/Səbanı qucaqlayır./ Pərdə çökür.
IV PƏRDƏ. 7-ci şəkil
Bir neçə aydır ki, Camal Səba üçün bir otaqlı mənzil alıb
şəhərin mərkəzində. Artıq Səbanın üzü, geyimi, davranışı
dəyişmiş. Səba Camalla yeni mənzildə.
CAMAL /özündən razı/
Ah, Səba, görürsən hər şey düzəldi,
Pulun var, ömür də, gün də gözəldi.
İndi uşaqların məktəbə gedir,
274
Ширин Ханым Кяримбяйли Шадиман
SƏBA /həyəcanlı/
Qulluqçu Səba da xanımlıq edir.
Üzür varlığımı qorxu-hürkülər...
Ağlım ürəyimə vurur sərkilər.
Gözümün önündən getməyir Nicat...!
CAMAL /onun saçlarını oxşayır/
Ərini biryolluq ürəyindən at,
O səni sevsəydi pul yollayardı,
Qısqanclıq könlünün için oyardı.
SƏBA /narahat/
Yəqin iş tapmayıb binəva orda,
Üzü yox dönməyə vətənə, yurda.
O ki, çox sevirdi balalarını,
CAMAL
Səba, xatırlama mənə yarını,
Ömrün anlarını kef ilə yaşa.
Fələk rəhm etməyir gözlərdə yaşa.
Bu köhnə fikirlər həyata baha,
Son qoy ürəyində kədərə, aha.
Hər şey yaratmışam səninçin burda,
Bu cür səadəti tapardın harda?
Sənin gözəlliyin könlümə qüvvət,
Hərdən ürəyimi bürüyür heyrət.
Belə mələyə də tənhalıq olar?
Çiçək də tək olsa, saralıb solar.
SƏBA
Hələ də Nabata qulluq edirəm,
Silib süpürməkçin ora gedirəm.
|