Rütubətə münasibəti. Zeytun bitkisi müx ‐
təlif rütubətli şəraitdə bitir. Zeytun Qafqazın
Qara dəniz sahillərində 3000 mm‐dən artıq
yağmur düşən yerlərdə və 206–250 mm yağmur
düşən yüksək quraqlı yay mövsümü və nəmli
payız‐qışı olan Xəzər ya nı nəmli subtropi ‐
kasında (Abşeronda) zey tun əkinləri yerləşir.
Abşeron yarıma dasında zeytun yaxşı boy atıb
inkişaf edir və hər il yaxşı məhsul ancaq su‐
varma şəraitində verir. Başqa meyvə bitkilə ‐
rinə nisbətən zeytun ağaclarında meyvə lərin
sürətli boyar tı mı, onların formalaşması və
yetiş məsi vege ta siya nın sonunda (avqust
ayın dan dekabr ayına qədər) gedir.
Payız aylarında torpaqda nəmliyin çatış ‐
ma ması nəticəsində göstərilən proseslər daya ‐
nır. Meyvələrin yetişmə müddəti payı zın sonuna
qədər uzanır.
Әdəbiyyatdan məlum olur ki, hazırda
dün yada 8 mln. hektara qədər zeytun bağ ları
var. Bunlardan: İspaniyada 2,34 mln. hektar,
İtaliyada 2,25 mln. hektar, Tunisdə 1,25 mln.
hektar, Portuqaliyada 1,1 mln., Türkiyədə 800
min hektar, Yunanıstanda 600 min hektar,
Suriyada 142 min hektar, Әlcəzairdə 127 min
hektar, Fransada 100 min hektar. Bunlardan az
zeytun sahəsi olanlar: Mərakeş, Bosniya‐Her‐
soqovina, Xor vatiya, Albaniya, İran, İsrail və s.
Dostları ilə paylaş: |