39
Сечмяляр (шеирляр)
***
Ürək ağrılara möhtac,
Ağrılar ürəkdən alır hər gün bac,
Tapılmır heç dərdlərə əlac,
Fani zaman xülyada,
Bu dünyada.
14.03.2008
BU DÜNYA MƏNİMDİ
Ruhumdan alışan odum, közüm var,
Həyatdan doymayan könlüm, gözüm var,
Hələ deyiləsi çoxlu sözüm var,
Məcnunu olmadım heç boş xülyanın,
Bu dünya mənimdi, mən də dünyanın.
Ovqatım köklənib xoş məramlara,
Ürəyim yatmayır heç haramlara,
Cığırlar açıram canda kamlara,
Qanadlı quşuyam, sanki hər yanın,
Bu dünya mənimdi, mən də dünyanın.
Sevda yolçuları canımdan keçir,
Eşqi şəfa təki qanımdan keçir,
Bütün səadətlər anımdan keçir,
Gözüm qonağıdır şirin röyanın,
Bu dünya mənimdi, mən də dünyanın.
Şadiman qələmi sözə calayır,
İçində gah sevinc, gah qəm ulayır,
Dilin zəhəri də könül bulayır,
İnsan, gün ışığı olsun həyanın,
Bu dünya mənimdi, mən də dünyanın.
16.02.1986
|