Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə6/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   2   3   4   5   6   7   8   9   ...   152
Akademik Arif Mir 

Cяlal oьlu Paшayev - 80


perspektivləri» mövzusunda müvəf fəqiy yətlə

müdafiə etdiyi doktorluq dissertasi yasında öz

əksini tapmış və o fizika‐riyaziyyat elmləri

doktoru elmi dərəcəsinə layiq görül müşdür.

Mikroelektron vericilər sahəsində işlərini

davam etdirərkən A.Paşayev tərəfindən yeni

növ inteqral temperatur, təzyiq, rütubət, güc,

təcil və vibrasiya vericiləri yaradılmışdır. Bu

vericilər gəmiqayırmada, neft maşınqayır ma ‐

sında, tibdə, müdafiə sənayesində və digər sahə ‐

lərdə geniş tətbiq olunan yüksək cəldliyə malik

nəzarət sistemlərinin yaradılmasında istifadə

olunur.

Onların əsasında sualtı obyektlərə nəzarət

və tədqiq üçün nəzərdə tutulmuş telemetrik,

çoxfunksiyalı, hidroakustik kompleks apara ‐

tura yaradıldı. 1991‐ci ildə A.Paşayev «Avto ‐

nom hidroakustik informasiya sisteminin

yara dılması sahəsində kompleks işlərə görə»

Azərbaycan Dövlət mükafatı laureatı adına

layiq görülmüşdür.

Mikroelektron vericiləri sahəsindəki elmi

tədqiqatların nəticələri iki monoqrafiya şək ‐

lində çap edilmişdir: «Qeyri‐elektrik kəmiy ‐

yətlərin bərk cisimli mikroelektron çeviriciləri»

(1998) və «Bərk cisimli mikroelektron maqni ‐

toelektrik və rütubətli elektrik çeviriciləri»

(1999).


A.Paşayev tərəfindən işlənmiş bir çox cihaz

və qurğular ixtira səviyyəsində yerinə yetiri ‐

lərək keçmiş SSRİ‐nin müxtəlif sənaye müəs ‐

sisələrində tətbiq edilmiş, müxtəlif beynəlxalq

sərgi və müsabiqələrdə qızıl, gümüş, bürünc

medal və diplomlara layiq görülmüşdür.

A.Paşayev uzun müddət – 1971‐ci ildən

1996‐cı ilə qədər Azərbaycan Milli Elmlər

Akademiyası Fizika İnstitutunun «Zədəsiz

ölçmə və nəzarətin fiziki üsulları» laborato ‐

riyasına rəhbərlik etmişdir və İnstitutun elmi

istiqamətlərinin müəyyən edilməsində fəal

iştirak etmişdir. Məhz bu müddət ərzində onun

alim və elmi təşkilatçı kimi görkəmli qabi ‐

liyyətə malik olması bütövlükdə özünü büruzə

vermişdir.

1996‐cı ildən hazırkı dövrə kimi akademik

A.Paşayev «Azərbaycan Hava Yolları» Qapalı

Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akade ‐

miyasının rektorudur.

Rektor təyin olunduğu 1996‐cı ildən Milli

Aviasiya Akademiyası yeni bir inkişaf pilləsinə

qədəm qoymuşdur. Akademik A.Paşayev fəaliy ‐

yətində tədris prosesinin, elmi‐tədqiqat işləri ‐

nin ən müasir tələblər səviyyəsində təşkilinə

nail olmuşdur.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin