Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi plan : Sığınacaqların yerləşdirilməsi


Tozdan qoruyan (tozəleyhinə) süzgəclər



Yüklə 382,3 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix22.12.2022
ölçüsü382,3 Kb.
#77277
1   2   3   4   5   6   7   8
NİCAT kopyası

Tozdan qoruyan (tozəleyhinə) süzgəclər. Təmizləmə əmsalı ən azı 0,8 olan 
sənaye tipli çərçivəli torlu bu süzgəc (FƏR) bayırdan içəriyə verilən havanı ra-
dioaktiv tozdan təmizləmək üçündür; o sığınacaqdakı adamları süzgəcdə topla-
nan radioaktiv maddələrin şüalarından qorumaq məqsədilə digər otaqlardan əsaslı 
divar ilə ayrılan xüsusi otaqda (kamerada) yerləşdirilir. Quruluşca süzgəc özək-
ləräə yığılmış metal tor şəkilli və “iy” yağı, yaxud 12 saylı sənaye və vissin yağ-
ları hopdurulmuş paketlərdən ibarətdir. Hopdurma üçün qliserinli su məhlulu da 
işlətmək mümkündür. 
Uducu süzgəclər — məhsuldarlığı uyğun olaraq saatda 300, 200 və 100 m
3
olan FP-300, FPU-200, FPU-100 markalı uäucu süzgəclər bayırdan sığınacağa 
verilən havanı zəhərləyici maddələrdən (GTZM-dən) və bakterial vasitələrdən tə-
mizləmək üçündür. 
Onların iş prinsipi süzücü əleyhqazda olduğu kimidir, hərəsi 2–3 uducu süz-
gəcdən ibarət sütunlar formasında quraşdırılıb süzücü ventilyasiya otağında yer-
ləşdirilir. 
Sığınacaqlarda qoyulan uducu süzgəclərin tipi və markası burada tətbiq edilən 
ventilyatorlardan asılı olur (elektrik əl ventilyatorları üçün FPU-200, FPU-100, 
elektrik ötürücülü ventilyatorlar üçün FP-300 işlədilir). 
Tutumu 600 nəfərədək olan sığınacaqlarda FVK-1 və FVK-2 süzücü ventilya-
tor komplektləri qoyulur. 600-dən artıq tutumlu və dizel elektrik stansiyası olan 
sığınacaqlarda isə FP-300 markalı uducu süzgəclər və elektrik ötürücülü sənaye 
ventilyatorları qoyulur. 
III rejimdə iş üçün avadanlıqlaşdırılan sığınacağın ventilyasiya sisteminə–dal-
dalanan hər 150 nəfər üçün bir dəst hesabı ilə, içəridəki havanı bərpa edən (rege-
nerasiyaedən) vasitələr (oksigen balonları ilə birlikdə RP-100 regenerativ patron 
və ya FQ-70 süzgəcləri ilə birlikdə konveksiya tipli RU-150/6 regenerasiya tərti-
batı) daxildir. 


Ventilyatorlar — kənardan sığınacağa hava vermək üçündür. Dizel elektrik 
stansiyası (DES) olmayan sığınacaqlarda əl elektrik ventilyatorları, DES olan sı-
ğınacaqlaräa isə elektrik ötürücülü sənaye ventilyatorları tətbiq edilir. 
Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1 və FVK-2 süzücü veentil-
yasiya dəstlərinin tərkibindəki GRV-600/300 əl elektrik ventilyatorları və onlara 
əlavə olaraq — GRV-72-2 və GRV-72-3 əl elektrik ventilyatorları işlədilir. 
Hər bir əl elektrik ventilyatorlarının əks-klapanı və hava sərfi göstəricisi var. 
Süzücü ventilyasiya rejimində FVK-1 və FVK-2 dəstləri GRV-600/300 əl elekt-
rik ventilyatoru ilə birlikdə işə qoşulur. 
Bu ventilyatorların əsas xarakteristikaları İN və Q-II-11-77*-nin 7-ci əlavə-
sində verilmişdir. 

Yüklə 382,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin