Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü,
Amerika Klinik Onkologiya Cəmiyyətinin
aktiv üzvü, Rusiya Federasiyası Təbiət Elm ‐
ləri Akademiyasının, Polşa Tibb Elmləri
Akademiyasının həqiqi üzvü və bir sıra nü ‐
fuzlu universitetlərin fəxri doktorudur.
Ә.Әmiraslanov 1998‐ci ilin avqust ayında
Polşa Tibb Elmləri Akademiyasının Albert‐
Şvaytzer adına mükafatına və Böyük qızıl
medalına layiq görülmüşdür. O, 2000‐ci ilin
iyun ayında müstəqil ölkəmizin ən yüksək
təltiflərindən olan «Şöhrət» ordeninə layiq
görülmüş, 2001‐ci ilin fevral ayında Rusiya
Federasiyası Tibb Elmləri Akademiyasının,
həmin ilin iyun ayında isə Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü və
2007‐ci ildə MEA‐nın Biologiya Elmləri Böl ‐
məsinin akademik‐katibi seçilmişdir. 2006‐cı
ildə N.N.Bloxin adına Qızıl Medala layiq
görülmüşdür. Dayaq–hərəkət aparatı şişləri
üzrə dünya miqyasında yüksəkixtisaslı
mütəx əssis kimi tanınır və Azərbaycanda
dayaq‐hərəkət aparatı onkologiyasının əsasını
qoymuşdur. İri oynaqların rezeksi yası ilə
aparılan endoprotezləşdirilməsi, rota
sion
plastika, qalça‐qarınarası ayırma,
yumşaq
toxuma və süd vəzisi şişlərində aparılan
cərrahi əməliyyatları yüksək professional ‐
lıqla yerinə yetirir. Rotasion plastika əmə ‐
liyyatını keçmiş SSRİ‐də ilk dəfə məhz
aka demik Ә.Әmiraslanov yerinə yetirmiş ‐
dir. Onun rəhbərliyi altında 42 nəfər disser ‐
tasiya işi müdafiə etmişdir. Elmi‐təd qiqatlarının
əsasını sümük, yumşaq toxuma, süd vəzisi
və bir sıra digər orqanların şişlərinin öyrə ‐
nilməsi, eləcə də onların effektiv diaqnostika
və müalicə metodlarının işlənib hazırlan ‐
ması və klinik praktikaya tətbiq edilməsi
təşkil edir.
Akademik Ә.Әmiraslanov Azərbaycan
Tibb Universitetinin rektoru vəzifəsində
çalışır. Məhz onun rektorluğu dövründə
Azərbaycan Tibb Universitetində bir sıra
mühüm islahatlar həyata keçirilmiş və
yüksəkixtisaslı həkim kadrlarının hazırlığı
işi xeyli təkmilləşdirilmiş, universitetin onko ‐
loji, stomatoloji, tədris‐terapevtik və tədris‐
cərrahlıq klinikaları yaradılmışdır.
Akademik Ә.Әmiraslanov 2 dəfə Azər ‐
baycan Respublikası Milli Məclisinin depu ‐
tatı seçilmişdir və hazırda Türkdilli Ölkə lərin
Parlament Assambleyasının Parlamentlər ‐
arası Komissiyasının sədridir.
Dostları ilə paylaş: