Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə19/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   15   16   17   18   19   20   21   22   ...   282
 09.07.1986 Tağay
ÖLMƏKDƏN DƏ AĞIR YAŞAMAQ İMİŞ...
Ölməkdən də ağır yaşamaq imiş...
İnsanlıq adını daşımaq imiş.
Bir çoxu boğulur günah içində,
Günahın özü var sabah içində.
Titrəyir buludlar ah-nalə ilə,
Sanki əzabları gətirir dilə.
Harınlar dünyada at oynadırlar,
Hiylə ocağında şər qaynadırlar.
Şərə boyanıbdı dillər ağızda,
Yalanlar dastana dönür kağızda.
Ürəyə şah olub fitnənin özü,
Çoxunun xeyirdən dönübdü üzü.
Yaxşılıq əzilir ayaq altında,
İblis dövran edir hiylə qatında.
İlhamın gözünə üfürülür kül,
Yanır ah-vay ilə haray salan dil.
Xara bürünübdü cahanda nə var,


35
Сечмяляр (шеирляр)
Göyün gürşadı da bu xarı yuyar.
Odur ki, həqiqət duman içində,
Haqq özü boğulur aman içində.
Bu büllur saraylar şərhi-qəsirlər,
Haqqın fəryadına düşüb əsirlər.
Dağılır min illik altun miraslar,
Bəşərin başına açılır yaslar.
İnsan öz xətasın silə bilməyir,
Yaradan yoluna gələ bilməyir.
Bu dinlər, kitablar nicat yolumu?
Savaşa aparan höcət yolumu?
Didir parçalayır insan bir-birin,
Heç kəs aça bilmir ağılın sirrin.
Əgər açılsaydı yanan olmazdı,
Hönkürüb ağlayan iman olmazdı.
Dinlərdən doğulan məzhəblər artdı,
Allaha şər atdı, bağrı qanatdı.
Gedir din davası cahanda hələ,
Günbəgün, ilbəil o qalxır zilə.
Əgər Yaradandan yarandıqsa biz,
Bəs niyə bulaşır qana əlimiz?
Əgər Rəbb bəxş etdi cövhər ağılı,
Bəs niyə bizlərə çatmır nağılı?
Ağılla oturub dura bilmirik,
Günahsız bir dünya qura bilmirik.
Silahlar artıqca, məzarlar artır,
Hiylədən öc alan azarlar artır.
İlahi, etdiyin bir imtahanmı?
İmtahan önündə bizmi, cahanmı?
İnsanın saldığı şəhər dəyişib,
Bədənin udduğu zəhər dəyişib,
Əyninə geydiyi paltar dəyişib,
Banglara yığdığı yatar dəyişib.
Ağlının donunu dəyişə bilmir,
Haqqın qanununa öyrəşə bilmir.
Hər gün günahının sayın artırır,
Günahlar içinə özün qatdırır.
Ölməkdən də ağır yaşamaq imiş,
İnsanlıq adını daşımaq imiş...

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin