SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7234
  1   2   3   4   5   6   7   8   9   ...   13


 
SEYFƏDDĠN QƏNĠYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1918 – CĠ ĠL 
 
ġAMAXI SOYQIRIMI 
 
 
 
 
I KĠTAB 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - “Nurlar” - 2003 
 
 


 
“AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 26 MART  
1998-Cİ İL TARİXLİ FƏRMANININ  5-Cİ, 1918-Cİ İL SOYQIRIMI  
85-Cİ İL
 
DÖNÜMÜNƏ
 
VƏ  ŞAMAXI SOYQIRIMI ZAMANI FACİƏLİ         
ŞƏKİLDƏ QƏTLƏ YETİRİLMİŞ ZİYALILARIN XATİRƏSİNƏ AD EDİRİK. 
 
 
 
Elmi redaktoru:             Əzizə Cəfərzadə 
                              Filologiya elmləri doktoru, professor, xalq yazıçısı 
 
Rəyçilər:                          Pərviz Dərabadi 
                              Tarix elmləri doktoru, professor 
                                          
                               Lətifə Məmmədova 
                               Tarix elmləri namizədi, dosent 
 
                                Mayıl Alıcanov 
                                Tarix elmləri namizədi, dosent 
 
Seyfəddin   Qəniyev.   1918-ci   il   Şamaxı   soyqırımı.   Bakı, “Nurlan”, 2003.  
 
 
 
Kitabda  erməni  millətçilərinin  və  terrorçularının  1918-ci  ildə  Şamaxı  və 
onun ətraf kəndlərində törətdikləri soyqırımından bəhs olunur. Regionda törədilmiş 
cinayətlər  təkzib  edilməz  arxiv  materialları,  ayrı-ayrı  sənədlər  və  o  dövrün 
dəhşətlərini  görmüş  yaşlı  insanların  tükürpədici  xatirələri  əsasında  təsdiqlənir. 
Kitab tarixçilər, politoloq və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
N    460300000-109    Qrifli nəşr                                              © “Nurlan” - 2003 
       N-098-2003 
 


 
I FƏSĠL 
 
ERMƏNĠ TERRORU VƏ ġAMAXI 
 
Tarixi  qaynaqlar  təkzibolunmaz  faktlarla  sübut  edir  ki,  Qafqaz  ərazisində 
kiçik bir icma təşkil edən ermənilərin tarixən vahid dövləti olmamışdır. XVII əsrə 
kimi  onlar  Türkiyə  və  İranın  bir  ərazisində,  daha  sonra  Qarabağ  və  İrəvan 
xanlığında  dəstə  halında  həyat  sürmüşlər.  “XVIII  əsrin  40-cı  illərin  axırlarında 
Azərbaycan  torpaqlarının  hər  yerində  olduğu  indiki  Ermənistan  ərazisində  də 
azərbaycanlıların  İrəvan  xanlığı  yaranmışdı  və  xanlığın  başında  duran  xanların 
hamısı  azərbaycanlılar  olmuşlar.  Xanlıq  ərazisində  yaşayanların  78  faizi 
azərbaycanlı, 11 faizi kürd və başqaları, cəmisi 10 faizi ermənilər idi”
1

İllər keçdi. Müxtəlif cildə girməyi asanlıqla bacaran bu ermənilər dünyada 
özlərinə bir çox havadarlar tapdılar. Havadarların yaxından köməyi və göstərişi ilə 
günü-gündən  iştah  artmağa  başladı.  Hətta  XIX  əsrin  sonlarına  yaxın  “Böyük 
Ermənistan”  yaratmaq  xülyasına  düşdülər.  Ən  nəhayət,  onlar  öz  mənfur,  iyrənc 
niyyətlərini həyata keçirmək üçün 1891-ci ildə “Daşnaksütyun” adlı terror  təşkilatı  
yaratdılar. Bir sıra xarici dövlətlər tərəfindən maliyyələşdirilən bu terror təşkilatına 
dünyanın  müxtəlif  yerlərinə  səpələnmiş  millətçi  ermənilər  də  cəlb  olundular.  Bu 
mənfur  təşkilat  həmin  vaxtdan  “dənizdən-dənizə”  “Böyük  Ermənistan”  yaratmaq 
uğrunda neçə-neçə planlar cızdı, qərarlar qəbul etdi, cinayətlər törətdi. 
“Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə 
həyata  keçirilməlidir.  Birincisi,  ermənilərin  göz  dikdiyi  türk  torpaqlarının,  o 
cümlədən  də,  Azərbaycan  ərazilərinin  müharibə,  yaxud  dinc  yolla  işğal  edilib 
Ermənistana  qatılması  siyasətidir.  İkincisi,  buna  nail  olmadıqda  milli  qırğın 
törətmək  yolu  ilə  türk  xalqlarına,  eləcə  də  azərbaycanlılara  qarşı  soyqırım 
siyasətinə həyata keçirməkdən ibarətdir”.
2
 
XIX  əsrdən  başlayaraq  ermənilər  Azərbaycanın  cənnət  guşələrindən  – 
Qarabağ, İrəvan, Şirvan və s. bölgələrində yavaş-yavaş məskunlaşmağa başladılar. 
Onlar qədim mədəniyyət beşiyi olan Şamaxıda ən səfalı, bir içim suyu yayın oğlan 
çağında diş donduran, abu-havası min bir dərdə dərmanı olan – Mədrəsə, Saqiyan, 
Meysəri,  Kələxana,  Zarxı  və  s.  yerləri  özlərinə  “ata-baba”  ocağı  seçdilər.  Bu 
yerlərdə xalqımızın keçmiş tarixinin izləri indi də yaşamaqdadır. Göründüyü kimi, 
həmin  yaşayış  yerlərinin  adları,  o  ərazidə  olan  toponimlərin  hamısı  sırf  türk  
mənşəli  sözlərdir.  Məsələn,  ermənilərin  XIX  əsrdə  məskunlaşdıqları  Kələxana 
kəndi hələ XVI-XVII əsrlərdə Şirvanşahın mühafizə obyektlərindən biri olmuşdur. 
Bu  ərazidə  XVII  əsr  abidəsi  olan  Kələxana  türbələri,  XVIII  əsrin  böyük  səyyahı 
Kortelnus  de  Bryninilin  çəkdiyi  rəsmdə  9  məqbərə  təsvir  edilmişdir.  Bu  gün 
                                                           
1
 M.İsmayılov. “Yalan və riya erməni xislətidir”. “Respublika” qəz. 13.I.1993. 
2
 V.Həbiboğlu “Böyük Ermənistan” yaratmaq xülyası. “Respublika” qəzeti, 3 aprel, 1999. 

10 
 
onların yeddisi tam, biri yarımuçuq vəziyyətindədir. Məqbərələrdən birinin üstündə 
kimin  üçün  tikildiyi  və  müəllifinin  adı  yazılmışdır:  “Bu  günbəz  Şeyx  İbrahimin 
şərəfinə  1663-cü  ildə  Abdül  Əzim  Əmir  Əli  oğlunun  rəhbərliyi  altında 
tikilmişdir”.
3
   
Mədrəsə  sözü  ərəb  sözüdür  –  mənası  dərs  keçirilən  yer  və  ya  məktəb 
deməkdir.  Bir  sıra  dilçi  alimlər  Meysəri  sözünü  “mey”  və  “sər”  sözü  ilə 
əlaqələndirirlər.  Əslində,  Meysəri  sözü  Şamaxı  dialektində  işlədilən  “Meyzər” 
sözündədir. Vaxtilə tut yığmaq (çırpmaq) üçün ağ bezdən düzəldilən böyük çadırın 
adıdır. Doğrudan da, həmin ərazidə böyük tut bağları olmuşdur və indi də elədir. 
Meyzəri  sözü  dildə  fonetik  dəyişimliyə  uğrayaraq  Meysər  və  ya  Meysəri 
formasında düşmüşdür. Təkcə kəndlərin deyil, ermənilərin sonradan gəlib yaşadığı 
ərazilərdə  olan  bütün  toponimlər  türk  mənşəli  sözlərdir.  Yaxşı  ki,  bunlar  da 
sonradan dəyişdirilməmiş, öz tarixi şəklini saxlamışdır.  
XIX  əsrin  birinci  yarısından  Şamaxıda  və  onun  kəndlərində  məskunlaşmış 
ermənilər  başqa  ərazilərdə  olduğu  kimi,  rus  havadarlarının  köməyi  ilə  müxtəlif 
idarələrdə bir çox vəzifələrə yiyələnə bilmişlər. Faktlar bir daha göstərir ki, erməni 
millətçiləri  hələ  XIX  əsrin  70-90-cı  illərində  müsəlmanlara  xor  baxmış,  yeri 
gələndə  onların  əleyhinə  təbliğatlar  aparmışlar.  Bu  işdə  bəzən  də  “dost”  cildinə 
girmiş  ermənilər  çox  vaxt  da  özlərini  müsəlmanların  dərdinə  şərik  adam  kimi 
göstərə  bilmişlər.  Məsələn,  XIX  əsrdə  Şamaxıda  xüsusi  var  –  dövlət  sahibi  olan, 
hər  yerdə  xüsusi  hörmətlə  qarşılanan  Aleksandr  Lalayev  (1918-ci  il  qırğınının 
başçılıq edən Stepan Lalayevin atası) S.Ə.Şirvani ilə dost olmuşlar. S.Şirvani ona 
bir  neçə  şer  də  həsr  etmişdir.  Hər  cildə  asanlıqla  girməyi  bacaran  Lalayevin 
hərəkətlərindən şair, sonralar başa düşür ki, onun tük üzü içəridədir. Odur ki, onun 
əməllərinə - erməni millətini müsəlmanlardan uca tutmasına etiraz edir:  
 
Aleksandr Lələyofidan olur ümmid tutmaq kim, 
Dəxi kəm tutmaya ol ermənilərdən müsəlmani.
4
 
 
Ən nəhayət, XX əsrin əvvəllərindən ermənilər müsəlmanlara qarşı açıqdan-
açığa ədavətə başlayırlar. İğtişaşlar daha da çoxalır, erməni terrorçuları açıq-aşkar 
meydana  çıxırlar.  1905-1907-ci  il  hadisələri  terrorçu  “Daşnaksütyun”  təşkilatının 
fəaliyyəti kulminasiya nöqtəsinə çatdı. Erməni millətçilərinin əsil niyyətlərini başa 
düşən  Azərbaycan  ziyalılarının  “Müdafiə”,  “Qeyrət”  kimi  hərbi-siyasi  təşkilatları 
yarandı,  dövrün  mətbuatından  və  müasirlərin  xatirələrindən  göründüyü  kimi, 
azərbaycanlılar bu hadisələr zamanı erməni terrorçularına qarşı layiqli  müqavimət 
göstərmişlər. Öz yer-yurdlarını atıb qaçmadılar.
5
 
                                                           
3
 Z.Əliyev. “Şamaxının qədim abidələri”, “Qobustan” jurnalı. 1982, səh. 40. 
4
 S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1968, səh. 192. 
5
 V.Quliyev. Azərbaycanda erməni zülmü, Bakı, 1999, səh. 13. 

11 
 
1905-1907-ci 
illərdə 
erməni 
daşnakları  xalqımızı  məhv  etmək, 
torpaqlarımızı  ələ  keçirmək  üçün  Azərbaycanın  bir  çox  bölgələrinə  -  İrəvanda, 
Göyçay  mahalında,  Zəngəzurda,  Qarabağda,  Qazaxda,  Naxçıvanda,  Şamaxıda  və 
Bakıda ağlasığmaq qırğınlar törətmişlər. 
Xalqımızın arasında süni şəkildə ikitirəlik salan, sünnü-şiə qarşıdurması da 
məkrli ermənilərin əlində böyük bir vasitə, güclü bir silah olmuşdur. Tarixi sənədlə 
bir  daha  sübut  edir  ki,  1905-1907-ci  illərdə  Azərbaycanın  müxtəlif  bölgələrində 
olan  ermənilər  şayiə  yayırlar  ki,  “ermənilərin  sünnilərlə  heç  bir  işi”  yoxdur.  Belə 
bir  riya  və  yalanın  nə  ilə  nəticələndiyini  gözləri  ilə  görmüş  publisist 
mollanəsrəddinçi  Ö.F.Nemanzadə  1906-cı  ildə  “İrşad”  qəzetində  yazırdı:  “Ağla, 
əzizim,  ağla  ki,  ancaq  düşmənlərimiz  bizi  nə  qədər  binamus  və  şərəfsiz  hesab 
edirlər  ki,  araya,  guya,  şiə-sünnü  nifaqı  salıb,  yenə  bizi  qəflət,  cəhalət  əksimizlə 
kəsmək  istəyirlər.  Mən  məəttələm  ki,  ermənilərin  “bizim  sünnülərlə  işimiz  yox” 
yalan  və  fitnələrinə  inananlar  nə  cür  cammaat  arasında  qalırlar.  Nə  üçün 
“məcnunxanalara” getmirlər? Kimdir deyən ki, ermənilərin sünnülərlə işi yoxdur. 
Ayə,  Zəngəzur,  Qazax  mahalında  ermənilərin  viran  etdikləri  kəndlərin,  şəhid 
etdikləri  canların  çoxu  sünnü  deyilmiydi?  Ayə,  Tiflisdə  şəhid  edilən  qalayçı 
ləzgilər sünnü deyilmiydilər? Ayə, Tiflisdə talan edilən və yanan evlərin bir xeylisi 
dağıstanlı,  şəkili  sünnüləri  deyilmi?  Mən  qanmıram  ki,  erməni  bir  müsəlman 
öldürərkən  demir  ki,  sən  şiyəsən,  ya  sünnü?  Noyabr  vüqudatında  bir  erməni  bir 
silahsız sünnünü öldürmək istəyəndə, sünnü guya, canını qurtarmaq üçün erməniyə 
başladı ki, a, qonşu! Siz deyirsiniz sünnü ilə işimiz yoxdur, bil ki, mən sünnüyəm, 
mənə dəymə! Erməni cavabında: a, bəli, Osmanlıda bizim erməni balalarını nizəyə 
taxanlar siz sünnülər deyildiniz? Biz sünnü şiə bilmirik, müsəlmanların Qafqazda 
kökünü qazıyacağıq”.
6
 
Məqaləni ürək ağrısı ilə qələmə alan müəllif, axırda üzünü bütün müsəlman 
əhlinə  tutur  və  onlara  bir daha  erməni fırıldağını,  erməni  məkrini açıb  göstərirdi: 
“Amma Şəki, Şamaxı, Dağıstan və qeyri-yerlərdəki hiyləgər ermənilər deyirmişlər 
ki,  bizim  sünnülər  ilə  işimiz  yoxdur.  Əlbət,  özlərinin  gücləri  çatmadıqları,  az 
olduqları yerlərdə çalışırlarmış ki, aranı qatsınlar. Ayə, bu mərhəmətli “kirvələrin”. 
Həm məzhəbləri nə üçün Zəngəzur, Qazax, Tiflisdə belə demədilər və demirlər”.
7
 
Bəllidir  ki,  1902-ci  il  zəlzələsi  Şamaxını  yerlə-yeksan  etmişdi.  Şəhərdə  və 
onun ətraf kəndlərində minlərlə insan qırılmış, bir çoxları şikəst olmuşdu. 
1902-1905-ci illərdə zəlzələnin ağrı-acıları təzəcə unudulurdu ki, Şamaxıda 
erməni soyqırımı baş verdi.  Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, ilk əvvəl, 
açıqdan-açığa  fəaliyyət  göstərə  bilməyən  ermənilər  gizlincə  “Şamaxıda  bir  çox 
mülkləri  yandırmış”,  “sünnü  və  şiyələr”i  bir-birinə  qarşı  qoymaqla  müsibətlər 
törətmişlər.  Eləcə  də,  Şamaxıda  olan  ermənilər  Tiflis,  Qazax,  Gəncə,  Şuşa  və 
                                                           
6
 Ö.F.Nemanzadə. Seçilmiş əsərləri, Bakı, 1992, 96-97. 
7
 Yenə orada, səh. 97.  

12 
 
Cəbrayılda  soyqırımı  törədənlərə  hər  cür  maddi,  köməklik  göstərə  bilmişlər. 
Nəticədə  “Böyük  Ermənistan”  xülyasının  icraçıları  1905-1907-ci  illərdə  yüzlərlə 
Azərbaycan kəndini viran qoymuş, əhalisini ev-eşiklərindən didərgin salmışlar”.
8
 
Bu  illərdə  erməni  millətçiləri  Şamaxıda  qırğın  törətməyə,  bu  ərazini 
“müsəlmanlardan  təmizləməyə”  böyük  səy  göstərmişlər.  Qatı  millətçi  Lalayev 
qardaşları  -  Aleksandr  və  Saşa  Lalayev  Şamaxıda  “sünni-şiyə”  qarşıdurmasını 
canlandıra bilmişlər. İlk əvvəlcə, onlar fürsət tapıb, hər iki tərəfdən adamlar qətlə 
yetirmiş  və  camaatı  bir-birinə qarşı qoymuşlar.  Bunun nəticəsi olaraq, sünni və 
şiə məscidləri arasında narazılıqlar baş versə də, ziyalıların səyi nəticəsində böyük 
qalmaqallar olmamışdır. Fitvaya  uymayan  müsəlmanlar ermənilərin fırıldaqlarını, 
gec  də  olsa,  başa  düşmüş  və  onlara  yaxşıca  dərs  vermiş,  Lalayev  qardaşlarını 
xəyanətlərinə  görə  qətlə  yetirmişlər.  Çox  əfsuslar  ki,  babalarımız  о  zaman  bu 
terrorçu  nəslin  törəmələrinə  aman  vermişlər.  Sən  demə,  çörəyimizlə,  suyumuzla 
böyüyən  həmin  erməni  yetimləri  gələcəkdə  atalarından  da  dəhşətli  qırğınlar 
törədəcəklərmiş.  Azərbaycanın  müxtəlif  yerlərində  ermənilərin  bu  şəhərdə  1905-
1907-ci  ildə  törətdikləri  qırğın  və  faciələrə  Şamaxı  ziyalıları  müxtəlif  mətbuat 
orqanlarında  dərc  etdikləri  məqalələrlə  də  olsa,  erməni  cinayətlərinə  qarşı  etiraz 
səslərini  ucaltmışlar.  Bununla  yanaşı  о  dövrdə  Şamaxı  ziyalıları  Qarabağda, 
Naxçıvanda,  Gəncədə  ermənilər  tərəfindən  aclığa,  səfalətə  düçar  olmuş,  yer-
yurdlarından  didərgin  düşmüş  qardaş-bacılarına öz kömək əllərini də uzatmışlar. 
О zaman erməni cəlladlarının Qarabağda törətdikləri cinayətə qarşı etirazını 
ifadə  edən  görkəmli  şair  M.Ə.Sabir  şamaxılıların  Qarabağda  soyqırımına  məruz 
qalmış insanlara etdikləri köməklik haqqında məlumat verir: O, 6 avqust 1906-cı il 
tarixində “Həyat” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Bəli, Şamaxı əhli öz 
-  milləti  -  nəcibeyi  -  islamiyyələrinə  qarşı  ürəklərində  bəslədikləri  məhəbbəti  - 
qeyrəti  məndanələri,  təhəyyücündən  Qarabağ  facineyi-müəssifəsindən  əsarətlərə 
düçar  olan  sevgili  qardaşlarını  düşmənlərin  zalimanə  və  biarəhmanə  sui-
qəsdlərindən  müdafiə  müqtədir  olmadıqlarından  yaralanmış  ürəklərinə  məlhəm 
olaraq bir yanda ianə dəftəri açılmışdır”.
9
 
 M.Ə.Sabir  başqa  bir  məqaləsində  həvəskar  artistlərin  Şamaxıda 
Salamovların  evində  N.Vəzirovun  “Yağışdan  çıxdıq,  yağmura  düşdük” 
komediyasını  tamaşaya  qoyduqları  haqqında  məlumat  verir.  Müəllif  həmin 
məqalədə  onu  da  göstərir  ki,  tamaşadan  yığılan  pul  Şuşaya  -  Qarabağa  - 
zərərçəkənlərə  göndərilmişdir.  “Vüsul  olan  məbləğin  vəzi  -  məxaricindən  sonra 
təmiz  məbləği  318  manat  68  qəpik  pulu  Orucəliyev  və  Şirəlibəy  cənabı  Şişə 
şəhərinə  poçta  vasitəsi  ilə  doktor  Kərimbəy  Mehmandarovun  üstünə 
göndəriblər”.
10
 
                                                           
8
 V. Həbiboğlu. “Böyük Ermənistan” yaratmaq xülyası, “Respublika” qəzeti. 3 aprel, 1999. 
9
 M.Ə.Sabir, Hophopnamə, III c. Bakı,  1965, səh. 113. 
10
 M.Ə.Sabir. Göstərilən əsəri, səh. 163. 

13 
 
M.Ə.Sabirin  həmin  məqaləsində  bir  cəhət  də  diqqəti  çox  cəlb  edir. 
Görkəmli şair Qarabağda bu dəhşətli qırğını törədən, ermənilərə havadarlıq edən - 
Qalosicanovun  da  adını  bəyan  edir  və  göstərir  ki,  Qalosicanovların  məxsusən 
müsəlmanlara  etdiyi  yaddan  çıxmaz  olan  birəhmanə  və  xanımansuzanə 
hərəkətindən  ancaq  dərgahi-əhədiyyətə  şaki  olub,  dövlətin  ədalət  qanununa  ona 
cəza  verilməsinə  ümidvara  olmaqla  təsəlliyab  ola  bilirlər”.  Şair,  о  zaman  Şuşada 
general-qubernator  işləyən  Qalosicanovun  qatı  ermənipərəst  olduğunu  düz  təyin 
etsə  də,  “dövlətin  ədalət  qanunlarına”  bel  bağlaması  onun  yanıldığını  göstərir. 
Çünki  mənbələrdən  məlum  olur  ki,  general-qubernator  terrorçularla  həmişə  əlbir 
işləyirmiş.  Bu  barədə  M.S.Ordubadi  “Qanlı  illər”  kitabında  yazır:  “General 
Qalasicanovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an 
bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə ayaqlandırsınlar”. “İslam 
əsgərləri  isə,  mərdliklə  onları  (erməniləri  -  S.Q.)  qarşılayıb  bir  qədəm  də  olsa, 
müharibədən  geri  durmur,  erməni  dəstələrini  pərişan  edirdilər.  Ermənilərin  bu 
vəziyyətini  görən  general  Qalasicanov  ümumi  ştabda  olan  rus  qoşunlarının 
müharibəyə qoşulmasını əmr edir”.
11
 
Bir  sözlə,  “...Özlərini  Qafqazda  aparıcı  güc  sayan  erməni  siyasətçiləri... 
1905-ci  ildə  azərbaycanlılara  özlərinin  nəyə  qadir  olduqlarını  göstərməyə 
çalışırdılar.  Həmin  dövrdə  Bakıda,  Tiflisdə,  İrəvanda,  Gəncədə,  Naxçıvanda, 
Şuşada və b. yerlərdə ermənilərin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları 
başladı və 1907-ci ilə kimi davam etdi”.
12
 
Bundan  əlavə,  Şamaxı  ziyalıları  ermənilərin  Qarabağda  törətdikləri 
cinayətlərə  qarşı  etirazlarını  Qafqaz  canişini  qraf  Vorontsovun  adına  vurduqları 
teleqramlarda da ifadə etmişlər. Teleqramlar “Həyat” qəzetinin 3 avqust 1906-cı il 
sayında çap olunmuşdur. 
Böyük çətinliklə olsa da, xalqımız həmin dövrdə bu cəlladların öhdəsindən 
gələ  bilmişlər.  Həmin  illərdə  Şamaxıda  ermənilərə  pis  dərs  verilmədi.  İşin  belə 
nəticələndiyini  görən  ermənilər  cildlərini  tam  dəyişdilər.  Hətta,  özlərini 
müsəlmanların  dostu  kimi  göstərməyi  bacardılar,  “Allah  baisin  evini  yıxsın”,  - 
deyib,  guya,  “peşmançılıq”  hissi  keçirməyə  başladılar.  Hətta  terror  ilə  qətlə 
yetirdikləri  müsəlmanların  dəfnində  də  iştirak  etdilər.  1905-1907-ci  illərdə  belə 
hadisələr  Şuşa,  Naxçıvan,  Tiflis,  Bakı  və  Şamaxıda  çox  olmuşdur. 
Ö.F.Nemanzadənin  “İrşad”
 
qəzetində  12  sentyabr  1906-cı  il  tarixli  sayında  çap 
etdirdiyi  bir  məqalədə  Tiflisdə  baş  vermiş  belə  bir  hadisə  haqqında  xəbər  verir: 
“Müsəlman  sosial-demokratlarından  ən  qeyrətli,  fail  və  iş  görənlərdən  Əziz 
Məhəmmədoğlunu  avqustun  4-cü  gecəsi  erməni  məhəlləsi  Avlabarda  vəhşicəsinə 
öldürüb yolun kənarına tullayıblar. Mərhumun xəncərlə başını, döşünü, böyürlərini 
deşik-deşik  ediblər.  Qulaqlarını  kəsib  öldürəndən  məlunə  aparıblar.  Mərhumun 
                                                           
11
 M.S.Ordubadi “Qanlı illər”, Bakı, 1991, səh. 61. 
12
 V.Quliyev. Azərbaycanda erməni zülüm. Bakı, 1999, səh. 13. 

14 
 
cənazəsini  avqustun  8-də  cümə  günü  Mixayılovski  xəstəxanasından  qaldırılıb, 
müsəlman  qəbirstanlığına  götürürlər.  Cənazə  alayı  Vorontsov  küçəsindən  keçib 
soldat  və  erməni  bazarları  ilə  gətirilirdi.  Cənazə  keçən  yerlərdə  bir  çox  gürcü  və 
ermənilər  dükanlarını  bağlayıb,  cənazə  alayına  qoşulurdular.  Dəfn  edilən  vaxtda 
türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər olunurdu”. 
Bu  illərdə  Şamaxı  və  onun  kəndlərində  buna  bənzər  terror  hadisələri  çox 
baş  vermişdir.  “Düşmənçiliyi  gizlində  icra  edin”  siyasəti  ilə  təlim  görmüş 
ermənilər  sadəlövh,  heç  bir  xainlik,  biclik,  riyakarlıq  bacarmayan  şamaxılılara 
özlərini  dost  kimi  göstərir,  onları  bu  cür  münasibətləri  ilə  çaşdırırdılar.  “Əşi, 
ermənilər hamısı bizim düşmənimiz deyil, görmürsən məclislərimizdə necə iştirak 
edirlər”,  -  deyən  şamaxılılar  onları  dost  kimi  qəbul  edirdilər.  Belə  münasibətə  və 
ünsiyyətə  təkcə  kasıb  təbəqə  deyil,  hətta  ziyalılar  da  mat  qalmışdılar.  M.Ə.Sabir 
1906-cı ildə, fevral ayında “İrşad” qəzetinə “Alimi-amil və zahidi - fazilimiz cənab 
Şeyxəli  Ağayi-Şirvaninin  vəfatı  xəbəri  münasibəti  ilə  yazdığı  məktubunda 
oxuyuruq:  “Dəfn  günündə  tamam  müsəlman  və  erməni  (seçmələr bizimdir, S.Q.) 
və  cühudlar  da  etiram  üçün  dükanlarını  bağlamışdılar.  Ən  nəhayət,  Şamaxının 
məhələlərində  qan  töküldüyü  bir  vaxtda  qəbristanda  dəfn  zamanı  “erməni 
Qriqoryan  tayfasının  keşişi  bu  məzmun  ilə  camaata  xitabən  buyurdu:  “-  Camaat, 
siz ağlayırsınız ki, cənab Şeyx ağa vəfat edib, bizləri yetim qoyubdur. Halbuki bu 
mərhum  zahirdə  cismən  vəfat  etmişsə  də,  ruhən  behşitdə  olub,  Allah-təalanın 
hüzurunda diridir”. 
Həmin  mərasimdə  iştirak  edən  Lüteriyan  tayfasının  keşişi  özünü 
müsəlmanların  (bu  tayfa  1905-1907-ci  illərdə  Şamaxıda  daha  çox  terror 
törətmişdir) dostu kimi  göstərir və  hətta, onları belə  arxayın edir ki,  “bizdən  sizə 
ziyan olmaz bir ildən bəri Qafqazda bu qədər nahaq tökülən qanlara və bunun kimi 
hadisələr  hamısı  öz  nəfsimizin  bəlasıdır  ki,  çəkirik.  Lazımdır  ki,  hamılıq  ilə  öz 
günahlarımızdan tövbə edib, Allah-təala tərəfinə qayıdaq”.
13
 
Göründüyü  kimi,  “ağsaqqalı”  -  keşişi  belə  ikiüzlü,  riyakar  terrorçu  bir 
millətin “qarasaqqalı”nın hansı bəd əməlin sahibi olduğunu təyin etmək o qədər də 
asan  məsələ  deyildir.  1905-1907-ci  illərdə  Şamaxıda  geniş  şəkildə  iğtişaşlar  baş 
verməsə də, erməni millətçiləri bunu törətmək üçün hər cür hazır idilər. Filologiya 
elmləri  doktoru  A.Bayramoğlu  “Şamaxıda  maarif  və  maarifçilik”  adlı  dəyərli 
əsərində  bu  məsələ  ilə  bağlı  yazır:  “daşnaksütyun  partiyası  1906-cı  ildə  milli 
ədavəti bu qədim mədəniyyət mərkəzində qızışdırmaq üçün əlindən gələni edirdi. 
Lakin  cəhdlər  uğursuzluqlarla  nəticələndi.  Nəticədə,  həmin  şovinist  partiya  ilə  o 
zaman  Şamaxıda  yaşayan  ermənilər  arasında  müəyyən  ixtilaf  yarandı.  Vəziyyəti 
“aydınlaşdırmaq”  üçün  Şamaxıya  daşnaksütyunun  səlahiyyətli  nümayəndəsi 
göndərilsə  də,  onun  burada  aparacağı  pozuculuq  işləri  baş  tutmadı.  Bu  haqda 
“Həyat”da  çıxan imzasız  bir yazıda  oxuyuruq:  “Ermənilər ilə  daşnaksion  nəfəratı 
                                                           
13
 M.Ə.Sabir, Göstərilən əsəri, səh. 153-154. 

15 
 
arasında  bir  neçə  səbəblərə  görə  hadis  olan  ixtilafı  təftiş  etməyə  gələn  müfəttişi 
pristav  -  Rüstəmbəy  Cəbrayılbəyov  tutub  naçalnik  həzarətlərinə  aparmışdı. 
Daşnaksionun  müfəttişinin  öz  səlahiyyətini  təsdiq  edən  sənəd  təqdim  edə 
bilməməsindən  onun  Şamaxıya  gizli  və  məkrli  bir  niyyətlə  göndərildiyini  təsdiq 
etməkdədirlər.  Belə  ki,  naçalnik  tərəfindən  həmin  daşnaksion  agentini  gözləyən 
yerli erməni  millətçiləri onlar üçün gözlənilməz  və arzuedilməz olan bu nəticənin 
baş  verməsində  naçalnik  divanxanada  işləyən  bir  ermənidən  şübhələnərək  onu 
özlərinə xas üsulla cəzalandırırlar”.
14
 
Belə  ikiüzlü,  fırıldaqçı  keşişlərin  canfəşanlığına  baxmayaraq,  qeyd 
etdiyimiz  kimi,  ermənilər  Şamaxıda  kütləvi  qırğın  törədə  bilmədilər.  Qırğının 
qarşısının  alınmasında  Şamaxı  ziyalılarının  -  M.Ə.Sabir,  Hacı  Məcid  Əfəndi, 
Şeyxəli Ağa, Mustafa Əfəndi, Tərrah, Abbas Səhhət, C.Cəbrayılbəyli, Hacı Usub, 
Mir  Mehdi  Ağa,  Əbdülməcid  Əfəndi,  Hacı  Səfər  Məhərrəmov,  Əmin  Əfəndiyev,   
Qasım   bəy,   Məhəmmədhəsən Atamalıbəyov, Ə.İ.Cəfərzadə, Hacı Əbdürrəhman 
Əfəndi, Əhməd bəy Əhmədbəyov, Salamovlar, Veyisovlar, Hacı Murad, Hacı Şəfi, 
Əşrəf Yüzbaşov,  Azad bəy Qocamanbəyov, Sultan bəy İbrahimbəyov,  Ağalarbəy 
Hüseynbəyov,  Əlməmməd  Mustafayev,  Məşmədi  Nəcəf  Sadıqov,  Əbdülxalıq 
Əfəndi  İbrahimxəlilov  və  başqalarının  böyük  xidməti,  zəhməti,  fəaliyyəti  əvəzsiz 
olmuşdur.  1905-1907-ci  illərdə  neçə-neçə  nahaq  qanlar  tökən,  terror  aktı  törədən 
erməniləri Şamaxı ərazisindən qovub çıxarmaq mümkün olmamışdır. Çünki, dövlət 
çinovniklərinin  çoxusu  onların  tərəfində  idilər.  Odur  ki,  T.Qriqoryanların, 
Lalayanların,  Stepanyanların  eyni  əqidədə  tərbiyə  almış  törəmələri  Şamaxının 
çörəyi və suyu ilə böyüdülər. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin