təqəsinin sahəsi 9 m
2
müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb
məntəqəsinin sahəsi 1 m
2
artırılır.
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 m
2
olan bir sanita-
riya postu nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə post olmalıdır.
Tibb məntəqəsi "Müharibə dövründə mŠlki mühafizə qurğularının istismarı
üzrə təlimat"a uyğun surətdə avadanlıqlaşdırılır.
b) Yardımçı təyinatlı otaqlar:
Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü ventilyasi-
ya avadanlığının yerləşdirilməsi üçündür (şəkil 6).
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarlarının yanında, gi-
riş yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın öl-
çüləri avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sa-
hədən asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr, yan-
ğınlar şəraitində, eləcə də hermetik qurğuda adamların xeyli müddət qalması nə-
ticəsində içəridəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün yararlı ha-
va ilə lazımi miqdarda təmin edilməsidir.
Sığınacaqlar bayırdakı hava hesabına hava ilə təchiz edilir.
Dostları ilə paylaş: