277 Сечмяляр (шеирляр)
NABAT /iki mə`nalı/ Axır vaxtlar sənin işlərin çoxdu,
Evdə tapılmırsan Nicat gedəndən,
Üzülüb keçirsən iynədən dən, dən.
Mələyə dönmüsən axır zamanlar...
SƏBA /özünü itirmiş halda/ Elə tez ötüşür, saatlar, anlar.
vallah, sabah gəlib sizə dəyərəm,
Evi-eşiyi də təmizləyərəm.
NABAT Ay qız, bu Nicat da heç məktub yazmır,
De, ora gedənlər-kim yolun azmır?
Başı qarışıbdı rus gözəlinə,
Keçirib cananın birin əlinə.
Lap bizim kişini götür, hiyləgər,
O ki, mən yazığı, aldatmır məgər?
Bir də görürsən ki, yox olub gedir,
Mən hardan bilirəm, harda nə edir?!