4
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
Arif Mir Cəlal oğlu Paşayev 1934‐cü il fev ‐
ralın 15‐də Bakıda anadan olmuşdur. 1957‐ci
ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu
«Radiofizika» ixtisası üzrə bitirmişdir.
1959‐cu ildə Azərbaycan MEA Fizika
İnstitutunda elmi fəaliyyətə başlamışdır. Onun
elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçirici
cihazlar və yarımkeçiricilər fizikası olmuşdur.
O, ilk sovet alimlərinin sırasında material və
məmulatların elektromaqnit nəzarət üsulla rı ‐
nın yaradılmasına başlamış və öz həyatının 40
ildən artıq bir dövrünü elektromaqnit nəzarət
fizikasının və yarımkeçiricilərin parametrlə ‐
rinin ölçülməsi metodlarının elmi əsaslarının
inkişafına və tədqiqinə həsr etmişdir.
Akademik A.Paşayev, haqlı olaraq, yüksək
və ifratyüksək tezliklər sahəsində materialların
kontaktsız üsullarla tədqiqatlarının fiziki əsas ‐
larının yaradıcısı hesab edilir.
Arif Paşayev 1960‐cı ildə keçmiş SSRİ‐nin
aparıcı elmi mərkəzlərindən sayılan Dövlət
Nadir Metallar İnstitutunun aspiranturasına
qəbul olmuş, 1965‐ci ildə «Yüksək və ifraty ük ‐
sək tezliklərdə yarımkeçiricilərin parametr
‐
lərini ölçmək üçün kontaktsız üsul və cihaz ların
işlənməsi» mövzusunda namizədlik dissertasi ‐
yasını müdafiə edərək texnika elmləri namizə di
elmi dərəcəsi almışdır.
A.Paşayevin tətbiqi tədqiqatlarının əsas
hissəsi yeni cihazların yaradılmasına, mövcud
cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki
kəmiyyətlərin ölçülməsinin yeni metodlarının
işlənilməsinə yönəlmişdir. Bununla yanaşı, o,
istehsalatın qarşısında duran nəzarət problem ‐
lərini və çətinliklərini çox gözəl bilirdi və onun
elmi tədqiqatları məhz bu problemlərin həllinə
yönəlmişdi.
1969‐cu ildən, Azərbaycanda mikroelektron
sənayesi inkişaf etməyə başladığı dövrdən
A.Paşayevin, xüsusilə mikroelektron vericilərin
yaradılması üzrə mikroelektronika sahəsində
elmi fəaliyyəti başlamışdır. Bu sahədə aparılan
elmi tədqiqatlar və işləmələr mikroelektro
‐
nikada yeni istiqamətin – qeyri‐elektrik kəmiy ‐
yət lərin mikroelektron çeviriciləri sahəsinin
əsasını qoydu.
A.Paşayevin yarımkeçiricilər elektronikası
və mikroelektronika sahəsində nəzəri və təc ‐
rübi tədqiqatlarının nəticələri 1978‐ci ildə «Ya ‐
rımkeçiricilərin tədqiqində elektromaqnit üsul ların
fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi
Dostları ilə paylaş: