ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
12
Әmiraslanov Әhliman Tapdıq oğlu 1947‐ci
ildə Qərbi Azərbaycanın Göyçə mahalının
Zod kəndində anadan olmuşdur. 1965‐ci
ildə orta məktəbi qızıl medalla, 1971‐ci ildə
N.Nəri
manov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə‐profilaktika fa ‐
kül təsini fərqlənmə diplomu ilə bitirmiş,
1971‐1974‐cü illərdə Bakı şəhəri klinik on ‐
koloji xəstəxanasında həkim‐onkoloq və
şöbə müdiri vəzifələrində işləmiş, 1974‐cü
ilin oktyabr ayında Moskva şəhərində SSRİ
TEA ÜOEM‐də aspiranturaya daxil olmuş
və burada 1992‐ci ilə qədər 20 ilə yaxın bir
dövrdə aspirantlıqdan professor və şöbə
müdiri vəzifələrinə qədər şərəfli yol keç miş ‐
dir. 1977‐ci ildə «Aşağı ətrafların bədxassəli
şişlərinə görə operasiya edilmiş xəstələrin
reabilitasiyası» mövzusunda vaxtından əvvəl
namizədlik, 1984‐cü ildə «Osteogen sarko ‐
malı xəstələrin kompleks müalicə üsulları»
mövzusunda doktorluq dissertasiyaları
müdafiə etmişdir. Onun «Sümük sarko ma ‐
ları» monoqrafiyası 1985‐ci ildə SSRİ TEA‐nın
beş ildən bir tibb sahəsində ən görkəmli
xidmətləri olanlara təqdim olunan məşhur
N.N.Petrov adına mükafatına layiq görül ‐
müşdür. 1986‐cı ildə «Onkoloji xəstələrdə
bərpa müalicəsi metodlarının işlənib hazır ‐
lanması və klinik praktikaya tətbiqi» möv ‐
zu
sunda keçmiş SSRİ‐nin ən mötəbər
müka
fatlarından sayılan elm və texnika
sahəsində SSRİ Dövlət mükafatına layiq
görülmüşdür. Әməkdar elm xadimi, profes ‐
sordur. 1992‐ci ildən Azərbaycan Tibb Uni ‐
versitetinin rektoru, 1993‐cü ildən həm də
onkologiya kafedrasının müdiridir. 400‐dən
artıq elmi əsərin, o cümlədən 18 monoq ra ‐
fiya, 29 dərslik, dərs vəsaitləri və metodik
ədəbiyyatın, 16 ixtira və səmərələşdirici
təklifin müəllifidir. Dəfələrlə Onkoloqların
keçmiş ittifaq respublikalarında və ABŞ,
Fransa, Yaponiya, Almaniya, Türkiyə, Polşa,
İsveç, İran, Sinqapur, Bolqarıstan, Macarıs ‐
tan, Avstriya, Yunanıstan, Çexiya, İsrail,
İtaliya, Pakistan, Kanada və digər ölkələrdə
keçirilən qurultay, simpozium və konfrans ‐
larında elmi məruzələrlə çıxışlar etmişdir.
70‐dən artıq elmi əsəri adıçəkilən xarici
ölkələrdə dərc edilmişdir. Ümumdünya
Onkoloqlar və Ortoped‐Travmatoloqlar Assosi ‐
asiya sının, Avropa Bərpa Cərrahlığı Assosi a ‐
siyasının, Avropa Dayaq‐Hərəkət Aparatı
Onkologiya Cəmiyyətinin, Yunanıstan Onko ‐
loqlar və Ortoped‐Travmatoloqlar, Macarıstan,
Dostları ilə paylaş: