Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi plan : Sığınacaqların yerləşdirilməsi



Yüklə 382,3 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix22.12.2022
ölçüsü382,3 Kb.
#77277
1   2   3   4   5   6   7   8
NİCAT kopyası

 
 
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka) sığına-
caqda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal sanitariya-gigi-
yena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən 
çoxu 2%, oksigenin isə ən azı 15–16%, habelə temperatur ən çoxu 30
0
C və rütu-
bət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu da 
nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20–25 l oksigen udur, 20 
litrədək karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır. Bunun 
da nəticəsində hermetik sığınacaqlarda havanın qaz tərkibi, temperatur və rütubət 
sürətlə dəyişir. 
Şəkil 6. Sığınacaqda hava təchizatının prinsipial sxemi: 


1 — süzücü ventilyasiya aqreqatı FVA-49 (a – uducu süzgəclər FP-100; b — qoşa 
hermetik klapan; c — əl elektrik ventilyatoru – RV-49; ÷ — hava sərfini ölçən 
cihaz); 2 — partlayışdan qoruyan tərtibat; 3 — tozdan qoruyan süzgəclər; 
4 — hermetik hava boruları (hava verici); 5 — flanslı birləşmələr; 6 — hava bo-
ruları (paylayıcı); 7 — təmiz ventilyasiya rejiminin əl elektrik ventilyatoru; 8 — 
hermetik klapanlar; 9 — hava sərfini ölçən cihaz; 10 — havanı bərpa (regenåra-
siya) edən tərtibat (d — klipləşdirici qapaqlar; e — oksigen şlanqı; ³ — regenå-
raòiv patronlar; ô — oksigen balonu); 11 — tənzimləyici hermetik tıxac; 12 — 
izafi təzyiq klapanı; 13 — hermetikləşdirmə xətti. 
Havanın tərkibində oksigen və karbon qazının lazımi miqdarını, habelə normal 
temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi hava-
verici və ya havaverici-sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur. Ven-
tilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər: 
— təmiz ventilyasiya rejimində (I rejim); 
— süzücü ventilyasiya rejimində (II rejim); 
— içəridəki hava bərpa (regenårasiya) edilməklə tam təcrid olunma rejimi (III 
rejim). 
Süzücü ventilyasiya qurğularının (SVQ) hava təchizatı üzrə lazımi məhsuldar-
lığını (U — m
3
/saat) hesablayarkən otaqdakı havada karbon qazının yolverilən 
normasını nəzərə alırlar: 

burada U — SVQ-nin məhsuldarlığı, m
3
/saat; m — bir nəfərin havaya buraxdığı 
karbon qazının miqdarı (hərəkətsiz halda m = 17 l/saat, hərəkətdə olarkən m = 
20–35 l/saat); N — otaqda daldalananların sayı; C
y
— adamlar daldalanan otaqda kar-
bon qazının yolverilən konsentrasiyasıdır (C
j
=1%). 
Təmiz ventilyasiya rejimi — havanın tərkibinin lazımi dərəcədə dəyişdirilmə-
sini, bayırdan içəriyə verilən havanın tozdan, o cümlədən də radioaktiv tozdan 
təmizlənməsini, eləcə də istiliyin və rütubətin kənar olunmasını təmin etmək 
üçündür. 
Bu rejimdə bayırdan sığınacağa verilən havanın miqdarı sığınacaq yerləşən 
iqlim zonasından asılı və İN və Q II-11-77-nin tələblərinə uyğun hesablanır. 
Süzücü ventilyasiya rejimi — sığınacağa verilən havanı zəhərləyici maddələr-
dən, o cümlədən də GTZM-dən, bioloji vasitələrdən, radioaktiv maddələrdən və 
adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı daldalanan hər 
adam üçün saatda 2 kubmetr, idarəetmə məntəqəsində işləyən operativ heyətin 
tərkibindəki hər adam üçün saatda 5 kubmetr və elektrik əl ventilyatorlu SVQ-yə 
xidmət edən hər işçi üçün saatda 10 kubmetr hesabı ilə hesablanır. 
Tam təcridolunma rejimi — sığınacaqdakı havanın tərkibinin bərpa (regene-
rasiya) edilməsilə birlikdə tətbiq olunur və kütləvi yanğınlar və ya ikinci zədələ-
yici amillər nəticəsində ərazinin zəhərli qazlarla daha çox zəhərlənməsi ehtimal 
edilən yerlərdəki sığınacaqlarda nəzərdə tutulur. Belə hallarda sığınacaqäa lazımi 


sanitariya-gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa edilməsi hesabına 
yaradılır. 
Tam təcridolunma rejiminin müddəti bu düsturla təyin edilir: 
burada t
tt
— tam təcridolunma müddəti, saat; W — otağın daxili həcmi, m
3
; C
yh
— karbon qazın konsentrasiyasının yolverilən həddi, %; (C
yh 
= 2,5%); C
b
— tam 
təcridolunma rejiminin başlanğıcında otaqdakı karbon qazının %-lə konsentrasi-
yasıdır (C
b
= 0,2%). 
İnsanlar tənəffüs zamanı oksigeni udur, karbon qazını (CO
2
) isə buraxırlar, 
RP-100 (RU-150/6) markalı regenerativ patronda kalsium hidroksidi – Ca(OH)
2
və ya digər maddələrdən ibarət olur ki, o da karbon qazı — CO
2
ilə reaksiyaya 
girir: 
Ca(OH)
2
+ CO
2
→ CaCO
3
+ H
2
O + Q . 
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A–40) 
oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və otaq-
dakı hava oksigenlə zənginləşir. Bu rejimdən 6 saatadək istifadə edilə bilər. 
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər adam 
üçün saatda 25 l oksigen sərfi və 20 l karbon qazının udulması normasına uyğun 
hesablanır. 
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdèr: 
— havaötürücü (qurğu); 
— partlayışdan qoruyan genişləndirici kameralı qurğu; 
— tozəleyhinə (tozdan qoruyan) süzgəclər; 
— uducu süzgəclər; 
— elektrik əl ventilyatoru (əlahiddə dizel elektrik stansiyası olmayan sığına-
caãlarda) və ya elektrik ventilyatoru (belə stansiyalar olan sığınacaqlarda); 
— havapaylayıcı şəbəkə; 
— havatənzimləyici qurğu. 

Yüklə 382,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin