«Azərbaycan Respublikasında informa ‐
siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐
ci illər üçün Milli Strategiya»nın təsdiq edil ‐
məsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusi yası ‐
nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Preziden‐
tinin 2012‐ci il 29 dekabr tarixli 800 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020:
gələcəyə baxış» İnkişaf Konsepsiyası»na əsa ‐
sən informasiya‐kommunikasiya texnolo
‐
giyaları sahəsi üzrə müəyyənləşdirilmiş
vəzifələrə və «Azərbaycan Respublikasında
2013‐cü ilin «İnformasiya‐kommunikasiya
texnologiyaları ili» elan edilməsi ilə bağlı
Tədbirlər Planı»nın təsdiq olunması haq
‐
qında» Azərbaycan Respublikası Preziden‐
tinin 2013‐cü il 28 mart tarixli 2815 nömrəli
Sərəncamına uyğun olaraq qərara alıram:
1. «Azərbaycan Respublikasında informa ‐
siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐ci
illər üçün Milli Strategiya» təsdiq edilsin
(əlavə olunur).
2. Bu sərəncamın 1‐ci hissəsi ilə təsdiq
edilmiş Milli Strategiyanın həyata keçirilməsi
üzrə əlaqələndirici orqan Azərbaycan Respub ‐
li
kasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2014‐2017‐ci illər üçün Dövlət Proqra mı ‐
nın layihəsini 4 ay müddətində hazırlayıb Azər ‐
baycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Bu sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi Milli Strate ‐
giyanın həyata keçirilməsi ilə bağlı görülən
işlər barədə ildə bir dəfədən az olmayaraq
Azərbaycan Respublikasının Prezidentinə
məlu mat versin.
Dostları ilə paylaş: |