32
MÜAVİYƏNİN SİYASƏTBAZLIĞI
İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan sonra Əhli-
beytə zərbə vurmaq
üçün bütün vasitələrə əl atan, hətta imam
Həsənin (ə) şəhadətinə nail olan Müaviyə zahirdə özünü bu ailənin
dostu kimi göstərir, onlara tez-tez hədiyyələr göndərirdi. İslam
büdcəsindən (beytül-mal) göndərilən bu payları imamlar ona görə
qəbul edirdilər ki, bu büdcəyə sahiblik və onun xərci məhz onların
haqqı idi. Müaviyənin bu münasibəti o yerə gedib çıxır ki, ölüm
astanasında oğlu Yezidə imam Hüseyni (ə) tapşırır, onu qətlə
yetirməməyi tapşırır.
Belə bir siyasətin səbəbləri aydındır. İmam Həsənlə sülhə nail
olmuş Müaviyə öz hökumətini qanuniləşdirmiş,
özünü qanuni
xəlifə kimi tanıtdırmışdı. O, əlini imamın qanına açıq-aşkar
bulaşdırmaqla nüfuzunu itirmək istəmirdi. Əksinə, özünü bu ailəyə
yaxın verməklə daha çox nüfuz qazanırdı.
Müaviyə imam Həsən (ə) və imam Hüseynə (ə) qiymətli bir
hədiyyə göndərərkən onlara minnət qoyaraq belə yazmışdı: “Bilin
ki, mən Hindin oğluyam.
And olsun Allaha, məndən əvvəl sizə
belə hədiyyələr verən olmayıb və məndən sonra da olmayacaq.”
İmam Hüseyn (ə) ona belə cavab verir.” And olsun Allaha, nə
səndən əvvəl, nə də səndən sonra heç kəs bizim kimi fəzilətli
qardaşlara hədiyyə vermək imkanına malik olmayıb və
olmayacaq.”
74
Digər bir tərəfdən Müaviyə tünd rəftarın ciddi reaksiyalara
səbəb olacağını bilirdi. İmamlarla kəskin rəftar xalqın diqqətini
Peyğəmbər (s)
ailəsinə cəlb edər, Müaviyə hökumətinə nifrət
yaradardı. Ən əsası Müaviyə həmin vaxt imam Hüseyn (ə)
tərəfindən ciddi bir təhlükə hiss etmirdi. Beləcə, öz siyasəti ilə
yaranmış mühiti yaşatmağa çalışırdı. Digər bir tərəfdən imam
Hüseyn (ə) Müaviyə hökumətinin
qeyri-qanuniliyini xalqa
çatdırmaq üçün bütün fürsətlərdən faydalanırdı. İmam (ə)
Müaviyəyə yazdığı məktublarda onun cinayət və bid`ətlərini
xatırladır, Yezidin canişinliyinə e`tiraz edirlər.
75
Əlbəttə, imam
gözəl başa düşürdü ki, Müaviyəyə qarşı qiyam onun təbliğatları
nəticəsində xalq tərəfindən dəstəklənməyəcək.
74
“Tarixe ibn Əsakir”.
75
“Biharül-ənvar”,c 44, s. 212; Tarixe Yə`qubi, c. 2,s 228.
33
MÖVCUD ŞƏRAİT
Bir qrup Kufəli imam Həsənin (ə) şəhadətindən sonra dərhal
imam Hüseynə (ə) məktub yazıb onun əmrini gözlədiklərini
bildirsələr də, imam mərkəzi Şam hökumətinin Kufəyə tə`sirindən
və kufəlilərin həzrət Əli (ə) və imam Həsən (ə) ilə bir zamankı pis
rəftarından xəbərdar idi. Belə bir şəraitdə qiyam qaldırmaq az
saylı dostları qiyamçı kimi tanıtdırmaq
və nəhayətdə məhv
edilməkdən başqa nəticə verə bilməzdi. Yezidin hakimiyyəti
dövründə isə vəziyyət tamam başqa idi.
Dostları ilə paylaş: