ZEYTUNUN XARİCİ ŞӘRAİTӘ
TӘLӘBİ
İşığa tələbi: Zeytun
öz vətəni olan yer lərdə
cır halda seyrək meşələrdə bitir. Ağac larda ən
tez yetişən meyvələr yaxşı işıqlanan
hündürlükdə olan budaqlarda qeydə alınır.
Çətirin ortasında olan meyvələr gec yetişir. Sıx
əkilən ağacların çətiri həmişə ensiz, uzun və
zəif budaqları ilə fərqlənir. Ağacın çətirində
havanın, günəşin olması ona yüksək fotosin‐
tez effekti yaradır. Ona görə də zeytun
ağaclarının budanması mühüm yer tutur.
İ.A.Jiqareviçin çoxillik tədqiqatları göstərir ki,
sıx əkində olan zeytun ağaclarının kölgədə qalan
işıq düşməyən budaqlarında maya
lanmış
çiçəklər 1,35%
olduğu halda, işıq altında olan
budaqlarda mayalanmış çiçəklərin miqdarı
4,05% olmuşdur. Bunlar onu göstərir ki, zey‐
tun ağacı işıqsevən bitkidir.
Dostları ilə paylaş: