275
Сечмяляр (шеирляр)
CAMAL
Nabatı şübhəyə salmamaq gərək,
Onsuz da hiylədə o arvad zirək.
Çətin deyil orda sil-süpür etmək.
Lazım deyil işi, gülüm, böyütmək.
SƏBA /göz yaşları içində gülür/
Camal bəy, arvaddan qorxursan yaman,
Salmaram yuvana qorxma, ah, aman!
Mənim ki, yuvamı fələk kor qoyub,
Könlümün, qəlbimin içini oyub.
CAMAL
Səba, sevdiciyim, bir düşün məni,
Qızıla tutmuşam onsuz da səni.
Çox da namus deyib, uyma, mələyim,
Səni taleyimə yazıb fələyim.
Götür Aytənimi, bircə balamı,
Onu yüngül sayır ətrafda hamı,
Yaxşı yeyib-içmək, gəzmək həyatdır.
Namus kasıblarçın – mənəviyyatdır.
SƏBA /pərişan/
Camal, fikir vermə mənim halıma,
Sən ki, son qoymusan qeylu-qalıma.
Aclıqdan qurtardın o dörd balamı,
İndi su buraxmır taleyin damı!
Doğubdu bəxtimə Tanrı Günəşi,
Sənsən ürəyimin odu, atəşi.
Fəqət neylim, gəzir könlümdə qorxu,
Mənə elə gəlir bu həyat yuxu.
Qan ilə bitəcək bu işin sonu!..
|