7
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
Akademik A.Paşayevin 400‐dən çox elmi
əsəri dərc olunmuşdur. O, 30‐dan artıq kitabın,
monoqrafiyanın müəllifidir, 60‐dan artıq ixtira
üçün müəlliflik şəhadətnaməsi və sənaye
nümunələri almışdır.
Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına əsasən Azərbaycan elminin və
təhsilinin inkişafındakı xidmətlərinə görə
«ŞÖHRӘT» və «ŞӘRӘF» ordenləri ilə təltif
edilmişdir. Akademik Arif Paşayev Azərbay ‐
can elm və təhsil xəzinəsinə verdiyi töhfələrə,
Azərbaycan elmini dünya səviyyəsində
ləyaqətlə təmsil etdiyinə görə «Әməkdar elm
xadimi» fəxri adına, Ümumdünya Әqli Mülkiy ‐
yət Təşkilatının Ali mükafatına – «Qızıl medal»ına,
eləcə də Beynəlxalq Mühəndislik Akademi ‐
yasının yubiley «Qızıl medal»ına, «Mühən ‐
dislik şöhrəti» ordeninə layiq görülmüşdür.
29 fevral 2008‐ci il tarixində Dövlətlərarası
Aviasiya Komitəsinin sədri Tatyana Anodina
akademik Arif Paşayevə «Aviasiya mütəxəs sis ‐
lərinin hazırlanması işindəki xüsusi xidmət ‐
lərinə və tədris prosesinin nümunəvi təşkilinə
görə» Qızıl medal təqdim etmişdir.
2009‐cu ildə MAA‐nın rektoru, akademik
Arif Paşayev Beynəlxalq Mühəndislik Akade ‐
miyasının Beynəlxalq mükafat laureatı dip lomu
və Böyük Qızıl medalı ilə də təltif olun muşdur.
MAA‐nın tələbələrinə göstərdiyi yüksək
qayğı və dəstəyinə görə Arif Mir Cəlal oğlu
Paşayev 2010‐cu ilin mart ayında Bakı şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən «İlin
ən fəal rektoru» fəxri diplomu ilə təltif edil ‐
mişdir.
Azərbaycan Respublikası Prezidentinin
«Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin
təsis edilməsi haqqında» 3 may 2010‐cu il tarixli
885 nömrəli Sərəncamının 6‐cı bəndinin icra ‐
sının təmin edilməsi məqsədilə Azərbaycan
Res publikası Rabitə və İnformasiya Texnolo ‐
giyaları Nazirliyinin 5 iyul 2010‐cu il tarixli 6
saylı kollegiyasının qərarına əsasən Kosmik məsə ‐
lələr üzrə Şura yaradılmış və akademik Arif
Paşayev həmin şuraya sədr təyin olunmuşdur.
2011‐ci ilin may ayında Milli Aviasiya
Akademiyasının rektoru, akademik Arif Paşa ‐
yev «Qafqaz Universiteti ilin adamlarını seçir»
layihəsi çərçivəsində «İlin elm adamı» fəxri
adına layiq görülmüşdür.
2011‐ci il oktyabr ayının 24‐də akademik
Arif Paşayev Beynəlxalq Mühəndislik Aka
‐
demiyasının (BMA) vitse‐prezidenti seçilmiş və
o, BMA‐nın ən yüksək mükafatı – «Mühən ‐
dislik şöhrəti» ordeninə layiq görül müşdür.
MAA‐da respublikamızda analoqu olma ‐
yan, beynəlxalq standartlar səviyyəsində Aka ‐
demiya şəhərciyinin salınması işində gərgin
yaradıcılıq fəaliyyəti, müntəzəm şəkildə apar ‐
dığı islahatlar, təhsilin səviyyəsinin yüksəl ‐
dilməsi ilə bağlı şəxsi nəzarəti, MAA‐da sağ lam
elmi‐pedaqoji mühit yaratması, yüksəkixtisaslı
mütəxəssisləri MAA‐ya dəvət etməsi, bir çox
elmi müəssisələrin iştirakı ilə keçirilən elmi‐
praktiki konfranslara rəhbərlik etməsi onun
yüksək elmi potensiala və təşkilatçılıq
qabiliyyətinə malik olmasına sübutdur.
Azərbaycan Respublikası Prezidentinin
14 fevral 2014‐cü il tarixli Sərəncamı ilə Azər ‐
baycan Respublikasında səmərəli elmi fəaliy ‐
yətinə və təhsilin inkişafında xüsusi xid mət lərinə
görə Arif Mir Cəlal oğlu Paşayev «İstiqlal» ordeni
ilə təltif edilmişdir.
Azərbaycan Mühəndislik Akademiyasının
prezidenti akademik Arif Paşayev elm və tex ‐
nikanın inkişafına, beynəlxalq əməkdaşlığın
möhkəmlənməsinə böyük töhfələrinə görə
Ukrayna Mühəndislik Akademiyasının akade ‐
miki seçilmiş, Ukrayna Mühəndislik Akade ‐
miyasının ali mükafatı – «Mühəndislik Şöhrəti»
ordeni ilə təltif edilmişdir.
Görkəmli alim, AMEA‐nın prezidenti,
Geo
logiya İnstitutunun direktoru, Azər
‐
baycan Geoloqları Milli Komitəsinin prezi ‐
denti, əməkdar elm xadimi, Azərbay
can
Dövlət mükafatı laureatı, geologiya‐mine ‐
ralogiya elmləri doktoru, professor, aka
‐
demik Akif Ağamehdi oğlu Әlizadənin 80
yaşı tamam olur.
Akif Әlizadə Bakı şəhərində anadan olmuş,
tanınmış həkimlər ailəsində böyümüş, orta
məktəbi medalla qurtarmışdır. Azərbaycan
Sənaye İnstitutunun geoloji‐kəşfiyyat fakültə ‐
sini əla qiymətlərlə bitirmiş və dağ‐mədən
mühəndisi ixtisasına yiyələnmişdir. İstehsa ‐
latda bir müddət işlədikdən sonra gənc
geoloq respublika Elmlər Akademiyasının
Geologiya İnstitutuna qəbul olunmuş,
gələcək həyatını və fəaliyyətini həmişəlik bu
institutla bağlamışdır. Belə ki, o, adi labo ‐
rant dan institutun direktoru vəzifəsinə, aspi ‐
rantdan akademikə qədər görkəmli alim və
istedadlı elm təşkilatçısı kimi məzmunlu və
çoxşaxəli həyat yolu keçmişdir.
Gənc mütəxəssis – geoloq elmi tədqi ‐
qatlarının istiqaməti kimi geologiyanın klas ‐
sik bölməsi olan paleontologiya və strati qrafiya
sahəsində özünəməxsus zəhmətkeşliklə,
məqsədyönlü və inadla işləyir, qədim taba ‐
şir çöküntülərində belimnit adlanan onur ‐
ğasız canlıların qalıqlarını öyrənir, zəngin
heyvanat aləminin elmdə yerini müəyyən
edir və öz tədqiqatları ilə Azərbaycanın
tabaşir çöküntülərinin regoinal startiqra fi ‐
yasına dəyərli yeniliklər gətirir.
1961‐ci ildə Akif Әlizadə aspiranturada
təhsilini müvəffəqiyyətlə başa çatdırıb nami ‐
zədlik dissertasiyasını müdafiə edir, 1969‐cu
ildə isə ona 35 yaşında geologiya‐minera ‐
logiya elmləri doktoru elmi dərəcəsi verilir.
Keçən əsrin 70‐ci illərindən başlayaraq
alim Qafqazın tabaşir dövrü hövzələrini
yenidən tədqiq edir. Geologiya İnstitutunun
elmi‐təşkilati məsələlərinə rəhbərlik etdiyi
dövrdə gərgin fəaliyyətinə baxmayaraq,
Akif Әlizadə, eyni zamanda geologiya
elminin bu sahəsində müvəffəqiyyətlə elmi
tədqiqatlarını davam etdirir, paleobioge o ‐
kimya məktəbinin yaranması üçün etibarlı
zəmin yaradır.
40 ilə yaxındır ki, Akif Әlizadə akade ‐
miyanın qocaman elmi müəssisəsi olan Geo ‐
lo
giya İnstitutuna rəhbərlik edir. Bu
institutun çoxsaylı alimlər kollektivinin elmi
nailiyyətlərini, bütövlükdə, onun adı ilə
Dostları ilə paylaş: |