37
Сечмяляр (шеирляр)
Zaman addımlardan qəsir ucaldıb,
Dünən qaldırdığın, bu gün alçaldıb,
Şüurla ürəyi birgə qocaldıb,
Özgə bostanın yolan nə oldu?
Çox cahangirləri kor eləyibdi,
Haqqın qulağına düz söyləyibdi,
Böhtan danışanın dilin əyibdi,
Sərvətlər üstündə talan nə oldu?
Dünya düşünəndi, dünya həyalı,
Düzə təbiidir, pisə boyalı,
Çarpışar, döyüşər evin əyalı,
İlantək bir-birin çalan nə oldu?
Ömür edir qananı, qanmayanı da,
Ürəkdən yananı, yanmayanı da,
Addımı ananı, anmayanı da,
Gedənlər getdisə, olan nə oldu?
Dünyanın malını qamarlayanlar,
Sərvətin sandığda tumarlayanlar,
Çirkin niyyətləri hamarlayanlar,
Ac qarın dərdində kalan nə oldu?
Açıq qapıları üzə bağlayan,
Hiyləni, fitnəni gözə bağlayan,
Min bir yalanları sözə bağlayan,
Haqq dili susdurdun, balan nə oldu?
Şadiman, dəryanın sirləri min-min,
Acizdir önündə yüz elm, yüz din,
Sən ki, hər addımda, haqq mənəm, dedin,
Düzlükdən tikdiyin qalan nə oldu?
Dostları ilə paylaş: