə yandırmış, əhalisini isə güllədən
keçirmişlər. Çarhan kəndini də həmin kökə salmışlar. Şamaxı qəzasının, demək
olar ki, bütün kəndlərini, o cümlədən, bizim kəndi də - “Acı dərəni” də talan etmiş
və yandırmışlar. Bütün anbarlarımızı dağıtmış, ev əşyalarımızı, qızıllarımızı, hətta
belə qab-qacağımızı da yığıb aparmışdılar. Hər birimizə dəyən ziyan on min
manatlarla hyesablanır. Şamaxıda mənə məxsus olan iki evimi də yandırmışdılar.
Ümumilikdə mənə dəymiş ziyan 300 min manat təşkil edirdi. Bütün bunları erməni
və malakan silahlı dəstələri törətmişlər”.
120
119
ARDA. f. 1061, s. 1. iş. 105, vər. 83-85.
120
ARDA. f. 1061, s. 1. iş. 105, vər. 77-78.
107
DĠNDĠRĠLMƏ PROTOKOLU
1918-ci il 6 oktyabr, Şamaxı şəhəri, Levan Georgiyeviç Volnadze, 65 yaş
gürcü.
“Bizim nəsil, 1821-ci ildən, dövlət məmuru kimi, Şamaxı şəhərində yaşayır.
Dövlət əmlakı və Torpaq Naziliyi üzrə bu şəhərdə nümayəndəyəm. Şamaxı
hadisələri haqqında aşağıdakıları deyə bilərəm. Mənim yaşadığım vaxt ərzində
ermənilərin, malakanların müsəlmanlarla münasibəti yaxşı olmuşdur. Onlar,
həmişə bir-birinə qonaq gedərdilər və dostluq edərdilər. Hətta, 1905-ci idə baş
vermiş iğtişaşlar zamanı müsəlmanlar ermənilərə qarşı çıxmadılar.
1917-ci ilin noyabrından müsəlmanlarla ermənilərin münasibəti pozulmağa
başladı. Əlbəttə, bu onunla əlaqəlidir ki, Şamaxı qəzasında hökumət “boşluğu”
yaranmışdı. Bu illərdə, əsasən, erməni tərəfindən, müsəlman məhəllələrində
oğurluqlar baş verirdi. Onlar bəzən bu ad altında silah daşıyır, əlaltından dəhşətli
hadisələrə hazırlaşırdılar. Bəzən onlara malakn və ruslar da kömək edirdilər.
şəhərdə şayiə yayılmışdı ki, ermənilərdən ibarət bir şayka yaranıb. Bu şayka
durmadan fəallaşırdı. Guya, bu şayka “qayda-qanun” yaradacaq. Və durmadan
silahlanma davam edirdi. 1918-ci ilin 14 martında, ilk olaraq ermənilərlə
müsəlmanlar arasında atışma başlandı. Şəhərə qarşı atəş açırdılar. Malakanların
başında Vasili Dobradev və İvan Ambreoviç Qruşenkov (Seçmələr bizimdir –
S.Q.) durmuşdu. Atışma axşama qədər davam etdi. Yüzlərlə insn öldürüldü, evlər
yandırıldı və talan edildi. Ertəsi gün 15 martda yenidən atışma başlandı və yalnız
axşam radələrində atəş kəsildi. Komissar Azadbəy Qocamanbəyov ermənilərlə
danışığa getdi ki, atəş kəsilsin və sülh bağlanılsın. 16-17 mart əvvəlki günlərə
nisbətən çox sakit keçdi. Lakin 18 martda sübh ertədən Mədrəsə istiqamətindən
Şamaxıya güclü top atəşləri atılmağa başladı. Digər istiqamətdən – Cabanı tərəfdən
ruslar və malakanlar atəş açmağa başladılar. Atəş, əsasən, şəhərin aşağı hissəsində
yerləşən müsəlman məhəllərlərinə açılırdı. Hər iki tərəfdən 4 saata yaxın atəş
açıldı. Şəhəri demək olar ki, hər tərəfdən alov bürümüşdü. 19-22 mart günlərində
şəhərdə atəş səsi eşitməmişəm. Malakan və rus dəstələri ortaq çıxıb getmişdilər.
23-24 martda Şərədil istiqamətində atışma səsləri gəlirdi. Şamaxıya köməyə gəlmiş
müsəlman korpusu şəhərdən qaçmış müsəlman əhalisinin geri qayıtmasını təmin
etdi. Hər ev üçün dəymiş ziyan on min manatlarla hesablanırdı. Həmin vaxtlar mən
də ailəmlə birlikdə Şamaxıdan getmişdim. Yalnız 1918-ci ilin iyun ayında
Şamaxıya qayıtdım. Mənim də evimi talan etmiş və yandırmışdılar. Mən bilirdim
ki, mənim evimdən müsəlmanlar heç nə aparmazlar. Belə işləri yalnız ermənilər
edə bilərdilər. Sonrakı yaşadığım vaxtlar müsəlmanlar tərəfindən heç bir kəsi
oğurluğa gedən görmədim. Halbuki, hər müsəlmana pul, ev əşyası bu məqamda çıx
lazım idi”.
121
121
ARDA. f. 1061, s. 1, iş. 105, vər. 71-73.
108
DĠNDĠRĠLMƏ PROTOKOLU
1918-ci il, oktyabr, Kürdəmir kəndi, Abdulla Abdullayev, 48 yaş, Şamaxı
şəhər sakini, müsəlman, savadlı. “Mart ayının ortalarında, eşitdik ki, Bakıdan
Şamaxıya böyük qrupda silahlanmış erməni dəstəsi gəlir. Dəstə şəhərə
yaxınlaşanda, müsəlmanlar yola çıxdılar ki, görsünlər bu nə dəstədir. Elə bu zaman
atəş açıldı. Yüzlərlə adam öldü. Ertəsi gün müsəlman nümayəndələri ermənilərlə
danışığa getdi ki, sülh yaratsınlar. Danışıq üçün yer Mədrəsə kəndi seçildi. Hüseyn
Məlikovla Hacıbaba Əbdürahmanov nümayəndə kimi getdilər. Nümayəndələr
qayıtdıqdan sonra, xəbər verdilər ki, yerli ermənilər sülhə razıdırlar, lakin gələn
silahlı dəstə müharibə istəyir. Ertəsi gün tezdən atışma başladı. Küçələr kişi, uşaq,
qadın meyidi ilə doldu. Evlər qarət olundu. Gecə müsəlmanlar həkim Sasonovu və
Cəfərqulu Axundovu göndərdilər ki, ermənilər atəşi dayandırsınlar. Sasonov xəbər
gətirdi ki, ermənilər sülhə söz verdilər.
Lakin səhəri gün daha güclü atəşlər başladı. Əvvəlki gündən də çox tələfat
baş verdi. Ermənilər müsəlman məhəllələrinə soxulub evləri yandırmağa və talan
etməyə başladılar. Bildiyimə görə, bu hadisələrin təşkilatçısı Stepan Lalayev
olmuşdur. Şamaxı ermənilərindən Gülbəndov, Mixail Arzumanov və başqaları da
bu işin fəal iştirakçıları olmuşlar. Onların başçılığı ilə Şamaxıda sayı-hesabı
bilinməyən evlər yandırılmış və miqdarı hesaba gəlməyən ev əşyaları talan
edilmişdir”.
122
“Məşhur quldur dəstəsinin başçısı kimi, habelə adam oğrusu kimi tanınan
T.Əmirov “sosialist” ordusunun komandiri seçilən kimi, Bakı şəhərində 60 min
müdafiəsiz müsəlmanın başını kəsdi. Onun silahdaşı, cəllad Stepan Lalayev isə,
başda daşnaq bandaları olmaqla (onlar da “sosialistlər” adlanırdı) Bakının bir neçə
məhəlləsində, kübar adamları evlərindən çıxarıb, birbaşa küçənin ortasında
güllələyirdilər. Belə işlərin “məharətlə” həyata keçirdiyini görən “demokrat
rəhbəri” Şaumyan, Əmirovla Lalayevi tezliklə, seçilmiş daşnak bandaları ilə
birlikdə Şamaxıya – “əksinqilabçılara” qarşı göndərdi.
Biz bilmirik, Şamaxılı “əksinqilabçıların” başına nə iş gəldi. Amma o,
məlumdur ki, “qırmızı sosialist” dəstələri, Lalayev və Əmirov başda olmaqla bütün
Şamaxını və onun 40 kəndinin əhalisini məhv və qarət etdilər. Lalayevin Şamaxı
müsəlmanlarına qarşı törətdiyi vəhşilikləri dünyanın heç bir müharibəsində
müşahidə olunmamışdır. Vəhşiliklər o qədər böyük olmuşdur ki, onu heç bir
vəchlə gizlətmək mümkün deyildir. Təsadüfi deyildir ki, o vaxtlar bolşeviklər bu
hadisəni qəzetlərdə yazanda, Lalayev həyasızcasına belə cavab vermişdi: “Düzdür,
dinc əhaliyə qarşı az-maz sərtlik göstərilmişdir”. Görəsən, hamilə qadınların
qarınlarını cıran, cavan qızları zorlayan, körpə uşaqları süngüyə keçirən, insanları
122
ARDA. f. 1061, s.1. iş. 105, vər.63-64.
109
diri-diri torpağa basdıran və daha nə kimi vəhşiliklər göstərən Lalayevlər “dinc
əhaliyə qarşı az-maz sərtlik” deyəndə bunlarımı düşünürdü? Yalnız və yalnız
daşnak bandaları belə ola bilərdilər. Bu işlərin başında duran və ona rəvac verən
Şaumyan, nə qədər çalışdısa, özünü “gizlədə” bilmədi. Əvvəllər malakanlar da
ermənilərə qoşulmuşdular. Lakin onların son dərəcə vəhşiliyini, qəddarlığını
görəndən sonra, habelə Muğan hadisələrini görəndən sonra qəti olaraq erməni
vəhşiliyinə qarşı çıxdılar.
Vermişev və Şaumyanın “rolunu” yaxşıca gördülər. Fövqəladə İstintaq
Komissiyası yaradıldıqdan sonra komissiya rəhbəri (sədri) Kojemyako tezliklə
Lalayevin vəhşiliklərini üzə çıxardı. Onun həbsi haqqında əmr verdi. Lakin
göründüyü kimi, Bakı “sosialistlərinin” daşnak banditlərinə uzanan “əli qısa oldu”.
Heç bir tədbir görülə bilmədi. Kojemyako Lalayevi həbs etmək istəyəndə, o,
müstəntiqi təhqir etdi və Şaumyana zəng vurdu. Şaumyan Kojemyakonu yanına
çağırıb ona dedi: “Lalayevi həbs etmək yaxşı deyil, bu nə hərəkətdir?” Bax beləcə
“demokrat rəhbəri” Şaumyan qəddar cəlladı - Lalayevi müdafiə etdi. Və heç bir
şey olmamış kimi, qolboyun getdilər. Bəs məhkəmə? 3-4 gündən sonra qəzetlərdə
elan verildi ki, Fövqaladə İstintaq komissiyası buraxılmışdır...”.
“Azərbaycan” qəzeti, 1918, 8 oktyabr
“Bakıda və Azərbaycanın qəzalarında daşnakların vəhşiliyi o qədər dəhşətli
idi ki, bu cinayətləri təsdiq etmək üçün xüsusi quberniya komissiyaları təşkil
edilmişdir. Komissiyanın sədri Kojemyako qatı cinayətkar bir daşnakı - S.Lalayanı
həbs etmək istərkən o, həyasızcasına istehza ilə onun üzünə gülmüş, telefonun
dəstəyini əlinə alıb: “Özü ilə” (Şaumyan ilə - S.Q.) danışmağı əmr etmişdir.
S.Şaumyan telefonla demişdir! “Lalayanı həbs etmək?...” Ləyaqətli çıxmaz.
“Ümumiyyətlə, bu nə şıltaqlıqdır?...”
“Azərbaycan” qəzeti, M 67, 30/17 mart 1919-cu il.
“Türk ordusunun Qafqaz cəbhəsindən çəkilməsindən bir qədər sonra türk
erməniləri ilə Qafqaz erməniləri birləşərək geri çəkilən türk ordusuna basqın
etdilər. Bir tərəfdən Andronikin bandası, digər tərəfdən isə, Dro, Keri və Muradın
bandası sürətlə silahlandılar. Onların əli ilə bütün müsəlman kəndləri qarət
olunmuş, və yandırılmışdır. Eyni zamanda, Şaumyanın və Avakyanın rəhbərliyi ilə
Şamaxı hadisələri baş verdi. Bu işlə əlaqədar Şaumyanın yazmış olduğu məktub
Gəncə komandanın əlinə keçmişdir. Həmin məktubdan aydın olur ki, Şaumyan və
110
Avakyan “təmiz” daşnakdırlar. Lalayevin rəhbərliyi altında daşnak banditləri on
minlərlə müsəlmanın axırına çıxmışlar...”.
“Azərbaycan” qəzeti, 1919, 28 avqust.
Ü.Hacıbəyov: “Rus bolşevizmi araya bir “qrajdanskiy” və bir də milli
olmaq üzrə iki rəngli müharibə salıb, saylarca qanlar axıtdı, milyonlarca bəşər
övladım tələf etdi, yüz minlərdə evləri viranə qoydu”.
“Azərbaycan” 1919, mart
“Şamaxı qəzasında olan əhali 18 mart facieyi-əliməsində (dəhşətli faciə)
böyük bədbəxtliklərə uğramışdır. Hamıya məlumdur ki, Şamaxı və Şamaxı
qəzasının evləri, mülkləri, dövlət və sərvətləri, heyvanları, hətta, it və pişikləri də
erməni cəlladları tərəfdən tələf edilmişdir. Allah evinə, insanların, heyvanların
diriliyinə xidmət edən bulaqlara, məzərstanda, vediyeyi-xamuşanda məskən ittixaz
edən ölülərin meyitlərin qəbir daşlarına top-tüfəng atıb dağıdan asilərin, yağıların ayaq
basdıqları mövqelərdə abadlıq olmayacağı mühəqqiqdir. Şamaxı və Şamaxı qəzası
düşmənin ləqədgubu olub, dağılmışsa da, canını, ərəz və namusunu xilas edib,
fərara müvəffəq olmuş kəndlilərin əllərində cüzi mal-qaraları qalmışdır ki, bunlar
ilə az-çox tarlalarını şum gedib, azuqələrini təmin edirlər. Sağın heyvanları ilə də
çörəklərin, şorun, pendirin, ayranın, qatığın düzəldirlər. Bir az irəli gedənlər artırıb,
bazarda satırlar.
Könüllərini aldadan 1-2 dana-buzovlarıdır. Əgər, bunlar oğurlanıb aparılırsa,
binəva kəndçilərin ətraf və əknada pərakəndə olub, saillik (dilənçilik) və
muzdurluq etməkdən maəda (başqa) əlac və çarələri olmayacaqdır. Hökumətimiz
təşəkkül edəndən bəri Şamaxı qəzasında düzlük, dinclik və rahatlıq bu dərəcədə idi
ki, kəndlilərin mal-qaraları gecələr dəxi evə gəlməyib, həftələrlə otlaqlarda,
çöllərdə, düzlərdə qalırdılar. Sahibinin ürəyi xatircəm olmağa görə heyvanın
dalınca belə getmirdi. Əyrilik, oğruluq bilmərrə (tamamilə) modadan düşmüşdü.
Kəndçilər keçmiş zərər və ziyanların unudub, cənabi - Haqqı (Allahı) ərzi-şükran
edirdilər. Çoxları söyləyirdilər ki, asudəlik özü bir dövlətdir. Filhəqiqə bu əmin və
amanlığı hüsn şəxslər ömürlərində görmədiklərini bəyan edirdilər. Məəttəəssüf
fağır-fücəranın sevinməyi get-gedə fənalaşır, dinclik pozulur. Kəndçilər arasında
qorxu və iztirab müşahidə olunur. Səbəbi də odur ki, bu axır vaxtlarda Şamaxı
qəzasında oğurluq şiddət etməkdədir. Bu saat 1-2 heyvana malik olan əkinçilər
gecələri belə yatmaq istəmirlər. Nə yapsın əlindəki öküzü, inəyi, atı oğurlanandan
sonra biri on min manata heyvan almağa gücü və qüvvəsi yetməyir.
Oğurlanan heyvanlar haraya aparılırsa, nişan və sorağın tapmaq da mümkün
olmayır. Xüsusən, at oğurluğu bir moda olmuşdur. Ayağında buxovu olan atın
kilidin tüfəng, gülləsilə dağıdıb aparırlar. İştə bunsuz da acınacaq bir halda olan
111
Şamaxı qəza əhalisinin övziya (vəziyyəti) oğurluğun baş verməsilə daha da bədtər
olur. Əgər indidən bunun qabağına bir sədd çəkilməsə, dinclik ilə yaşayan
kəndistanın güzəranı çox çətinliklə keçəcəkdir”. A.A.zadə
“Azərbaycan” qəzeti, 1919, 16 təmmuz,
Şamaxı haqqında.
Orucluq bayramından istifadə ilə Şamaxı uyezdinin vəziyyəti, əhalisinin
güzəran və məişətini yerində öyrənmək, bununla bərabər təşkilat yapmaq
məqsədilə türk ədəbi-mərkəziyyət firqəsi “Müsavat”ın Mərkəzi Komitəsi
tərəfindən Şamaxıya göndərilmiş parlaman üzvü Mehdibəy Hacıbababəyov bu
günlərdə Bakıya qayıtmış və Şamaxı qəzası haqqında aşağıdakı məlumatı
vermişdir:
- Məlum olduğu üzrə, Şamaxının yolu Kürdəmir stansiyasındandır.
Şamaxıya gedəcək bir müsafir Kürdəmirdən getməlidir. Vaxtı ilə bir çox nəqliyyat
əsbabı - fayton, dilican, araba və sairə olardı ki, Kürdəmir ilə Şamaxı arasındakı yolu
müşkilatsız getmək olardı.
Son hadisələr zamanında Şamaxı və ətraf kəndləri tamamilə dağılıb, qeyri-
məskun (yaşayış üçün yaramayan) bir hala qoyulduğundan Kürdəmirdən gediş-
gəliş tamamilə kəsildiyindən indiki halda heç bir nəqliyyat vasitəsi mövcud
deyildir.
Kürdəmirdən Şamaxıya doğru yol üzərində olan kəndlər tamamilə yer ilə
yeksan edilmişdir. Yurdlarına qayıdan bu zavallılar güləşdən yapılma komalarda,
habelə üzəri güləşlə örtülmüş daxmalarda yaşayırlar.
Yarın qışda bunların nasıl yaşaya biləcəklərini nəzərə almalı, indidən
çarəsinə baxılmalıdır.
Şamaxı qəzasında demək olar ki, çöl işləri fəna bir haldadır. Onun fənalığı
əkilməkdən deyil, bəlkə təbii çöl məhsulatının yığılmamasındandır. Ağsu
rayonunda ot tamamilə biçilməmiş qalmışdır. Çünki camaatın bir qismi
müharibələrdə və sonrakı qaçqınlıqda və xəstəliklərdə qırılmış, qismi-küllisi də öz
yurdlarına qayıtmamışdır. Qayıdanların da gəncləri əsgərliyə alınmış, bununla
bərabər çöllərin biçilməməsinə ən böyük səbəb kəndlilərə lazım olan alat və
əsbabın qətiyyən olmaması, kəndistanda at və kol kimi birinci dərəcədə kənd
həyatına lazım olan qaramalın olmamasıdır. Bu hal isə, yalnız Şamaxı qəzası
əhalisinin deyil, ümum məmləkətin gələcək həyatını təhrif edir.
Şamaxı şəhəri bir halətdədir ki, onu təsvir etmək mümkün deyildir. Evlər
tamamilə yandırılıb uçurulmuşdur. Vəlo birdənə olsun salamat binaya təsadüf
edilməyir. Küçələr dağıdılmışdır. İnsan şəhərə girərkən onu vəhşət alır. Səqfi
(damı) tökülmüş, qapı-pəncərəsi yanmış, binalardan yalnız uçuqlar onların
miyanından görünən Pompey xarabazarlığını andıran sütunlardan başqa nəzərə bir
şey çarpmaz.
112
Şəhərdə həyat yox kimidir. İki min nəfər şəhərə övdət etmişdir
(qayıtmışdır). Gecələr xaraba evlərin mənzərəsi insana bir dəhşət verir.
Şamaxı zəlzələsindən sonra evlər yekdigərindən (bir-birindən) qayət
məsafəli bir halda bina edildiyindən bir evdən digər evə heç bir halda od keçməzdi.
Budur ki, iddia etmək olar ki, evlər birər-birər yandırılmışdır. On altı məsciddən
biri də salamat qalmamışdır. Məscidi-Cameyin binasında atəş ala biləcək heç bir
məvad olmadığından, anlaşılır ki, onun yalnız daşdan olan divar və taclarına neft
və mazut sürtməklə və bir çox müşkilat daxilində onu yandıra bilmişdilər. Çünki o
məscidi başqa dürlü yandırmaq imkan xaricində idi.
Məbədləri belə təhqir və xarab edilmiş türk və müsəlmanlar sonradan şəhəri
istirdad edərkən erməni və rus kilsələrilə müqabilə bilməsəl etməmişlər. O kilsələr
heç toxunulmadan eləcə salamat qalmışdır.
Şamaxıda elə bir salamat bina yoxdur ki, qəza qaim-məqamı, poçt və
teleqraf və bələdiyyə idarəsi və sair bu kimi dövləti müəssisələr orada iqamət
eləsinlər. (Seçimlər bizimdir - S.Q.)
Bu müəssisələrin cümləsi şəhər məktəbinin yanğından qalmış xarabalıqları
içərisində iqamət edirlər. Şamaxıya gedəcək bir məmur, komission və heyət özü ilə
lazım olan yataq və sair bu kimi mayəhtacı (lazım olan şeyi) aparmalıdır. Əks
halda orada müvəqqəti də olsa qala bilməyəcəkdir.
Şəhərə övdət etmiş (qayıtmış) iki min nəfərədək əhali şəhərin kənarında
bağlardan ağac və küləş toplamaqla komalar yapıb, orada yaşayırlar. Əgər,
hökumət qışadək onlar üçün ev və mənzil tədarük etməzsə, qışda soyuqdan tələf
olacaqlar.
Şəhərdə əxzi-əsgər (hərbi komissarlıq) idarəsi olmadığından, Şamaxı
şəhərindən əsgərliyə düşəcək gənclər dəfələrlə Göyçay, Kürdəmir və sair bu kimi
ərazilərdən nəqliyyat əsbabı (transport) olmadığından min dürlü zəhmət və
məşəqqətlə və böyük xərclə Şamaxıya gəlib, təkrar geri qayıtmışdılar. Bu uğurda
olan var-yoxlarını da xərc etmişdilər. Şamaxıda ya bir əxzi-əsgər idarəsi təsis
etməlidir və yaxud əsgərliyə düşəcək gənclər nərədə iqamət edirlərsə, həmin
məhəllin əxzi-əsgər idarəsində kəndilərini (özlərini) qeyd etsinlər. Bir daha onlara
izafə xərclər verdirib Şamaxıya göndərməyə ehtiyac qalmasın.
Şamaxıda sükunət edə biləcək yer olmadığından, Şamaxı qazisi indi də
Kürdəmirdədir. Camaatın qəzavətə ehtiyacı olduqda bu, uzun yolu piyada və yaxud
3-4 yüz manat verməklə Kürdəmirə gəlməyə məcburdur.
Şamaxılılar bu qədər fəlakətə məruz olduqları halda, təkrar yeni bir fəlakətə
uğramışdılar.
Bu yaxınlarda orada yanğın olub, külli surətdə taxıl məhsulatı yanıb, tələf
olmuşdur. Zərərin miqdarı hələ müəyyən edilməmişdir. Lakin yalnız Hacıqədirli
köyündən (kəndindən) 202 min 800 dərz yanmış ki, 70-75 min puda qədər taxıl
edir.
113
Mərəzə adlı malakan kəndi yanında vaqe Mərəzəli müsəlman kəndi vaxtı ilə
ermənilər və malakanlar tərəfindən yandırılıb, dağıdılmışdır. Sonradan türklərin
müvasiləti zaman malakanlar Mərəzədən qaçdıqlarından mərəzlilər öz kəndlərinə
övdət etdikdə (qayıtdıqda) onun xaraba hala salındığını görərək, malakanların
kəndində yerləşmişdilər. İndi malakanlar öz kəndlərinə qayıdıb, müsəlmanlar
tərəfindən işğal edilən evlərini geri istəyirlər. Bu xüsusda hökumətə müraciət
etmişdilər. Hər halda hökumət bu barədə qərar verərkən, müsəlmanlarm da halını
nəzərdə tutmalıdır”.
“Azərbaycan” qəzeti, 1918 № 6; 4 təşrini-əvvəl.
Dostları ilə paylaş: |