Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   14   15   16   17   18   19   20   21   ...   282
 06.05.1986
 


33
Сечмяляр (шеирляр)
BATABATDA 
İstedadsız mükafatda.
İstedadlı batabatda,
Nədir görən bu həyatda?
Ağrı dolu hər saatda,
Qəlb partlayır min bir çatda,
Qaçır hiylə çapan atda.
Kimi üzür varidatda,
Kimi qalıb ey bidadda.
Kimi özün gəzir adda,
Ocaq çatıb yanır odda,
Heç bir sözü qalmır yadda,
Hayı-hoyu min bir qatdda,
Baxıb gülür xain, yad da,
Görür ağlın lap abadda.
Yuxulayır hey fəryad da,
Yer üzü dolu səyyad da.
İştahı bol, ovu dadda,
Heç ola bilmir azad da.
Xor baxıbdı yoldaş, yad da.
Hər nəyi var ata-atda,
Kimliyin danıb övlad da,
İlham qalıb ahı-dadda.
İstedadsız mükafatda.
İstedadlı batabatda.
 25.10.2009


34
Ширин Ханым Кяримбяйли Шадиман
ATOMSUZ, NÜVƏSİZ DÜNYA OLAYDI 
Atomsuz nüvəsiz dünya olaydı, 
Od saçan silahlar röya olaydı,
Adamın üzündə həya olaydı,
Həyat qayıdaydı öz yuvasına,
İnsan qovuşaydı saf havasına,
Yalan qatmayaydı dil duasına.
Sərhədlər içində yaşasaq da biz,
Savaşa qatlanıb qalmayaydı diz,
Güləydi baxışlar, güləydi hər üz.
Savaşdan, vuruşdan doğmayır həyat, 
Niyə fitnələri boğmayır həyat?
Haqqı qucağına sığmayır həyat.
Od saçan silahlar röya olaydı,
Atomsuz, nüvəsiz dünya olaydı…

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin