Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi plan : Sığınacaqların yerləşdirilməsi



Yüklə 382,3 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix22.12.2022
ölçüsü382,3 Kb.
#77277
1   2   3   4   5   6   7   8
NİCAT kopyası

Havagötürücü qurğu — bayırdan hava götürüb onu sığınacağa vermək üçün-
dür. Təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərinin havagötürücü tərti-
batları və havaötürücü boruları ayrı-ayrılıqda yerləşdirilməli və ventilyasiyanın 
ikinci iş rejimi üçün hesablanmış hermetik klapanlı metal boru şəklində düzəldi-
lən polad bənd vasitəsilə öz aralarında birləşdirilməlidir. 
Təmiz ventilyasiya rejimi üçün olan havagötürücü tərtibatın ağzı, adətən, çıxış 
yolunun lağımına çıxarılûr. Onu həmçinin uçqun ərazisində və sığınacağın ön 
dəhlizində (tamburunda) də yerləşdirmək olar. 
Təmiz ventilyasiya və süzücü ventilyasiyanın havagötürücüləri bir-birindən, 
eləcə də sorucu ventilyasiya sistemi borusunun və sığınacaqdakı dizel elektrik 
stansiyasında işlənmiş qaz borusu çıxışının ağzından ən azı 10 m məsafədə yer-
ləşdirilməlidir. 
İşlənmiş hava sığınacağın sanitariya qovşağından, dizel elektrik stansiyası ota-
ğından, bilavasitə daldalanan adamlar yerləşən otaqlardan sorucu kanallar vasitə-


silə ya sığınacaqdakı havanın artıq təzyiqi hesabına və ya sorucu ventilyatorlarla 
kənar edilir. Sığınacağın içərisində istismar zamanı havanın daimi təzyiq artıqlığı 
ən azı 50 Pa olur ki, bu da bir saat ərzində içəriyə verilən havanın miqdarının 
oradan kənar edilən havanın miqdarından süzücü ventilyasiya rejimində 0,6; tə-
miz ventilyasiya rejimində isə 0,9 həcmdən artıq olması ilə əläə edilir. 
Süzücü ventilyasiya və regenerasiya rejimlərində içəridəki havanın qismən 
dövr etdirilməsi nəzərdə tutulmalıdır. 
Partlayışdan qoruyan tərtibat — zərbə dalğasının sığınacağa keçməsi ehti-
malının qarşısını almaq məqsədilə havagötürücü və havasorucu kanallarda qoyu-
lur və partlayışdan qoruyan tərtibatın özündən və ondan sonrakı genişləndirici 
kameradan (boru kəməri hissəsindən) ibarət olur. Kiçik ölçülü qoruyucu bölmə 
(MZS) və unifikasiya edilmiş qoruyucu bölmə (UZS) tipli partlayışdan qoruyan 
tərtibatın taktiki-texniki göstəriciləri İN və Q II-11-77-nin 6-cı əlavəsindəki cəd-
vəldə verilmişdir. 

Yüklə 382,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin