Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə9/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   5   6   7   8   9   10   11   12   ...   152
8

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Akif Aьamehdi oьlu

Яlizadя – 80


bağlamaq olar. Bu illər ərzində Akif Әlizadə

Azərbaycan geologiya elminin inkişafı

istiqamətində daim yeni elmi araşdırmalar

axtarışında olmuşdur. Onun təşəbbüsü ilə

Geologiya İnstitutu tərəfindən bir sıra xarici

elmi mərkəzlərlə, xüsusən də Әrzurum

Universiteti, Türkiyənin TUBİTAK Tədqiqat

Mərkəzi, İran İslam Respublikasının Təbriz

Geologiya İdarəsi ilə beynəlxalq əlaqələr

yaradılmış, dünyanın aparıcı neft kompa ‐

niya larından «Statoyl», «Yunokal», «Amoko»,

«Eksson» ilə kontraktlar bağlan mışdır.

Dünya standartlarına cavab verən elmi

tədqiqatları yerinə yetirmək məqsədilə aka ‐

demik Akif Әlizadə təşkilati yenidən qur ‐

malar aparır, elmi tədqiqatların keyfiyyətcə

yeni səviyyəyə qalxması məqsədilə müasir

analitik eksperimental baza yaradır.

Geologiya elminin, demək olar ki, bütün

istiqamətləri – stratiqrafiya, tektonika, filiz

və xüsusən də neft geologiyası və geo 

kimyası müvəffəqiyyətlə inkişaf edir. Həmin



illər geofizika sahəsində də tədqiqatlar

inkişaf etdirilmişdir. Son 20 ildə institut xarici

ölkələrin elmi mərkəzləri ilə, firmalarla

kontrakt işləri, qrant layihələri, müştərək

tədqiqatlar aparmışdır. 50‐dən artıq elmi‐

tədqiqat işləri, bir sıra yeni atlaslar və

xəritələr hazırlanmışdır.

Akademik Akif Әlizadənin rəhbərliyi

altında Geologiya İnstitutunun ABŞ, Böyük

Britaniya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna

və dünyanın digər ölkələrinin alimləri ilə

beynəlxalq elmi əlaqələri illər ötdükcə daha

da genişlənir. Uzun illərdir ki, Amerikanın

Texnoloji İnstitutu ilə Qafqaz kolliziya zona ‐

sının müasir geodinamik vəziy yətinin tədqiqi,

Almaniyanın Geologiya Elm 

ləri və Təbii

Sərvətlər  Nazirliyi  ilə  Azər  bay canda  Qobus ‐

tanın daş‐gil palçıq vulkanından atmosferə

çıxan qazların monitorinqi ilə əlaqədar

müştə rək tədqiqat lar aparılmışdır. Rusiya ‐

nın, Qazaxıstanın, Moldovanın, Zaqaf qaziya

respublikalarının, həmçinin ÇXR‐in geoloji

xidmətləri ilə birlikdə Avrasiyanın geoloji

məzmunlu xəritələr atlasının tərtib olun ‐

ması Geologiya İnstitutu tərəfindən yerinə

yetirilmişdir.

Son bir neçə ildə institut tərəfindən

geologiyanın bütün istiqamətləri üzrə –

geofizika, geokimya, neft‐qaz yataqlarının

işlənməsi kimi fundamental və tətbiqi

tədqiqatlar genişləndirilir və təkmilləşdirilir.

İldən‐ilə layihələrinin sayı artır, onların

institut tərəfindən yerinə yetirilməsi çərçi ‐

vəsində yeni müasir cihazlar və avadan lıq lar

əldə edilir. İşlənilən beynəlxalq qrant layi ‐

hələrinin sayına (70‐dən artıq) görə Geo ‐

logiya İnstitutu Azərbaycanın elmi müəssi sələri

arasında liderdir. Bundan başqa, ötən illərdə

institut tanınmış fondlarla, məsələn, «Soros»,

«İNTAS», «NATO», «CRDF», Ukrayna Elmi

Fondu, Amerika Milli Elmi Fondu ilə

əməkdaşlıq etmişdir.

Akif müəllim elmi nəşrlərin, kitabların,

atlasların, xəritələrin tərtib olunmasına da

xüsusi diqqət yetirir. Bu nəşrlərdə institutda

aparılan tədqiqatların əhəmiyyətli nəticələri

öz əksini tapır. Son 10 ildə onun   rəhbərliyi

və redaksiyası ilə «Azərbaycan geologi ya ‐

sı»nın 8 cildi hazırlanıb çap edilmişdir. Bu

sanballı əsərdə son 50 ildə toplanan faktiki

materiallar analiz olunmuşdur. Azərbaycan

və Xəzərin Azərbaycan sektorunun 1:500000

miqyaslı yeni geoloji xəritəsi tərtib edilmiş

və onlara izahat qeydləri Azərbaycan, rus və

ingilis dillərində verilmişdir. İnstitutun 70

illiyi ilə əlaqədar 2008‐ci ildə «Azərbaycan

mineralları» ensiklopediyası, «Geoloji elmi ‐

mizin sifətləri» qeyri‐adi fotoalbom və üç

dildə «Geologiya İnstitutunun 70 illiyi

(1938–2008)» bukleti nəfis çap olunmuşdur.

İnstitutun 70 illik yubileyi ilə əlaqədar

onun 44 əməkdaşı Azərbaycan Respublikası

Prezidentinin sərəncamı ilə təltif olundu, bir

qismi fəxri adlar, bir qismi də Prezidentin

şəxsi təqaüdünü aldı. 2008‐ci ilin dekabrında

Akif Әlizadə Geologiya İnstitutunun  fəaliy ‐

yətinə yekun vurarkən öz məruzəsində belə

demişdir: «Geologiya İnstitutunun 70 illik


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin